Alternative content

12:31 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir
Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir
ANA SƏHİFƏ / Hüquq məsləhəti
12:08 02.08.2015

Atamızdan miras qalan həyət evi mənim və iki qardaşımın paylı mülkiyyətindədir. Evdə isə mən qalıram. Vergisini də tək ödəyirəm. Qardaşlarım da vergi ödəməlidirlər? Əgər ödəməlidirlərsə, indiyədək onların əvəzinə verdiyim pulu tələb edə bilərəm?

 

- Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra - VM) 8.1.2-ci maddəsinə görə, fiziki şəxslərin əmlak vergisi yerli vergi olmaqla bələdiyyə büdcəsinə ödənilir. VM-in 200.1-ci maddəsinə görə, binalar üzrə əmlak vergisi əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanır. VM-in 200.2-ci maddəsinə görə, əsasən bir neçə sahibi olan bina üzrə əmlak vergisi həmin binanın hər sahibi üçün onun binanın sahəsindəki payına uyğun olaraq, bu Məcəllənin 200.1-ci maddəsində müəyyən edilmiş qaydaya uyğun olaraq hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.1-ci maddəsinə görə, paylı mülkiyyətin hər bir mülkiyyətçisi vergilərin, rüsumların ödənilməsində və ümumi əmlak üzrə digər ödənişlərin verilməsində, habelə həmin əmlakın saxlanması və qorunması xərclərinin çəkilməsində öz payına uyğun surətdə iştirak etməlidir.

Göründüyü kimi, evə görə əmlak vergisi siz və qardaşlarınız tərəfindən payınıza mütənasib şəkildə ödənilməlidir. Siz qardaşlarınızın əvəzinə ödədiyiniz pul vəsaitini onlardan geri tələb etmək hüququna maliksiniz.

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi