Alternative content

09:42 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı
ANA SƏHİFƏ / Nazirlər Kabineti
01:08 20.08.2015

 

№ 278                                    Bakı şəhəri, 13 avqust 2015-ci il

 

“Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında”  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

“Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli 220 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 6 may tarixli 521 nömrəli Fərmanının 2.2-ci bəndinin  icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 6, maddə 564; 2012, № 1, maddə 30, № 11, maddə 1208; 2013, № 9, maddə 1133; 2014, № 2, maddə 201; 2015, № 4, maddə 466) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci hissədə “səviyyəsində” sözü “və tibb təhsili üzrə əsas təhsil səviyyələrində” sözləri ilə əvəz edilsin.

2. 2-ci hissədə “(rezidentura) səviyyəsində” sözləri “və rezidentura səviyyələrində” sözləri ilə əvəz edilsin.

3. 3-cü hissədə “(rezidentura)” sözü “, tibb təhsili üzrə əsas təhsil və rezidentura” sözləri ilə əvəz edilsin.

4. Həmin qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı”nın adında “səviyyəsində” sözü “və tibb təhsili üzrə əsas təhsil səviyyələrində” sözləri ilə əvəz edilsin.

5. Həmin qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin magistratura (rezidentura)  səviyyəsində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı”nın adında “(rezidentura) səviyyəsində” sözləri “və rezidentura səviyyələrində” sözləri ilə əvəz edilsin.

6. Həmin qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - “Azərbaycan Respublikasında ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura (rezidentura) səviyyələrində kadr hazırlığının maliyyələşdirilməsi Qaydaları” üzrə:

6.1. adında, 1.1-ci, 4.1-ci, 4.2-ci bəndlərində, 1 və 2 nömrəli əlavələrinin yuxarı sağ küncündə “(rezidentura)” sözü “, tibb təhsili üzrə əsas təhsil və rezidentura” sözləri ilə əvəz edilsin;

6.2. 1.3-cü bənd üzrə:

6.2.1. “bakalavriat” sözündən sonra “və tibb təhsili üzrə əsas təhsil” sözləri əlavə edilsin;

6.2.2. “(rezidentura)” sözü “və rezidentura” sözləri ilə əvəz edilsin;

6.2.3. ikinci cümlə çıxarılsın.

6.3. 5.4-cü bəndə “bakalavriat” sözündən sonra “və tibb təhsili üzrə əsas təhsil” sözləri əlavə edilsin və həmin bənddə “(rezidentura) səviyyəsindən” sözləri “və rezidenturasəviyyələrindən”sözləri ilə əvəz edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM