Alternative content

23:01 23 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı
ANA SƏHİFƏ / Nazirlər Kabineti
12:07 30.07.2015

 

№ 257                                    Bakı şəhəri, 8 iyul 2015-ci il

 

“Texnoloji biznes inkubatoru rezidentlərinin qeydiyyatının, həmçinin texnologiyalar parkı rezidentlərinin və texnoloji  biznes inkubatoru rezidentlərinin reyestrinin aparılması Qaydası”nın, “Texnologiyalar parkının və texnoloji biznes inkubatorunun qeydiyyat şəhadətnamələrinin Forması”nın və “Texnologiyalar parkının rezidenti kimi qeydiyyatdan keçmək üçün ərizənin Forması və ona əlavə edilən sənədlərin Siyahısı”nın təsdiq edilməsi haqqında

 

“Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli 168 nömrəli Fərmanının 4.1.3-cü, 4.1.4-cü və 4.1.5-ci yarımbəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Texnoloji biznes inkubatoru rezidentlərinin qeydiyyatının, həmçinin texnologiyalar parkı rezidentlərinin və texnoloji biznes inkubatoru rezidentlərinin reyestrinin aparılması Qaydası” təsdiq edilsin (1 nömrəli əlavə).

2. “Texnologiyalar parkının və texnoloji biznes inkubatorunun qeydiyyat şəhadətnamələrinin Forması” təsdiq edilsin (2 nömrəli əlavə).

3. “Texnologiyalar parkının rezidenti kimi qeydiyyatdan keçmək üçün ərizənin Forması və ona əlavə edilən sənədlərin Siyahısı” təsdiq edilsin (3 nömrəli əlavə).

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan  Respublikası  Nazirlər

Kabinetinin  2015-ci il 8 iyul

tarixli 257 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

 

1 nömrəli əlavə

 

Texnoloji biznes inkubatoru rezidentlərinin qeydiyyatının, həmçinin texnologiyalar parkı rezidentlərinin və texnoloji biznes inkubatoru rezidentlərinin reyestrinin aparılması

 

Q A Y D A S I

 

1. Ümumi müddəalar

                                                  

1.1. Bu Qayda “Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli 168 nömrəli Fərmanının 4.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və texnologiyalar parkının  (bundan sonra – texnopark) nəzdində fəaliyyət göstərən texnoloji biznes inkubatorunun  (bundan sonra – inkubator)  rezidentlərinin qeydiyyatı, texnoparkın (inkubatorun) rezidentlərinin reyestrinin  aparılması qaydasını müəyyən edir.

1.2.  Bu Qayda texnoparkın səlahiyyətli orqanına (yanında texnopark yaradılan dövlət elm və təhsil müəssisəsinə), idarəedici təşkilatına, rezidentlərinə, həmçinin  inkubatorun rezidentlərinə şamil olunur.

1.3. Texnoparkın (inkubatorun) rezidentlərinin qeydiyyatı və reyestrinin aparılması, onlara müvafiq qeydiyyat şəhadətnaməsinin verilməsi texnoparkın idarəedici təşkilatı (bundan sonra – idarəedici təşkilat) tərəfindən həyata keçirilir.

 

2. İnkubator rezidentlərinin qeydiyyatı

 

2.1. İnkubatorda fəaliyyət göstərmək üçün hüquqi və fiziki şəxslər inkubatorun rezidenti kimi qeydiyyatdan keçməli və inkubatorun qeydiyyat şəhadətnaməsini almalıdırlar.

2.2. Hüquqi və fiziki şəxslər inkubatorun rezidenti kimi qeydiyyatdan keçmək üçün elektron və ya yazılı ərizə ilə idarəedici təşkilata müraciət edirlər. Ərizədə aşağıdakı məlumatlar göstərilir:

2.2.1. hüquqi şəxs olan ərizəçinin tam adı və təşkilati-hüquqi forması;

2.2.2. fiziki şəxs olan ərizəçinin soyadı, adı və atasının adı;

2.2.3. ərizəçinin ünvanı və əlaqə vasitələri;

2.2.4. innovasiya layihəsinin adı və qısa məzmunu;

2.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı.

2.3. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

2.3.1. innovasiya layihəsi üzrə inkubatorda fəaliyyət göstərəcək şəxslərin siyahısı;

2.3.2. ərizəçinin sahibkarlıq fəaliyyəti barədə məlumat (əgər varsa);

2.3.3. innovasiya layihəsinin biznes-planı;

2.3.4. innovasiya layihəsinin ətraflı məzmununu əks etdirən və müvafiq proqram təminatında hazırlanmış təqdimat. İnkubatorda fəaliyyət göstərmək üçün təqdim edilən innovasiya layihələri texnoparkın rezidentliyi məqsədi ilə təqdim olunan innovasiya və yüksək texnologiya layihəsindən zəif kommersiyalaşma səviyyəsinə görə fərqlənir.

