31 Iyul 2015 01:07
733
Nazirlər Kabineti
A- A+

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

№ 262                                    Bakı şəhəri, 8 iyul 2015-ci il

 

“Dəniz limanları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi və “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişiklik edilməsi barədə

 

“Dəniz limanları haqqında” Azərbaycan Respublikasının 2014-cü il 18 aprel tarixli 945-IVQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 20 aprel tarixli 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 may tarixli 161 nömrəli Fərmanının 1.1.5-ci, 1.1.6-cı və 1.1.7-ci yarımbəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 1. “Azərbaycan Respublikasının Dəniz Limanları Reyestrinin aparılması Qaydası” təsdiq edilsin (1 nömrəli əlavə).

2. “Gəmi agenti haqqında Əsasnamə” təsdiq edilsin (2 nömrəli əlavə).

3. “Limanlarda gəmi agenti tərəfindən xidmətlərin göstərilməsi üçün sertifikatın forması, qüvvədə olma müddəti, verilmə və ləğv edilmə Qaydası” təsdiq edilsin (3 nömrəli əlavə).

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 11, maddə 1072, № 12, maddə 1247; 2012, № 1, maddə 40, № 3, maddə 256, № 10, maddə 1016, № 11, maddə 1207; 2013, № 6, maddələr 745, 757, № 7, maddə 868, № 8, maddələr 1005, 1018, № 11, maddə 1466, № 12, maddə 1639; 2014, № 1, maddə 69, № 2, maddələr 191, 201, 207, № 3, maddələr 307, 317, № 4, maddə 449, № 5, maddə 560, № 6, maddələr 733, 747, № 7, maddələr 920, 953, № 10, maddələr 1287, 1319, № 11, maddələr 1505, 1506, № 12, maddə 1656; 2015, № 1, maddə 71, № 4, maddə 465; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 27 aprel tarixli 120 nömrəli və 5 iyun tarixli 218 nömrəli qərarları) ilə təsdiq edilmiş

2 nömrəli əlavə - “Elektron xidmət növlərinin Siyahısı”na aşağıdakı məzmunda 39.19-cu bənd əlavə edilsin:

 

39.19.

Limanlarda gəmi agenti tərəfindən xidmətlərin göstərilməsi üçün sertifikatın verilməsi üçün müraciətin və sənədlərin qəbulu

 

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan  Respublikası  Nazirlər

Kabinetinin  2015-ci il 8 iyul

tarixli 262 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

 

1 nömrəli əlavə

 

Azərbaycan Respublikasının Dəniz Limanları

Reyestrininaparılması

 

QAYDASI

 

  1. 1.     Ümumi müddəalar

 

1.1.                 Bu Qayda “Dəniz limanları haqqında” Azərbaycan Respublikası Qanununun 9.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının Dəniz Limanları Reyestrinin aparılması qaydasını müəyyən edir.

1.2.                Azərbaycan Respublikasının Dəniz Limanları Reyestrinin (bundan sonra - Reyestr) aparılması Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası (bundan sonra - Administrasiya) tərəfindən həyata keçirilir.

1.3.                 Reyestrin aparılması dəniz limanları haqqında məlumatların toplanılmasından, bu məlumatların reyestrə daxil edilməsindən, sistem-ləşdirilməsindən, dəyişdirilməsindən, saxlanılmasından, yenilənməsindən və ya silinməsindən ibarətdir.

 

2. Əsas anlayışlar

2.1.                Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakılardır:

2.1.1.          qeydiyyat nömrəsi - dəniz limanları haqqında məlumatlar Reyestrə daxil edilərkən limana verilən nömrə;

2.1.2.          limanın adı - “Coğrafi obyektlərin adları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dəniz limanına verilən ad;

2.1.3.          reyestr - Azərbaycan Respublikasının dəniz limanları barədə sənədləşdirilmiş məlumatları əks etdirən informasiya ehtiyatı mənbəyi.

 

3. Dəniz limanlarının Reyestrə daxil edilməsi

 

3.1.                Limanın inşası, qurulması və maddi-texniki təchizatı başa çatdıqdan sonra Administrasiya limanın fəaliyyətə başlamasına hazırlıq səviyyəsini yoxlayır və onun nəticələrini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir (bundan sonra -  Nazirlər Kabineti).

3.2.                Limanın fəaliyyətə başlamasına hazırlıq səviyyəsinin yoxlanılmasının nəticəsi müsbət olduqda, Nazirlər Kabineti xidmətlərin göstərilməsi üçün limanın açılması barədə qərar qəbul edir.

3.3.                Xidmətlərin göstərilməsi üçün limanın açılması barədə Nazirlər Kabinetinin qərarı Administrasiya tərəfindən həmin limanın Reyestrdə dövlət qeydiyyatına alınması üçün əsasdır.

3.4.                Limanın Reyestrə daxil edilməsi xidmətlərin göstərilməsi üçün limanın açılması barədə Nazirlər Kabinetinin qərarının qəbul edilməsindən 10 (on) iş günü müddətində həyata keçirilir.

3.5.                Reyestrə aşağıdakı məlumatlar daxil edilir:

3.5.1.           limanın adı;

3.5.2.           limanın qeydiyyat nömrəsi;

3.5.3.           liman idarəsinin adı və ünvanı (filial olduğu təqdirdə, onun adı və ünvanı);

3.5.4.           xidmətlərin göstərilməsi üçün limanın açılması haqqında Nazirlər Kabinetinin qərarının tarixi və nömrəsi;

3.5.5.           dəniz terminalı operatorlarının, habelə onlar tərəfindən həyata keçirilən xidmətlərin siyahısı;

3.5.6.           limanın əsas texniki xarakteristikaları, o cümlədən onun yükün aşırılması, gəmilərə və (və ya) sərnişinlərə xidmət göstərilməsi üzrə imkanları;

3.5.7.           naviqasiya dövrü;

3.5.8.           limanın coğrafi mövqeyi (limanın yeri və ünvanı);

3.5.9.           limanın Reyestrdən xaric edilməsinin əsası və tarixi.

