Alternative content

10:47 21 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Rusiyalı turist: Azərbaycanın çox gözəl səfalı məkanları var
Rusiyalı turist: Azərbaycanın çox gözəl səfalı məkanları var
ANA SƏHİFƏ / Turizm
07:08 11.08.2015

Əsrarəngiz təbiət, şəfalı bulaqlar, qədim memarlıq abidələri, özünəməxsus mədəniyyət, milli mətbəx və digər amillər Azərbaycanda turizmin bütün növlərinin inkişafı üçün zəmin yaradır. Paytaxtla yanaşı, regionlarda da müasir səviyyəli müalicə və istirahət mərkəzlərinin istifadəyə verilməsi ölkəmizə turistlərin marağını daha da artırıb. Bu baxımdan kurort şəhəri olan Naftalanda da dincəlib, müalicə olunmaq istəyənlərin sayı ildən-ilə artır. Buraya üz tutan istər yerli, istərsə də xarici turistlərin mənalı dincəlməsi və müalicə olunması üçün son illər ən müasir tələblərə cavab verən otel və müalicə mərkəzləri inşa edilərək istifadəyə verilib. Gələn turistlər də bu mərkəzlərin xidmətindən olduqca razılıq edirlər.

Onlardan biri də Rusiya Federasiyasının Voloqodsk vilayətinin Çerpoved şəhərinin sakinidir. Uzun illərdir oynaq xəstəliyindən əziyyət çəkən Yuliya Buşmanova AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Naftalan barədə məlumatım elə də çox deyildi. Mənə dedilər ki, müalicə üçün dünyanın hər yerindən buraya insanlar gəlir və şəfa tapırlar. Açığını söyləyim, bir qədər tərəddüd edirdim. Lakin gəlib buradakı şəraiti görəndə bütün tərəddüdlərimə son qoyuldu. Naftalanın “Çinar” sanatoriyasında 10 gün müalicə aldım. İndi özümü gümrah hiss edirəm. Azərbaycanın çox gözəl səfalı məkanları var. Burada bütün turistlərə xoş münasibət bəsləyirlər. Ümumiyyətlə, azərbaycanlılar çox qonaqpərvərdirlər. Mətbəxinizə də söz ola bilməz. Qərara almışam ki, gələn il də buraya gəlim”.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM