Alternative content

19:39 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırılması Qaydası
Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırılması Qaydası
ANA SƏHİFƏ / Nazirlər Kabineti
09:08 19.08.2015

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 14 avqust tarixli 279 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

1. Ümumi müddəalar

1.1. “Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırılması Qaydası” (bundan sonra - Qayda) “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 sentyabr tarixli 742 nömrəli Sərəncamının 2.2.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və jurnalistlərin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikasının Silahlı Qüvvələri ilə təmas xəttinə bitişik ərazilərdə (bundan sonra - cəbhəboyu zona) akkreditasiyası, o cümlədən kütləvi informasiya vasitələri (bundan sonra - KİV) nümayəndələrinin cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırılması qaydasını müəyyən edir.
1.2. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinə əsasən KİV dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin razılığı ilə və müəyyən etdikləri akkreditasiya qaydasına əməl etməklə, onların nəzdində öz jurnalistlərini akkreditə etdirə bilərlər. KİV, eyni zamanda, Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən müəyyən edilmiş akkreditə qaydasına riayət etməklə öz nümayəndələrini akkreditə edə bilər.
1.3. Akkreditə edilmiş jurnalistə qapalı tədbirlər istisna olmaqla, iclas, müşavirə və digər tədbirlər barədə əvvəlcədən məlumat verilir, onun stenoqramlarla, protokollarla və müvafiq sənədlərlə tanış olması üçün şərait yaradılır.
1.4. KİV rəhbərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə ünvanladığı müraciətdə adları göstərilən jurnalistlər akkreditə edilirlər.

2. Akkreditə olunması üçün müraciətin edilməsi

2.1. Nümayəndələrinin akkreditə olunması üçün müraciət edən KİV aşağıda göstərilən sənədləri Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə təqdim edir:
2.1.1. yerli KİV:
2.1.1.1. KİV rəhbərinin rəsmi müraciətini (müraciət rəsmi möhürlə möhürlənməlidir);
2.1.1.2. təsisçi haqqında məlumatı; 
2.1.1.3. akkreditə olunacaq əməkdaşların tərcümeyi-halını;
2.1.1.4. akkreditə olunacaq əməkdaşların 2 ədəd fotoşəklini (3x4); 
2.1.1.5. akkreditə olunacaq əməkdaşların şəxsiyyət vəsiqələrinin və xidməti vəsiqələrinin surətini;
2.1.1.6. KİV orqanının ünvanı, əlaqə telefonları, internet saytı, elektron poçt ünvanı, rəhbərlərinin telefon nömrələri haqqında məlumatı;
2.1.2. Azərbaycan Respublikasında daimi nümayəndəliyi olan xarici KİV:
2.1.2.1. daimi nümayəndəliyin rəhbərinin rəsmi müraciətini;
2.1.2.2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditə kartlarını;
2.1.2.3. akkreditə olunacaq əməkdaşların pasportlarının (bütün vərəqləri daxil olmaqla) və xidməti vəsiqələrinin surətini;
2.1.2.4. akkreditə olunacaq əməkdaşların 2 ədəd fotoşəklini (3x4); 
2.1.2.5. akkreditə üçün doldurulmuş anket formasını (1 nömrəli əlavə);
2.1.3. Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan və 15 (on beş) gün müddətinədək ezam olunmuş xarici KİV nümayəndələri:
2.1.3.1. Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan KİV rəhbərinin rəsmi müraciətini;
2.1.3.2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditə kartlarını;
2.1.3.3. akkreditə olunacaq əməkdaşların pasportlarının (bütün vərəqləri daxil olmaqla) və xidməti vəsiqələrinin surəti;
2.1.3.4. akkreditə olunacaq əməkdaşların 2 ədəd fotoşəklini (3x4); 
2.1.3.5. akkreditə üçün doldurulmuş anket formasını (1 nömrəli əlavə).