3.6.                Dəniz limanlarının əsas texniki xarakteristikaları haqqında məlumatlarda aşağıdakılar göstərilməlidir:

3.6.1.           liman ərazisinin və akvatoriyasının sahəsi;

3.6.2.           körpülərin sayı, uzunluğu, körpülərdə su sahəsinin minimum dərinliyi;

3.6.3.           yük terminallarının yükötürmə qabiliyyəti, o cümlədən qalaq və füruş şəklində olan yüklərin, quru yüklərin (illik və min tonla göstərilməklə), maye yüklərin (illik və min tonla göstərilməklə), konteynerlərin aşırılması imkanları (20 fut ekvivalentdə həcmi olan konteynerlərlə və min ədədlə göstərilməklə illik rəqəmlər);

3.6.4.           sərnişin terminallarının tutumu (illik sərnişin sayı);

3.6.5.          limana daxil olmasına icazə verilən gəmilərin tipləri və maksimal ölçüləri (suya oturumu, uzunluğu, eni);

3.6.6.           qapalı və açıq anbar sahələri (min kvadratmetrlə);

3.6.7.           maye yüklər üçün rezervuarların sayı və həcmi (kubmetrlə).

3.7.                Hər bir limana vahid və təkrarlanmayan qeydiyyat nömrəsi verilir. Limanın adı və ya coğrafi mövqeyi dəyişdikdə, ona verilmiş qeydiyyat nömrəsi saxlanılır. Liman bu Qaydanın 6.1-ci bəndinə uyğun olaraq bağlandıqda, onun qeydiyyat nömrəsi ləğv edilir.

3.8.                Bu Qaydanın 3.5-ci bəndində göstərilən məlumatlar (3.5.2-ci yarımbənd istisna olmaqla) Administrasiyaya liman idarəsi tərəfindən verilir. Məlumatlara daxil olduğu tarixdən 3 (üç) iş günü müddətində baxılır və tam olmayan, yaxud səhv məlumatların təqdim olunduğu aşkar edildikdə, Administrasiya 2 (iki) iş günü müddətində bu barədə liman idarəsini yazılı və ya elektron qaydada məlumatlandırır. Bu zaman bu Qaydanın 3.4-cü bəndi ilə müəyyən edilmiş müddətin axımı liman idarəsi tərəfindən tam və düzgün məlumatlar təqdim edilənədək dayandırılır.

3.9.                Liman idarəsi dəniz terminalının operatoru haqqında məlumatlarda onun tam adını, yerləşdiyi yeri və göstərdiyi xidmətlər barədə məlumatları göstərməlidir.

3.10.            Dəniz limanları Reyestrə daxil edildikdən sonra liman idarəsinə 10 (on) iş günü müddətində bu Qaydanın 1 nömrəli əlavəsindəki formaya uyğun Reyestrdən çıxarış verilir. Çıxarışdakı məlumatlar Azərbaycan və ingilis dillərində qeyd olunur, Administrasiyanın rəhbəri tərəfindən imzalanır və Administrasiyanın möhürü ilə təsdiq edilir.

3.11.            Limana verilmiş çıxarış məhv olduqda, yararsız hala düşdükdə və ya itirildikdə, liman idarəsinin müraciəti əsasında çıxarışın dublikatı verilir.

3.12.            Bu Qaydanın 3.1-ci, 3.2-ci və 3.3-cü bəndləri “Dəniz limanları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək liman statusuna malik olan dəniz limanlarının Reyestrə daxil edilməsi zamanı tətbiq olunmur və həmin limanlar onlara Reyestrdə qeydiyyat nömrəsinin verilməsi tarixindən asılı olmayaraq, xidmətlərin göstərilməsi üçün açıq hesab edilir və onlara dair bu Qaydanın 3.5-ci bəndində qeyd olunan məlumatlar liman idarələri tərəfindən Administrasiyaya təqdim olunduqdan sonra Reyestrə daxil edilir. Həmin məlumatlara baxılması bu Qaydanın 3.8-ci bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

 

4. Dəniz limanlarının Reyestrdə dövlət qeydiyyatına alınması üçün tələb olunan sənədlər

 

 4.1. Dəniz limanlarının Reyestrdə dövlət qeydiyyatına alınması üçün bu Qaydanın 3.6-cı bəndində nəzərdə tutulan məlumatlarla yanaşı, liman idarəsi tərəfindən aşağıdakı sənədlər Administrasiyaya təqdim edilməlidir:

4.1.1. dəniz limanının Reyestrdə dövlət qeydiyyatına alınması üçün liman idarəsinin ərizəsi;

4.1.2. coğrafi obyektlərin adlarının dövlət kataloqundan əldə edilmiş rəsmi məlumat;

4.1.3. xidmətlərin göstərilməsi üçün dəniz limanının açılması barədə qərarın surəti;

4.1.4. dəniz limanında xidmət göstərən dəniz terminalının operatorlarına dair aşağıdakı sənədləri:

  1. dəniz operatorları hüquqi şəxs olduqda - təsis sənədlərinin surətləri, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;
  2. dəniz operatorları fiziki şəxs olduqda - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin və vergi ödəyicisinin vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamənin surətləri (müvafiq olaraq Azərbaycan Respublikasında əcnəbinin, yaxud vətəndaşlığı olmayan şəxsin müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi);
  3. liman idarəsinin hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının və təsis sənədlərinin surətləri.

 

5. Reyestrin aparılması və Reyestrdə dəyişikliklərin edilməsi

 

5.1.                Reyestr kağız üzərində - Dəniz limanlarının Reyestr kitabı və sənədlər qovluğunda (bundan sonra - reyestr kitabı) və elektron daşıyıcılarda - Dəniz limanları Reyestrinin elektron məlumat bazasında (bundan sonra - reyestrin elektron məlumat bazası) bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən formada aparılır. Kağız üzərindəki məlumatların elektron daşıyıcıdakı məlumatlara uyğun gəlmədiyi hallarda kağız üzərindəki məlumatlara üstünlük verilir.

5.2.                Reyestr Azərbaycan Respublikasının dövlət dilində aparılır, Administrasiyanın rəsmi internet səhifəsində yerləşdirilir və müntəzəm olaraq yenilənir.

