Alternative content

19:36 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanda güclü inkişaf gedir
Azərbaycanda güclü inkişaf gedir
ANA SƏHİFƏ / Milli Məclis
02:03 01.03.2012

 

Dünən Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Pakistan İslam Respublikası Senatının sədr müavini Mir Can Camalinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Oqtay Əsədov qonaqların diqqətinə çatdırıb ki, Azərbaycan ilə Pakistan arasında dostluq və tərəfdaşlıq münasibətləri uğurla inkişaf edir və sevindirici haldır ki, Pakistan parlamentinin hər iki palatasında - həm Milli Assambleyada, həm də Senatda Azərbaycanla dostluq qrupu fəaliyyət göstərir. Onun sözlərinə görə, hələ Dağlıq Qarabağ münaqişəsi başlayan zaman Pakistan Azərbaycana humanitar yardım göstərib. Eyni zamanda Azərbaycan qardaş ölkəyə öz yardımlarını əsirgəməyib.

Milli Məclisin Sədri bildirib ki, hər iki ölkə BMT-nin Təhlükəsizlik Şurasının üzvüdür və tərəflər faydalı əməkdaşlıq edə bilərlər. Kəşmir münaqişəsinin həlli istiqamətində isə Azərbaycan daim Pakistanın mövqeyini müdafiə edib. "İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı Xocalı soyqırımı ilə baglı qətnamə qəbul edərkən bu quruma üzv olan bütün ölkələri ayrı-ayrılıqda bu faciəyə qiymət verməyə çağırmışdır. İlk olaraq bu addımı Pakistan atdı və Azərbaycanın yanında olduğunu bir daha sübut etdi" - deyən Oqtaq Əsədov əmin olduğunu bildirib ki, həm Qarabağ, həm də Kəşmir problemi BMT-nin Təhlükəsizlik Şurasının çıxardığı ədalətli qərarlarla süh yolu ilə həllini tapacaq.

Mir Can Camali isə ölkəmizdə çox güclü inkişafın getdiyini və ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli varisi Prezident İlham Əliyevin Azərbaycanı güclü dövlətə çevirdiyini söyləyib. Onun sözlərinə görə, hər iki dövlətin müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığı var və bu əlaqələr yüksələn xətlə inkişaf etməkdədir. Bu münasibətlərin daha da genişlənməsi üçün Azərbaycan və Pakistan parlamentarilərinin üzərinə böyük iş düşür. "Biz belə hesab edirik ki, Dağlıq Qarabağ problemi həm də Pakistanın problemidir. Ona görə də heç vaxt geriyə addım atmayacağıq" - deyə Mir Can Camali bildirib.

 

"Azərbaycan"