2.4. İdarəedici təşkilat ərizəçinin müraciətini qəbul edir və ərizəçiyə qeydiyyatı təsdiq edən sənəd verir.

2.5. Qeydiyyat prosedurunun ümumi müddəti ərizənin qeydiyyata alındığı tarixdən etibarən 20 (iyirmi) iş günüdür.

2.6.        İdarəedici təşkilat daxil olmuş ərizəni 20 (iyirmi) iş günü müddətində araşdırır, aşağıdakı qərarlardan birini qəbul edir və bu barədə ərizəçiyə məlumat verir:

2.6.1. innovasiya layihəsinin inkubatorun məqsədlərinə, müəyyən edilmiş qiymətləndirmə meyarlarına uyğun gəlməsi və ərizəçinin inkubatorun rezidenti kimi qeydiyyata alınması;

2.6.2. innovasiya layihəsinin inkubatorun məqsədlərinə, fəaliyyət istiqamətinə və ya müvafiq meyarlara uyğun gəlməməsi səbəbindən ərizəçinin inkubatorun rezidenti kimi qeydiyyata alınmaması.

2.7. Təqdim edilmiş müraciətdə inkubatorun rezidenti kimi qeydiyyata alınma üçün imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, idarəedici təşkilat tərəfindən həmin sənədlər çatışmazlıqlar göstərilməklə, bu çatışmazlıqların aradan qaldırılması üçün müraciət etmiş şəxsə geri qaytarılır. Həmin çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sənədlər idarəedici təşkilata 5 (beş) iş günü müddətində yenidən təqdim olunur.

2.8. İnkubatora təqdim edilən layihələrin qiymətləndirilməsi idarəedici təşkilat tərəfindən layihənin perspektivi baxımından aparılır və müstəqil şəkildə qərar qəbul edilir. İdarəedici təşkilat tərəfindən layihələrin qiymətləndirilməsi xüsusi yaradılmış daxili komissiyanın rəyinə əsasən həyata keçirilir və bu  zaman müraciət etmiş ərizəçilərlə görüşlər təşkil edilir, layihənin məzmunu barədə ərizəçilərin təşkil etdiyi təqdimatlar dinlənilir. Daxili komissiya ərizəçinin təqdim etdiyi innovasiya layihəsini inkubatorun prioritet istiqamətlərinə uyğunluğu və idarəedici təşkilatın müəyyən etdiyi meyarlar əsasında qiymətləndirir.

2.9. İdarəedici təşkilatın yaratdığı daxili komissiya ərizəçinin təqdim etdiyi innovasiya layihəsinə dair rəyini özünün innovasiya layihələri təqdim olunduqda, habelə komissiyanın vəzifələrin icrası ilə bağlı zərurət yarandığı hallarda çağırılan iclasında bildirir və qeydiyyat prosedurunun ümumi müddətinin son 5 (beş) iş günündən gec olmayaraq idarəedici təşkilata təqdim edir. İdarəedici təşkilatın müvafiq komissiyasına səlahiyyətli orqanın, onun qurumlarının və kənar təşkilatların mütəxəssisləri daxil edilə bilərlər.

2.10. İdarəedici təşkilatın müvafiq komissiyasının innovasiya layihəsinə dair mənfi rəyi olduqda, habelə ərizədə və ona əlavə edilən sənədlərdə aşkar edilmiş çatışmazlıqlar müəyyən edilmiş müddətdə aradan qaldırılmadıqda, idarəedici təşkilat qeydiyyat prosedurunun ümumi müddəti çərçivəsində ərizəçinin inkubatorun rezidenti kimi qeydiyyata alınmasından imtina haqqında qərar qəbul edir və bu barədə ərizəçiyə yazılı məlumat verir.

2.11. İdarəedici təşkilat müvafiq daxili komissiyanın innovasiya layihəsinə  dair rəyi əsasında qeydiyyat prosedurunun ümumi müddəti çərçivəsində ərizəçinin inkubatorun rezidenti kimi qeydiyyata alınması haqqında qərar qəbul edərək, innovasiya layihəsinin inkubatorda fəaliyyət göstərəcək müddətini müəyyən edir və inkubatorun qeydiyyat şəhadətnaməsini ərizəçiyə təqdim edir. Hüquqi və fiziki şəxslər inkubatorun qeydiyyat şəhadətnaməsinin verildiyi tarixdən inkubatorun rezidenti hesab edilirlər.

2.12. İnkubatorun rezidenti qeydiyyat şəhadətnaməsini aldıqdan sonra 30 (otuz) gün müddətində idarəedici təşkilatla (operatorla) fəaliyyət göstərəcəyi sahənin (torpaq sahəsi istisna olmaqla) icarə müqaviləsini bağlayır.