5.3.                Reyestrdə yalnız limanların adları Azərbaycan və ingilis dillərində qeyd olunur.

5.4.                Reyestr kitabı möhkəm üz səhifəsi ilə üzlənmiş (tikilmiş), vərəqlərdən ibarət olan (vərəqlərinin yalnız cırmaq və ya kəsmək yolu ilə çıxarılması mümkün olan) cildlərdən təşkil edilir. Reyestr kitabının hər cildinin üzərinə həmin cildə daxil olan ilk və sonuncu bölmələrin və vərəqlərin nömrələri əks etdirilir. Hər bir cildə daxil olan bölmələrin və vərəqlərin sayı özlərindən əvvəl gələn cildə daxil olan bölmələrin və vərəqlərin sayını davam etdirir.

5.5.                Reyestrin sənədlər qovluğu müvafiq limanın reyestr nömrəsinə uyğun olaraq tərtib edilir. Sənədlər qovluğunun əvvəlinə qovluqda saxlanılan, Administrasiyanın rəhbəri tərəfindən imzalanaraq möhürlə təsdiq edilmiş sənədlərin siyahısı əlavə olunur.

5.6.                Reyestrin elektron məlumat bazası “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun və bu sahədə digər normativ hüquqi aktların müddəalarına uyğun olaraq aşağıdakı tələblərə riayət olunmaqla aparılır:

5.6.1.          məlumatların itirilməsinin və qanunsuz əldə olunmasının qarşısının alınması üçün etibarlı müdafiə sisteminin yaradılması üzrə tədbirlər görülməsi;

5.6.2.          məlumatların məlumat bazasına operativ daxil edilməsi, orada dəyişilməz və oxunaqlı vəziyyətdə saxlanılması;

5.6.3.          məlumatların daxil edilməsinin, dəyişdirilməsinin və silinməsinin sübut olunması mümkünlüyünün təmin edilməsi.

5.7.                Kommersiya sirri təşkil edən məlumatlar istisna olmaqla, Reyestrə daxil edilmiş digər məlumatlar dənizçilik sahəsində fəaliyyət göstərən təşkilatlara 5 (beş) iş günü ərzində onların yazılı müraciəti əsasında verilir.

5.8.                Reyestrdə olan hər hansı məlumatlarda dəyişikliklər baş verdikdə, liman idarəsi tərəfindən müvafiq dəyişikliklərə dair məlumatlar 5 (beş) iş günü ərzində Reyestrə daxil edilməsi üçün Administrasiyaya təqdim edilir.

5.9.                Dəyişikliklər barədə məlumatlar Administrasiyaya təqdim edildikdən sonra Reyestrdə müvafiq qeydlər aparılır.

5.9.  Reyestrdə olan qeydlərdə dəyişiklik edildikdə, əvvəlki məlumatlar 5 (beş) il müddətində Administrasiyada saxlanılır.

 

  1. Dəniz limanlarının Reyestrdən çıxarılması

 

6.1.  Dəniz limanlarının Reyestrdən çıxarılması dəniz limanının bağlanması haqqında Nazirlər Kabinetinin qərarının qəbul edildiyi gündən etibarən 1 (bir) ildən tez olmayaraq həyata keçirilir.

6.2.                Dəniz limanı Reyestrdən çıxarıldıqda, Administrasiya tərəfindən limanın bağlanması haqqında liman idarəsinə və dənizçilik sahəsində fəaliyyət göstərən təşkilatlara 5 iş günü müddətində yazılı məlumat göndərilir.

6.3.                Liman bağlandıqda, Administrasiya tərəfindən bu barədə Reyestrdə 10 (on) iş günü müddətində müvafiq qeydlər aparılmalıdır.

 

Qeyd. Bu Qaydada dəyişikliklər Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırıldıqdan sonra edilə bilər.

 

 

_____________________

 

“Azərbaycan Respublikasının Dəniz Limanları

Reyestrinin aparılması Qaydası”na

1 nömrəliəlavə

 

 


AZƏRBAYCAN  RESPUBLIKASININ                                     THE STATE MARITIME ADMINISTRATION

DÖVLƏT DƏNİZ ADMİNİSTRASİYASI                                                     OF THE REPUBLICOF AZERBAIJAN

 

 

AZƏRBAYCAN RESPUBLİKASININ DƏNİZ LİMANLARI REYESTRİNDƏN ÇIXARIŞ

№ ___

EXTRACT FROM THE SEA PORTS REGISTRY OF THE REPUBLIC OF AZERBAIJAN

1.

Limanınadı

Name of Port

 

2.

Qeydiyyatnömrəsi

Registration number

 

3.

Qeydiyyattarixi

Date of registration

 

4.

   Limanın coğrafi mövqeyi (yeri və ünvanı)

Location of Port (address and place)

 

5.

Naviqasiyadövrü

Navigation period

 

6.

Limanınistismaraverilməsihaqqındaqərarınqəbuledildiyi Decision on put exploitation of Port

tarix/

date

 

nömrə/

number

7.

Limanidarəsinin

 

Port office’s

adı/

name

 

ünvan/

address

8.

Limanınəsastexnikixarakteristikaları

Main technical characteristics of Port

 

8.1.

Limanərazisininsahəsi

Area of Port territory

 

8.2.

Limanakvatoriyasınınsahəsi

Water area of Port

 

8.3.

Körpülərinsayı

Number of berth

 

8.4.

Körpününuzunluğu

Length of berth

 

8.5.

Körpülərdəsusahəsinin minimum dərinliyi

Minimum depth of berth water territory

 

8.6.

Yükterminalınınyükötürməqabiliyyəti (illik min tonla)

Bandwidth capacity of cargo terminal(indicating over thousand tons per year:

 

 

eləcədə

as well as

 

8.6.1.

qalaq və füruş şəklində olan yüklər (illik min tonla)

bulk cargoes (indicating over one thousand tons per year)

 

8.6.2.

quruyüklər (illik min tonla)

dry cargoes (indicating over one thousand

tons per year)

 

8.6.3.

mayeyüklər (illik min tonla)

liquid cargoes (indicating over one thousand

tons per year)

 

8.6.4.

konteynerlər (iyirmi fut ekvivalentdə həcmi olan konteynerlərlə və min ədədlə)

Containers (indicating over thousands. units in twenty foot equivalent per year)

 

8.7.