3. Akkreditə olunma

3.1. Yalnız rəsmi qeydiyyatdan keçmiş və ya uçota alınmış dövri mətbu nəşrlər, teleradio yayımçıları, informasiya agentlikləri, internet və digər yayım formaları, habelə Azərbaycan Respublikasında daimi nümayəndəliyi olan və ya daimi nümayəndəliyi olmayan və 15 (on beş) gün müddətinədək ezam olunmuş xarici KİV nümayəndələri akkreditə olunurlar.
3.2. Akkreditasiyanın müddəti 1 (bir) ildir.
3.3. KİV əməkdaşları aşağıda göstərilən sayda akkreditə oluna bilərlər:
3.3.1. televiziya - 2 çəkiliş qrupu (jurnalist, operator və texniki işçi);
3.3.2. radio - 2 jurnalist;
3.3.3. informasiya agentliyi - 2 jurnalist və 2 fotoqraf;
3.3.4. dövri mətbu nəşr - 2 jurnalist və 2 fotoqraf;
3.3.5. internet informasiya ehtiyatı - 1 jurnalist;
3.3.6. digər yayım formaları - 1 jurnalist.
3.4. Akkreditasiya üçün təqdim edilmiş sənədlərə daxil olduğu gündən 15 (on beş) gündən artıq olmamaq şərtilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyində baxılır. Müraciətə baxılarkən 7 (yeddi) gün müddətində Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyindən rəy alınır və bundan sonra müvafiq qərar qəbul edilir.
3.5. Akkreditə olunmuş jurnalistlərə akkreditə kartları verilir (2 nömrəli əlavə).
3.6. Akkreditə edildikdən və akkreditə kartı alındıqdan sonra müvafiq məlumatlarda hər hansı dəyişiklik olarsa, bu barədə 3 (üç) iş günü müddətində Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə məlumat verilir.
3.7. Akkreditasiya hər ilin dekabr ayında həyata keçirilir. KİV-in müraciətinə əsasən, akkreditəolunma ilin digər vaxtlarında da keçirilə bilər.
3.8. Akkreditə kartları verilmiş KİV nümayəndələrinin qeydiyyatı müəyyənləşdirilmiş forma üzrə aparılır (3 nömrəli əlavə).

4. Akkreditədən imtina və onun ləğvi

4.1. Aşağıdakı hallar akkreditədən imtina edilməsi üçün əsasdır:
4.1.1. dövlətin bütövlüyünə, ölkənin təhlükəsizliyinə və ictimai asayişə ciddi zərbə vuran çağırışlar və ya informasiyalar, kütləvi iğtişaşlara çağırışlar, habelə pornoqrafik materiallar dərc etdikdə (efirə verdikdə), milli, dini, dil, irqi, sosial ədalətsizliyi, yaxud dözülməzliyi təbliğ etdikdə;
4.1.2. mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, habelə akkreditə edən təşkilatın şərəf və ləyaqətini ləkələyən, yaxud onun haqqında yalan və qərəzli yazılar, təhrif olunmuş və ya həqiqətə uyğun olmayan məlumatlar yaydıqda və bu məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq edildikdə;
4.1.3. KİV məhkəmənin qərarı ilə qərəzli yazılara görə son 1 (bir) il məsuliyyətə cəlb olunduqda;
4.1.4. “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini yerinə yetirmədikdə;
4.1.5. əcnəbi və ya ali təhsili olmayan şəxs mətbu nəşrin redaktoru (baş redaktoru) vəzifəsinə təyin edildikdə;
4.1.6. kütləvi informasiya azadlığından və jurnalist hüququndan sui-istifadəyə görə son 1 (bir) il müddətində inzibati məsuliyyətə cəlb edildikdə;
4.1.7. KİV-in xarici ölkənin dövlət orqanı, fiziki və ya hüquqi şəxsi tərəfindən qanunazidd şəkildə maliyyələşdirildiyi müəyyənləşdirildikdə.
4.2. KİV nümayəndələrinin akkreditəsi aşağıdakı hallarda ləğv olunur:
4.2.1. bu Qaydanın 4.1-ci bəndində göstərilən hallara (hala) yol verdikdə;
4.2.2. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrinin tələblərini pozduqda;
4.2.3. nümayəndənin akkreditə edilmiş KİV-lə olan əmək münasibətlərinə xitam verildikdə;
4.2.4. KİV-in fəaliyyəti dayandırıldıqda və ya xitam verildikdə.
4.3. Akkreditə edən təşkilat akkreditəni ləğv etmədən akkreditə edilmiş nümayəndənin digər şəxslə əvəz olunmasını tələb edə bilər.
4.4. KİV rəhbərinə yazılı məktub göndərilməklə akkreditə ləğv olunur.
4.5. Bu Qaydanın 2-ci hissəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya həmin sənədlərdə çatışmazlıqlar olduqda onların aradan qaldırılması üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən 7 (yeddi) gün müddətində təyin edilir. Təyin olunmuş müddət ərzində müvafiq sənədlər təqdim edilmədikdə və ya çatışmazlıqlar aradan qaldırılmadıqda akkreditədən imtina edilir.