2.13. İnkubatorda fəaliyyətin həyata keçirilməsinə dair müqavilədə aşağıdakılar əks olunur:

2.13.1. tərəflərin hüquq və öhdəlikləri;

2.13.2. inkubatorda təqdim olunan xidmət haqqının məbləği və ödənilməsi qaydası;

2.13.3. müqavilənin müddəti və xitam verilməsi qaydaları;

2.13.4. tərəflər arasında yaranan mübahisələrin həlli qaydası;

2.13.5. qanunvericiliyə zidd olmayan digər müddəalar.

2.14. İnkubatorun rezidentinə müvafiq yer ayrıldıqdan sonra imzalanmış müqaviləyə uyğun olaraq inkubatorun rezidentinə xidmətlər təqdim edilir və o icarə müqaviləsində göstərilən avadanlıq və əşyalar ilə təchiz olunur.

2.15. İnkubatorda fəaliyyət göstərən rezidentlərin layihələri barədə sənədlər və məlumatlar konfidensial sayılır. Həmin məlumatların və ya sənədlərin açıqlanması yalnız mövcud qanunvericiliyin tələbləri və ya bağlanılmış müqavilənin şərtləri ilə müəyyən olunmuş hallarda mümkündür.

2.16. İnkubatorun rezidentinin əsaslandırılmış müraciəti və daxili komissiyanın müsbət rəyi olduqda, layihənin və müqavilənin müddəti uzadılır. Müqavilənin müddətinin uzadılması əlavə razılaşma ilə təsdiqlənir.  İnkubatorda rezidentin bir layihə üzrə fəaliyyəti 3 (üç) ildən artıq ola bilməz.

2.17. İnkubatorda fəaliyyətin həyata keçirilməsinə dair müqavilənin müddəti başa çatdıqdan və ya müqaviləyə vaxtından əvvəl xitam verildikdən sonra inkubatorun rezidenti müvafiq qaydada texnoparkın rezidenti kimi qeydiyyatdan keçə bilər.

2.18. İnkubatorun rezidentləri  Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə, habelə texnoparkın  fəaliyyətini tənzimləyən digər normativ hüquqi aktların və bağlanılmış müqavilələrin tələblərinə riayət etmədikdə, onların qeydiyyatı idarəedici  təşkilat tərəfindən birtərəfli qaydada ləğv edilir. Həmçinin, inkubatorun rezidenti olan hüquqi şəxs ləğv edildikdə, fiziki şəxs isə sahibkarlıq fəaliyyətini dayandırdıqda, onların qeydiyyatı idarəedici təşkilat tərəfindən ləğv edilir. 

 

3. Texnoparkın (inkubatorun) rezidentlərinin  reyestrinin  aparılması

 

3.1. Reyestr informasiya ehtiyatıdır, onun istifadəsi və mühafizəsi idarəedici təşkilat tərəfindən təmin edilir.

3.2. Reyestr təqvim illərinə əsasən və hər  texnopark üzrə ayrıca aparılır.

3.3. Reyestr kağız və elektron daşıyıcılarda tərtib edilir. Kağız və elektron daşıyıcılardakı qeydlər arasında ziddiyyət olduqda, qanunvericilikdə digər qayda nəzərdə tutulmayıbsa, kağız daşıyıcılardakı qeydlər üstün qüvvəyə malik olur.

3.4. Reyestrin elektron formada tərtib edilməsi təşkilati, metodoloji və texniki proqram prinsiplərinin tətbiqinə əsaslanmaqla, dövlətin digər informasiya sistemləri və şəbəkələri ilə onun qarşılıqlı əlaqədə fəaliyyət göstərməsini təmin edir.

3.5.  Reyestr aşağıdakılardan ibarətdir:

3.5.1. rezident olan hüquqi şəxslər barədə məlumatlar;

3.5.2. rezident olan fiziki şəxslər barədə məlumatlar;

3.5.3. rezidentin qeydiyyatı və ləğvi barədə məlumatlar;        

3.5.4. reyestrə daxil edilmiş məlumatlarda dəyişikliklər;

3.5.5. texnoparkda (inkubatorda) qeydiyyata alınmaq üçün təqdim edilmiş sənədlər.