Sərnişinterminalınıntutumu

(illiksərnişinlərinsayı)

Bandwidth capacity of passenger terminal (per year)

 

8.8.

Limana daxil olmasına icazə verilən gəmilərin maksimal ölçüləri (suya oturumu, maksimum uzunluğu və eni, metrlə)

Maksimumdimentions of vessels permitted to enter the Port (draught, overall length and breadth, metr)

 

8.9.

Qapalıanbarsahələri (min m2-lə)

Closed storehouse area (thousand m2)

 

8.10.

Açıqanbarsahələri (min m2-lə)

Open storehouse area (thousand m2)

 

8.11.

Maye yüklər üçün rezervuarların sayı və həcmi (kubmetrlə)

Volume of the liquid tanks (in cubic meters)

 

 

Bu çıxarışAzərbaycanRespublikasınınDövlətDənizAdministrasiyasıtərəfindənverilmişdir.

 

This extract is issued by the State Maritime Administration of the Republic of Azerbaijan.

 

Verildiyiyer / Place of issueBakışəhəri / Baku city

Verildiyitarix / Date of issue

 

DövlətDənizAdministrasiyasınınrəisi

Head of the State Maritime Administration

 

M.Y.

Seal

 

“Azərbaycan Respublikasının Dəniz Limanları

Reyestrinin aparılması Qaydası”na

2 nömrəli əlavə

 

 

 

 

 

 

AZƏRBAYCAN RESPUBLİKASININ DƏNİZ LİMANI REYESTRİ

 

№ ___

 

1.

Limanınadı

 

 

 

 

2.

Qeydiyyatnömrəsi

 

3.

Qeydiyyattarixi

 

4.

Limanın coğrafi mövqeyi (yeri və ünvanı)

 

5.

Naviqasiyadövrü

 

6.

Limanın istismara verilməsi haqqında qərarın qəbul edildiyi

tarix

 

nömrə

 

7.

Limanidarəsinin

adı

 

ünvanı

 

8.

Dəniz terminalının operatorlarının və onların göstərdikləri xidmətlərin siyahısı

 

9.

Limanınəsastexnikixarakteristikaları

 

9.1.

Limanərazisininsahəsi

 

9.2.

Limanakvatoriyasınınsahəsi

 

9.3.

Körpülərinsayı

 

9.4.

 

 

 

 

Körpücəbhəsininuzunluğu

 

9.5.

Körpülərdəsusahəsinin minimum dərinliyi

 

9.6.

Yükterminalınınyükburaxmaqabiliyyəti (illik min tonla)

 

 

eləcədə

 

9.6.1.

qalaq və füruş şəklində olan yüklər (illik min tonla)

 

9.6.2.

quruyüklər (illik min tonla)

 

9.6.3.

mayeyüklər (illik min tonla)

 

9.6.4.

konteynerlər (iyirmi fut ekvivalentdə həcmi olan konteynerlərlə və min ədədlə)

 

9.7.

Sərnişinterminalınıntutumu (illiksərnişinsayı)

 

9.8.

Limana daxil olmasına icazə verilən gəmilərin maksimal ölçüləri (suya oturumu, maksimum uzunluğu və eni metrlə)

 

9.9.

Qapalı anbar sahələri (min kvadratmetrlə)

 

9.10.

Açıq anbar sahələri (min kvadratmetrlə)

 

9.11.

Maye yüklər üçün rezervuarların sayı və həcmi ( min kubmetrlə)

 

QEYDLƏR

 

 

 

 

 

 

 

Azərbaycan  Respublikası  Nazirlər

Kabinetinin  2015-ci il 8 iyul

tarixli 262 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

2 nömrəli əlavə

 

Gəmi agenti haqqında

ƏSASNAMƏ

 

 

  1. Ümumi müddəa

 

Bu Əsasnamə “Dəniz limanları haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hazırlanmışdır və gəmi agentinin limanlarda fəaliyyət qaydasını, onun hüquq və vəzifələrini müəyyən edir.

 

  1. Gəmi agentinə dair tələblər

 

2.1.          Gəmi agenti gəminin limana gəlməsi, limanda olması və limandan çıxması ilə əlaqədar gəmi sahibinin, fraxt edənin və ya gəmini digər qanuni əsaslarla istismar edən şəxsin maraqlarını limanlarda qoruyan, onları dövlət orqanlarında və liman idarəsində təmsil edən və digər rəsmiyyətləri yerinə yetirən, gəmi sahibinin, fraxt edənin və ya gəmini digər qanuni əsaslarla istismar edən şəxsin adından maliyyə tapşırıqlarını icra edən və digər hərəkətləri həyata keçirən, bu Əsasnamə və gəmi agentinə dair BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı tərəfindən müəyyən edilmiş minimal tələblərə cavab verən hər hansı hüquqi və ya fiziki şəxsdir.

2.2.          Gəmi agenti xidmətləri Azərbaycan Respublikasında qeydiyyata alınmış hüquqi şəxslər, Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinə malik olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən göstərilə bilər.

2.3.          Gəmi agenti tərəfindən limanlarda xidmətlərin göstərilməsi üçün Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasından (bundan sonra - Administrasiya) “Limanlarda gəmi agenti tərəfindən xidmətlərin göstərilməsi üçün sertifikatın forması, qüvvədə olma müddəti, verilmə və ləğv edilmə Qaydası”na uyğun olaraq sertifikatın alınması tələb edilir.

2.4.          Xarici ölkə ərazisində gəmi agenti kimi fəaliyyət göstərən şəxslər Azərbaycan Respublikasının ərazisində gəmi agenti xidmətlərinin göstərilməsi üçün bu Əsasnamənin 2.3-cü bəndində qeyd olunan Qaydaya uyğun olaraq sertifikat almalıdırlar.