5. Jurnalistlərin cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırılması

5.1. Akkreditə edilmiş KİV nümayəndələrinin cəbhəboyu zonaya ezam edilməsi üçün müvafiq KİV rəhbəri Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə hər ezamiyyət üçün ayrıca yazılı müraciət edir. Müraciətlərə 5 (beş) gün müddətində baxılır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi jurnalistlərin cəbhəboyu zonaya xidməti ezamiyyətlərini öz təşəbbüsü ilə də təşkil edə bilər.
5.2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən KİV nümayəndəsinin ezam olunmasına icazə verilməsi barədə qərar qəbul edildikdən sonra KİV orqanı ilə səfərin tarixi, mövzusu, ezam olunacaq nümayəndənin soyadı, adı və atasının adı, əlaqə telefonları və digər məlumatlar bir daha dəqiqləşdirilir.
5.3. KİV nümayəndəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin akkreditə kartı və icazə məktubu əsasında cəbhəboyu zonaya buraxılır.
5.4. KİV nümayəndələri hərbi hissənin səlahiyyətli şəxsinin müşayiəti ilə hərbi hissə komandiri (rəis) tərəfindən qəbul edilir. Komandir (rəis) komanda üzrə aidiyyəti olan şəxsləri məlumatlandırıb onların jurnalistlərlə görüşünü təşkil edir və foto-video çəkilişlərinin aparılması üçün lazımi şəraitin yaradılması ilə əlaqədar tapşırıqlar verir.
5.5. Komandir (rəis) çəkilişlər zamanı hərbi sahədə dövlət sirri təşkil edən məlumatların, o cümlədən hərbi hissənin nömrəsi, təyinatı, dislokasiya yeri, hərbi texnikanın bort nömrəsi, dövlət qeydiyyat nişanları, sayı, müdafiənin ön xəttindəki səngərlər və qarşı tərəfin mövqeləri, məxfi xəritələr, ərazinin maketi, vəzifəli şəxslər haqqında fərdi məlumatların və digər həssas informasiyanın yayılmasının yolverilməzliyini KİV nümayəndələrinin diqqətinə çatdırır.
5.6. Hərbi obyektdə olarkən KİV nümayəndəsini müşayiət edən səlahiyyətli şəxs çəkilişlər zamanı KİV nümayəndəsi tərəfindən bu Qaydanın 5.5-ci bəndinin tələblərinə və məxfilik rejiminə riayət olunmasına nəzarət edir.
5.7. Bu Qaydanın 5.5-ci bəndinin tələblərini pozan KİV nümayəndələrinin xidməti ezamiyyətləri dayandırılır, onların cəbhəboyu zonanı tərk etməsi təşkil olunur və akkreditəsi ləğv edilir.

6. Yekun müddəa

6.1. Bu Qaydada dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş - “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.


“Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Azərbaycan Respublikasının 
Müdafiə Nazirliyi ilə razılaşdırılması Qaydası”na

1 nömrəli əlavə

AKKREDİTƏ ÜÇÜN ANKET FORMASI
(Xarici KİV nümayəndələri tərəfindən doldurulur)
APPLICATION FORM FOR ACCREDITAION
(Filled out by representatives of foreign media)
MÜRACİƏT EDƏN XARİCİ KİV NÜMAYƏNDƏSİ:
REPRESENTATIVES OF FOREIGN MEDIA:
1. ADI VƏ SOYADI
Name & Surname:
2. DOĞULDUĞU YER VƏ TARİX
Place & date of birth:
3. ÖLKƏ 
Country:
4. ŞƏXSİYYƏT VƏSİQƏSİNİN / PASPORTUN NÖMRƏSİ VƏ TARİXİ
Number & date of ID card/passport:
5. VİZA MÜDDƏTİ
Validity of visa:
6. DAİMİ ÜNVAN
Permanent address:
7. AZƏRBAYCANDAKI ÜNVAN 
Address in Azerbaijan:
8. KİV-DƏKİ VƏZİFƏSİ
Position in media:
9. VARSA, AKKREDİTƏ KARTININ NÖMRƏSİ
Number of previous accreditation card:
10. BİLDİYİ XARİCİ DİL 
Languages:
11. ƏLAQƏ TELEFONLARI 
Contact telephone numbers:
12. E-MAİL ÜNVANI 
E-mail address:
13. AZƏRBAYCANDA BAŞQA 
İŞLƏ MƏŞĞULİYYƏTİ 
Another business in Azerbaijan:

KÜTLƏVİ İNFORMASİYA VASİTƏSİ (VASİTƏLƏRİ):
FOREIGN MEDIA:
1. ADI / Name
2. NÖVÜ / Type:
3. ÜNVANI /Address:
4. YAYIM ŞƏBƏKƏSİ 
Network of broadcast:
5. NƏŞR OLUNDUĞU DİL
Language of publication:
6. TİRAJI / Circulation:
7. ƏLAQƏ TELEFONLARI
Contact telephones:
8. E-MAİL ÜNVANI/E-mail address:

İMZA VƏ TARİX
sign and date

“Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Azərbaycan Respublikasının 
Müdafiə Nazirliyi ilə razılaşdırılması Qaydası”na

2 nömrəli əlavə

 

AKKREDİTƏ KARTI

 


* Kartlar qalın kağızdan hazırlanır və laminasiya edilir.

“Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Azərbaycan Respublikasının 
Müdafiə Nazirliyi ilə razılaşdırılması Qaydası”na
3 nömrəli əlavə

AKKREDİTƏ KARTLARI VERİLMİŞ KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİ NÜMAYƏNDƏLƏRİNİN QEYDİYYATI

 

AKKREDİTƏ KARTININ

NÖMRƏSİ

 

 

 

FOTO

SOYADI, ADI, ATASININ ADI

 

PEŞƏSİ

 

KÜTLƏVİ İNFORMASİYA VASİTƏSİ

 

KÜTLƏVİ İNFORMASİYA VASİTƏSİNİN NÖVÜ

 

REDAKSİYANIN ÜNVANI

 

ƏLAQƏ TELEFONLARI

 

E-MAİL ÜNVANI

 

MİLLİYYƏTİ

 

DOĞULDUĞU YER VƏ TARİX

 

QEYDİYYATDA OLDUĞU ÜNVAN

 

ŞƏXSİYYƏT VƏSİQƏSİNİN (PASPORTUN) NÖMRƏSİ

 

ŞƏXSİYYƏT VƏSİQƏSİ (PASPORT) KİM TƏRƏFİNDƏN VERİLİB VƏ TARİX

 

PRESS KARTIN NÖMRƏSİ

 

PRESS KART

KİM TƏRƏFİNDƏN VERİLİB VƏ TARİX