2.5.          Gəmi agenti kimi fəaliyyət göstərilməsi üçün şəxslər ali təhsilə və aşağıdakı sahələr üzrə biliyə malik olmalıdırlar:

2.5.1.  ticarət gəmiçiliyi və dənizçilik işi sahəsində - dəniz nəqliyyatı sahəsində normativ hüquqi aktların tələbləri və liman adətləri, liman qaydaları və liman məsrəfləri, gəmilərə yükvurma və yükboşaltma, yüklərin gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi qaydaları, dənizçilik işi sahəsində qanunvericiliyin pozulmasına görə məsuliyyət, dəniz hüququ barədə;

2.5.2. iqtisadiyyat, vergi, maliyyə-kredit, ödəniş-hesab və valyuta münasibətləri, bank işi barədə;

2.5.3. dənizçilik sahəsinə aid hissədə mülki hüquq, maliyyə hüququ, beynəlxalq və dövlət hüququ, cinayət hüququ barədə;

2.5.4.  Administrasiyanın gəmi agentinin fəaliyyəti üçün zəruri olan elektron məlumat sistemlərindən istifadə edilməsi barədə.

2.6.  Gəmi agenti bu Əsasnamənin 2.3-cü bəndində qeyd olunan sertifikatı almaq üçün Administrasiya tərəfindən təşkil edilən kursları bitirməlidir. Gəmi agenti kurslarının müddəti və proqramı Administrasiya tərəfindən müəyyən edilir.

2.7.  Bu Əsasnamənin 2.6-cı bəndində qeyd olunan kursları bitirmiş şəxsin bu Əsasnamənin 2.5-ci bəndində göstərilən sahələr üzrə biliyə malik olub-olmamasını Administrasiya tərəfindən yaradılmış komissiya müasir texnologiyalardan istifadə etməklə test üsulu, yaxud yazılı imtahan vasitəsilə müəyyən edir və nəticədən asılı olaraq həmin şəxsə kursu bitirməsinə dair şəhadətnamə verilir.

2.8.  Gəmi agenti kimi fəaliyyət göstərmək üçün hüquqi şəxslər onların ştatında olan əməkdaşlarına (hüquqi şəxslə onun ştatında olan əməkdaş arasında bağlanılmış əmək müqaviləsinin və işə qəbul barədə əmrin surətini təqdim etmək şərtilə) bu Əsasnamənin 2.3-cü bəndində qeyd edilən Qaydaya uyğun olaraq sertifikat alır.

2.9.  Hüquqi şəxslər əmək müqaviləsinin bağlanıldığı və ya əmək müqaviləsinə xitam verildiyi əməkdaşlar barədə məlumatları sertifikat alınması və yaxud verilmiş sertifikatın ləğvi məqsədi ilə 1 (bir) iş günü müddətində Administrasiyaya təqdim etməlidirlər.

2.10.        Gəmi agentinin gəmi sahibi, fraxt edən və ya gəmini digər qanuni əsaslarla istismar edən şəxs (bundan sonra - səlahiyyətli şəxs) ilə qarşılıqlı münasibətləri tərəflər arasında Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən bağlanılmış müqaviləyə əsasən tənzimlənir.

  1. Gəmi agentinin hüquqları

3.1.  Gəmi agentinin hüquqları aşağıdakılardır:

3.1.1. müqavilə ilə müəyyən edilmiş haqları və ödənişləri səlahiyyətli şəxsdən almaq;

3.1.2.  gəmi agenti xidmətlərinin göstərilməsi ilə bağlı yaranan əlavə xərclərin ödənilməsini səlahiyyətli şəxsdən tələb etmək;

3.1.3.  gəmi, onun yükü və hərəkət cədvəli barədə məlumatları səlahiyyətli şəxsdən tələb etmək;

3.1.4.  gəmi agenti ilə səlahiyyətli şəxs arasında bağlanılmış müqaviləyə əsasən gəmi agenti xidmətləri göstərilən gəmi barədə digər məlumatları səlahiyyətli şəxsdən tələb etmək;

3.1.5.  səlahiyyətli şəxs gəmi agenti tərəfindən göstərilən xidmətlər üzrə haqqı ödəmədiyi təqdirdə, xidmətlərin göstərilməsindən imtina etmək;

3.1.6. səlahiyyətli şəxsin tapşırığı ilə üçüncü şəxslərlə müqavilə bağlamaq;

3.1.7.  liman idarəsindən fəaliyyət göstərilməsi üçün şərait yaradılmasını tələbetmək;

3.1.8.  tərəflər arasında bağlanılmış müqavilədə nəzərdə tutulmuş digər hüquqlar.

 

  1. Gəmi agentinin vəzifələri

 

4.1.       Gəmi agentinin vəzifələri aşağıdakılardır:

4.1.1. səlahiyyətli şəxslə və yaxud üçüncü şəxslərlə bağladığı müqavilənin surətini və həmin müqaviləyə əsasən gəmi agenti xidmətlərinin göstərilməsi nəzərdə tutulan gəmi (gəmilər) barədə məlumatı Administrasiyaya, liman idarəsinə və digər aidiyyəti dövlət orqanlarına təqdim etmək;

4.1.2. müqavilə ilə müəyyən edilmiş öhdəliklərin icrasını təmin etmək;

4.1.3. səlahiyyətli şəxsi Azərbaycan Respublikasının dəniz nəqliyyatı sahəsində normativ hüquqi aktların tələbləri və liman adətləri barədə məlumatlandırmaq;

4.1.4. haqsız rəqabətə yol verməmək;

4.1.5. səlahiyyətli şəxsin kommersiya sirrinin yayılmamasını təmin etmək;

4.1.6. səlahiyyətli şəxsin tapşırığı ilə gəminin, heyət üzvlərinin və yükün sığorta edilməsi məqsədi ilə müvafiq tədbirlər görmək;

4.1.7.      gəminin limana girişi, limanda dayanması və yerini dəyişməsi, habelə limandan çıxması ilə əlaqədar sənədlərin rəsmiləşdirilməsini təmin etmək və müvafiq tədbirlər görmək;

4.1.8.      üçüncü şəxslərlə münasibətdə səlahiyyətli şəxsi təmsil etmək;

4.1.9.      səlahiyyətli şəxsi göstərilən xidmət üzrə fəaliyyəti barədə müntəzəm və vaxtında məlumatlandırmaq;

4.1.10.  gəmi agentinin fəaliyyəti ilə əlaqədar xidmət bazarında baş verən dəyişikliklər barədə məlumatı səlahiyyətli şəxsə təqdim etmək;

4.1.11.  səlahiyyətli şəxsin tələbi əsasında gəmi agenti xidmətləri göstərilən gəmi ilə əlaqədar bütün məlumatları təqdim etmək;

4.1.12.  səlahiyyətli şəxsin adından maliyyə tapşırıqlarını icra etmək və bununla bağlı sənədləri səlahiyyətli şəxsə təqdim etmək;

4.1.13.  dəniz protestinin verilməsininrəsmiləşdirilməsində gəmi kapitanına köməklik göstərmək;

4.1.14.  fəaliyyətini səlahiyyətli şəxsin maraqlarına uyğun vicdanla və gəmi agentinin təcrübəsinə uyğun olaraq həyata keçirmək;

4.1.15.  limanlara daxil olması planlaşdırılan gəmilər barədə məlumatları Administrasiyanın tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinə təqdim etmək;

4.1.16.  səlahiyyətli şəxs tərəfindən verilmiş tapşırıq əsasında və çəkilmiş xərclərin ödənilməsi şərtiləaşağıdakıları təşkil etmək:

  1.  gəminin təmirini;
  2.  gəminin yanacaq, ehtiyat hissələri, ləvazimat, içməli su və qida ilə təmin edilməsini;
  3.  gəminin heyət üzvlərinin dəyişdirilməsi ilə bağlı tədbirlərin görülməsini;
  4.  gəminin heyət üzvlərinə və sərnişinlərə tibbi yardımın göstərilməsini;
  5. gəmidə sanitariya-epidemioloji və profilaktik tədbirlərin görülməsini, o cümlədən beynəlxalq sanitariya qaydalarına və “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sanitariya- epidemioloji təhlükə yarandıqda, bu barədə Su nəqliyyatında gigiyena və epidemiologiya mərkəzinin, liman kapitanının və səlahiyyətli şəxsin vaxtında məlumatlandırılmasını;
  6. gəmi sahibinə nağd maliyyə vəsaitinin çatdırılmasını;
  7. müqavilədə nəzərdə tutulan digər xidmətlərin göstərilməsini.

 

  1. Gəmi agentinin məsuliyyəti

 

5.1.  Gəmi agenti müqavilə üzrə öhdəliklərininpozulmasına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyır.

5.2.  Gəmi agenti öz vəzifələrini yerinə yetirmədikdə, “Dəniz limanları haqqında” Azərbaycan Respublikası Qanununun və bu Əsasnamənin tələblərini pozduqda, ona verilmiş sertifikat “Limanlarda gəmi agenti tərəfindən xidmətlərin göstərilməsi üçün sertifikatın forması, qüvvədə olma müddəti, verilmə və ləğv edilmə Qaydası”nın 4.2.3-cü, 4.2.4-cü, 4.2.6-cı və 4.2.8-ci yarımbəndlərinə əsasən ləğv edilir.

 

Qeyd. Bu Əsasnamədə dəyişikliklər Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırıldıqdan sonra edilə bilər.

 

 

_______________________

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                                                                  

 

Azərbaycan  Respublikası  Nazirlər

Kabinetinin  2015-ci il 8 iyul

tarixli 262 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

3 nömrəli əlavə

 

 

 

Limanlarda gəmi agenti tərəfindən xidmətlərin göstərilməsi üçün sertifikatın forması, qüvvədə olma müddəti, verilmə və ləğv edilmə QAYDASI

 

  1. Ümumi müddəa

Bu Qayda “Dəniz limanları haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə əsasən hazırlanmışdır və limanlarda gəmi agenti tərəfindən xidmətlərin göstərilməsi üçün sertifikatın (bundan sonra - sertifikat) formasını, qüvvədə olma müddətini, verilməsi və ləğv edilməsi qaydasını müəyyən edir.

 

  1. 2.                   Sertifikatın forması və qüvvədə olma müddəti

 

2.1.       Limanlarda gəmi agenti tərəfindən xidmətlərin göstərilməsi üçün sertifikat bu Qaydanın əlavəsində göstərilən formada hazırlanır və Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası (bundan sonra - Administrasiya) tərəfindən 5 il müddətinə verilir.

2.2.            Sertifikatda aşağıdakılar öz əksini tapmalıdır:

2.2.1.      sertifikatı verən orqanın adı;

2.2.2.      sertifikatın adı;

2.2.3.      sertifikatın nömrəsi;

2.2.4.      gəmi agentinə dair məlumatlar (hüquqi şəxsin adı və hüquqi ünvanı, fiziki şəxsin soyadı, adı, atasının adı və ünvanı);

2.2.5.      həyata keçirilməsinə sertifikat verilən xidmətin növü;

2.2.6.      sertifikatın verildiyi yer;

2.2.7.      sertifikatın verildiyi tarix;

2.2.8.      sertifikatın etibarlılıq müddəti;

2.2.9.      imza və möhür yeri.

2.3. Sertifikatın yuxarı hissəsində Administrasiyanın tam adı və Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri əks olunur.

2.4. Sertifikatın üzərindəki məlumatlar Azərbaycan və ingilis dillərində göstərilir.

2.5. Sertifikatın üzərində Administrasiyanın gerbinin təsvirindən istifadə olunur.

2.6. Sertifikat onu verən orqanın rəhbəri və ya onun tapşırığı ilə müavini tərəfindən imzalanır və möhürlə təsdiq edilir.

 

  1. Sertifikatın verilməsi

 

3.1.       Sertifikatın alınması üçün fiziki və ya hüquqi şəxslər (bundan sonra - ərizəçi) ərizə ilə Administrasiyaya müraciət etməlidirlər. Ərizədə aşağıdakı məlumatlar göstərilir:

3.1.1. ərizəçinin müraciət etdiyi orqanın adı;

3.1.2. ərizəçi fiziki şəxs olduqda, onun soyadı, adı, atasının adı, ünvanı və şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verildiyi tarix haqqında məlumatlar;

3.1.3. ərizə şəxsin nümayəndəsi tərəfindən imzalandıqda, nümayəndənin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verildiyi tarix, habelə vəkalətnamə haqqında məlumatlar;

3.1.4. ərizə hüquqi şəxsin adından verildikdə, onun adı, olduğu yer və qeydiyyat nömrəsi;

3.1.5. ərizəyə əlavə edilmiş sənədlərin siyahısı;

3.1.6. ərizəçinin elektron poçt ünvanı (varsa).

3.2.       Ərizə onun tərtib edildiyi tarix göstərilməklə, ərizəçi (və ya nümayəndəsi) tərəfindən imzalanır.

3.3.       Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:

3.3.1. ərizəçi fiziki şəxs olduqda:

  1. Azərbaycan            Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surəti (müvafiq olaraq Azərbaycan Respublikasında əcnəbinin, yaxud vətəndaşlığı olmayan şəxsin müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi);
  2. bu sahədə ixtisaslaşmış gəmi agentinin rəhbərliyi altında ən azı 3 (üç) il əmək stajının olmasını təsdiq edən sənəd;
  3. Administrasiya tərəfindən təsdiq edilmiş proqram üzrə gəmi agenti kurslarını bitirməsinə dair sənədin surəti;
  4. sağlamlıq haqqında tibbi arayış;
  5. əmək kitabçasının surəti;
  6. vergi uçotuna alınması haqqında şəhadətnamənin surəti (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda);

3.3.2. ərizə hüquqi şəxsin adından verildikdə:

  1. hüquqi şəxsin dövlət reyestrindən çıxarışın surəti;
  2. gəmi agenti xidmətlərinin göstərilməsinə birbaşa cəlb edilmiş əməkdaşlarının gəmi agentinin rəhbərliyi altında ən azı 3 (üç) il əmək stajlarının olmasına və Administrasiya tərəfindən təsdiq edilmiş proqram üzrə gəmi agenti kurslarını bitirmələrinə dair sənədlərinin surətləri.

3.4.       Ərizəçidən bu Qaydanın 3.1-ci və 3.3-cü bəndlərində nəzərdə tutulanlardan əlavə hər hansı digər sənəd və məlumat tələb edilə bilməz və həmin sənədlər ərizəçi tərəfindən bilavasitə və ya poçt rabitəsi vasitəsilə, yaxud elektron qaydada təqdim edilir.

3.5.       Bu Qaydanın 3.3-cü bəndində göstərilən sənədlər bilavasitə təqdim edildikdə, sənədlərin surətləri onların əsli ilə birgə təqdim edilir və tutuşdurma aparıldıqdan sonra sənədlərin əsli onları təqdim etmiş şəxsə qaytarılır. Ərizəçi sertifikatın alınması üçün poçt rabitəsi və ya elektron qaydada müraciət etdikdə, bu Qaydanın 3.3-cü bəndində göstərilən sənədlərin notarial qaydada təsdiq olunmuş surətlərini ərizəyə əlavə edir.

3.6.       Sertifikatın verilməsi üçün bu Qaydanın 3.1-ci və 3.3-cü bəndlərində göstərilən sənədlərin siyahısı Administrasiyanın rəsmi internet səhifəsində yerləşdirilir.

3.7.       Ərizəçinin sertifikatın verilməsinə dair ərizəsinə Administrasiya tərəfindən ərizənin daxil olduğu gündən sonra 5 (beş) iş günündən gec olmayaraq baxılır və müvafiq qərar qəbul edilir.

3.8.       Təqdim   edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə 2 (iki) iş günündən gec olmayaraq yazılı məlumat verilir. Bu zaman sertifikatın verilməsi ilə bağlı müddətin axımı dayandırılır və ərizəçi tərəfindən həmin çatışmazlıqlar aradan qaldırıldıqdan sonra müddətin axımı bərpa olunur. Çatışmazlıqlar aradan qaldırıldıqda və imtina üçün bu Qaydanın 3.10-cu bəndində nəzərdə tutulan hallar aşkar edilmədikdə, ərizəyə 3 (üç) iş günü müddətində baxılır və müvafiq qərar qəbul edilir.

3.9.       Qərar imzalandığı tarixdən 2 (iki) iş günü müddətində ərizəçiyə bilavasitə təqdim olunur, yaxud poçt vasitəsilə və ya skan edilmiş formada onun elektron ünvanına göndərilir.

3.10.    Bu Qaydanın 3.1-ci və 3.3-cü bəndlərinə əsasən təqdim edilən sənədlərdə düzgün olmayan məlumatlar olduqda, sertifikatın verilməsindən imtina edilir və imtinanın səbəbləri göstərilməklə, ərizəçiyə bu barədə 5 (beş) iş günü müddətində yazılı məlumat verilir.

3.11.    Ərizəçi sertifikatın verilməsindən imtina edilməsi barədə qərarla razılaşmadıqda, həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququna malikdir.

3.12.    Sertifikatın verilməsi barədə qərarı almış ərizəçi aşağıdakı sənədləri Administrasiyaya təqdim etməlidir:

3.12.1.  gəmi agenti xidmətlərinin göstərilməsi ilə əlaqədar məsuliyyətin sığorta edilməsinə dair müqavilənin surəti;

3.12.2.  sertifikatın alınmasına görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd.

3.13.  Sertifikat bu Qaydanın 3.12-ci bəndində qeyd olunan sənədlərin Administrasiyaya təqdim edildiyi tarixdən sonra 3 (üç) iş günü müddətində ərizəçiyə təhvil verilir.

3.14.   Sertifikat yararsız hala düşərsə və ya itirilərsə, gəmi agentinə sertifikatın dublikatı verilir. Dublikatın verilməsinə görə dövlət rüsumu alınmır.

3.15.   Sertifikatın uçotu Administrasiyanın müəyyən etdiyi məsul şəxs tərəfindən “Gəmi agentləri üçün Sertifikatların uçotu jurnalı”nda (bundan sonra - uçot jurnalı) aparılır. Uçot jurnalı qaytanlanır, nömrələnir, jurnalın sonuncu səhifəsi (qaytanın düyünləndiyi hissə) Administrasiyanın rəhbəri və ya onun müavini tərəfindən imzalanır və möhürlə təsdiq edilir.

3.16.   Administrasiyanın texniki vasitələrdən istifadə etməklə verilmiş sertifikatların elektron qaydada uçotunu aparmaq hüququ vardır.

3.17.   Sertifikatın verilməsi və verilməsindən imtina edilməsi barədə qərarlar haqqında (o cümlədən, qəbul olunmuş qərarların təqdim edilməsinə dair) məlumatlar uçot jurnalında qeyd olunur.

3.18.   Ərizəçi sertifikatı Administrasiyadan təhvil götürdükdən sonra bu barədə uçot jurnalında müvafiq qeydlər edilir.

3.19.   Administrasiya sertifikat almış və sertifikatı ləğv olunmuş gəmi agentləri barədə məlumatları özünün rəsmi internet saytında yerləşdirir və həmin məlumatların mütəmadi olaraq yenilənməsini təmin edir.

 

  1. Sertifikatın fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi

 

4.1.       Administrasiya aşağıdakı hallarda sertifikatın müddətini dayandırır:

4.1.1. gəmi agenti öz vəzifələrini, “Dəniz limanları haqqında” Azərbaycan Respublikası Qanununun, “Gəmi agenti haqqında Əsasnamə”nin və bu Qaydanın tələblərini və şərtlərini mütəmadi yerinə yetirmədikdə, üç ay müddətinə;

4.1.2. sertifikat sahibinin yazılı müraciəti əsasında, müraciətdə göstərilən müddətdə.

4.2.       Bu Qaydanın 3-cü hissəsinə uyğun olaraq verilmiş sertifikat Administrasiya tərəfindən aşağıdakı hallarda ləğv edilir:

4.2.1. hüquqi şəxs ləğv edildikdə və fiziki şəxs vəfat etdikdə, habelə ölmüş elan edilməsi və ya itkin düşmüş hesab olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;

4.2.2. şəxsin fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətli olması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;

4.2.3. sertifikat verilməsi üçün Administrasiyaya təqdim edilən sənədlərdə yanlış məlumat aşkar edildikdə;

4.2.4. gəmi agentinin “Gəmi agenti haqqında Əsasnamə”nin və bu Qaydanın tələblərinə uyğun gəlmədiyi aşkar edildikdə;

4.2.5. sertifikatın etibarlılıq müddəti bitdikdə;

4.2.6. gəmi agenti tərəfindən bu Qaydanın 4.1.1-ci yarımbəndi ilə müəyyən edilmiş müddətdə sertifikatın dayandırılmasına əsas olan hallar aradan qaldırılmadıqda;

4.2.7. sertifikatın sahibinin yazılı müraciəti əsasında;

4.2.8. məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qərarı olduqda.

4.3. Bu Qaydanın 4.2-ci bəndində göstərilən hallarda Administrasiya tərəfindən sertifikatın fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi barədə qərar qəbul edilir və bu barədə uçot jurnalında müvafiq qeyd aparılır.

4.4. Sertifikatın fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi barədə qərar Administrasiya tərəfindən 3 (üç) iş günü müddətində gəmi agentinə göndərilir.

4.5. Sertifikatın ləğv edilməsi barədə qərarı almış gəmi agenti sertifikatın əslini Administrasiyaya qaytarmalıdır. Sertifikatın əsli gəmi agenti tərəfindən Administrasiyaya qaytarılmadıqda, Administrasiyanın rəsmi internet saytında sertifikatın ləğv edilməsi barədə məlumat yerləşdirildiyi vaxtdan sertifikat etibarsız hesab edilir.

4.6. Administrasiya sertifikatın fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi barədə qərarın surətinin gəmi sahibinə, fraxt edənə və ya gəmini digər qanuni əsaslarla istismar edən şəxsə göndərilməsini təmin edir.

4.7. Gəmi agenti sertifikatın fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi barədə qərarla razılaşmadıqda, həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququna malikdir.

 

Qeyd. Bu Qaydada dəyişikliklər Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırıldıqdan sonra edilə bilər.

 

 

 

 

 

 

__________________

 

 


 

“Limanlarda gəmi agenti tərəfindən xidmətlərin göstərilməsi üçünsertiflkatın forması, qüvvədə olma müddəti, verilmə və ləğv

edilmə Qaydası”na əlavə

 

 


AZƏRBAYCAN  RESPUBLIKASININ                                     THE STATE MARITIME ADMINISTRATION

DÖVLƏT DƏNİZ ADMİNİSTRASİYASI                                                     OF THE REPUBLICOF AZERBAIJAN

 

 

GƏMİ AGENTİ XİDMƏTLƏRİNİN GÖSTƏRİLMƏSİ ÜÇÜN SERTİFİKAT

CERTIFICATE FOR SHIP AGENT SERVICES

№ ______________

 

 

Bu Sertifikat “Dəniz limanları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası tərəfindən verilmişdir.

Issued in accordance with the requirements of the “Law on Sea Ports” of the Republic of Azerbaijan by the State Maritime Administration of the Republic of Azerbaijan.

 

Gəmiagentininadıvəünvanı  __________________________________________

 

Name and address of the ship agent ______________________________________

 

Bu SertifikatAzərbayeanRespublikasınınlimanlarındagəmiagentixidmətləriningöstərilməsiüçünverilir.

This Certificate gives right to carry out ship agent services in all Ports of the Republic of Azerbaijan.

 

 

Bu Sertifikat _________________ tarixinədəketibarlıdır.

This Certificate is valid until _______________________

 

Verildiyiyer   _____________________                                     Verildiyitarix______________________

İssued at                                                                                                                             Date of issue        

 

________________________________________

(Sertifikatıtəsdiqedənməsulşəxsinimzası/

Signature of the duly authorized official issuing the Certificate)

 

                                               M.Y

Seal

 

    №-li nüsxə

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video