3.6. Texnoparkın (inkubatorun) rezidentlərinin reyestrində aşağıdakı məlumatlar əks olunur:

3.6.1. hüquqi şəxs olan rezidentin tam adı və təşkilati-hüquqi forması;

3.6.2. fiziki şəxs olan rezidentin soyadı, adı və atasının adı;

3.6.3. rezidentin hüquqi (fəaliyyət) ünvanı;

3.6.4. vergi ödəyicisinineyniləşdirmə nömrəsi (VÖEN);

3.6.5. hüquqi şəxs olan rezidentin hər bir təsisçisinin (iştirakçısının):

3.6.5.1. tam adı (hüquqi şəxsdirsə);

3.6.5.2. soyadı, adı və atasının adı (fiziki şəxsdirsə);

3.6.5.3. hüquqi  ünvanı (yaşayış yeri);

3.6.5.4. dövlət qeydiyyatı haqqında məlumatlar;

3.6.6. hüquqi şəxs olan rezidentin səlahiyyətli nümayəndəsinin (təmsilçisinin) soyadı, adı, atasının adı və ünvanı;

3.6.7. rezidentin texnoparkda (inkubatorda) həyata keçirdiyi innovasiya layihəsinin tam adı və müddəti (inkubator üzrə);

3.6.8. reyestr məlumatlarında edilmiş dəyişikliklər;

3.6.9. rezidentin texnoparkda (inkubatorda) qeydiyyata alınması və qeydiyyatının ləğvi haqqında qərarın tarixi və nömrəsi.

3.7. Müvafiq qaydada tərtib edilmiş reyestr kitabı qaytanlanır, idarəedici təşkilatın səlahiyyətli vəzifəli şəxsi tərəfindən imzalanır və möhürlənir.

3.8. İdarəedici təşkilat hüquqi və ya fiziki şəxsin texnoparkın (inkubatorun) rezidenti kimi qeydiyyata alınması və ya qeydiyyatının ləğvi haqqında qərar qəbul etdikdən 5 (beş) iş günündən gec olmayaraq məlumatları reyestrə daxil edir.

3.9. Texnoparkın (inkubatorun) rezidentinə vahid və reyestrdə təkrarolunmaz 11 rəqəmdən ibarət qeydiyyat nömrəsi verilir. Qeydiyyat nömrəsindəki ilk üç rəqəm rezidentin reyestrdəki sıra nömrəsini, növbəti iki rəqəm rezidentin texnoparkda (inkubatorda) qeydiyyata alındığı ilin son iki rəqəmini, növbəti altı rəqəm isə vergi ödəyicisinin (rezident vergi ödəyicisi olduğu halda) eyniləşdirmə nömrəsinin (VÖEN) üçüncü-səkkizinci rəqəmlərini göstərir (rezidentin VÖEN-i olmadıqda, bu rəqəmlər sıfır kimi göstərilir). Qeydiyyat nömrəsi reyestrdə, texnoparkın (inkubatorun) qeydiyyat şəhadətnaməsində və reyestrdən çıxarışda əks olunur.

3.10. Texnoparkın (inkubatorun) rezidentinin qeydiyyatı ləğv edildikdə, onun qeydiyyat nömrəsi silinmir, başqasına verilmir və bu barədə reyestrdə qeyd aparılır.

3.11. Reyestrə daxil edilən məlumatlarda dəyişikliklər baş verdikdə, texnoparkın (inkubatorun) rezidenti bu barədə idarəedici təşkilata məlumat verməlidir. Məlumat daxil olduqdan sonra 5 (beş) iş günündən gec olmayaraq, idarəedici təşkilat tərəfindən reyestrə müvafiq dəyişikliklər daxil edilməlidir.

3.12. Reyestr məlumatlarındakıdəyişikliklərlə bağlı reyestr kitabında qeydlər aparılarkən, ilkin məlumatlara, habelə həmin məlumatlarla əlaqəli digər dəyişikliklərə sıra nömrəsinə uyğun istinadlar edilir.

3.13. Reyestrdə dəyişiklik edilərkən, o cümlədən rezident olan hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, rezident olan fiziki şəxsin soyadı, adı və atasının adı dəyişdikdə, qeydiyyat nömrəsi dəyişilmir.

3.14. Reyestrə texnoparkın rezidenti barədə məlumatlar daxil edildikdən, texnoparkın rezidentinə qeydiyyat şəhadətnaməsi verildikdən və rezidentin texnoparkda qeydiyyatının ləğvi barədə qərar qəbul edildikdən sonra idarəedici təşkilat 2 (iki) iş günü ərzində bu barədə texnoparkın səlahiyyətli orqanına (dövlət elm və təhsil müəssisəsinə), Azərbaycan Respublikasının Vergilər Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə rəsmi məlumat təqdim etməlidir.

3.15. Hüquqi və fiziki şəxslərin texnoparkda (inkubatorda) qeydiyyata alınması və qeydiyyatının ləğvi barədə məlumat idarəedici təşkilatın internet informasiya ehtiyatında açıqlanır.

 

4. Reyestrdən istifadə və reyestrdə olan məlumatların saxlanılması

 

4.1. Texnoparkın (inkubatorun) rezidenti özü barəsində reyestrdəki məlumatlarla tanış olmaq, reyestrdən çıxarışı və texnoparkda (inkubatorda) qeydiyyata alınmaq üçün təqdim etdiyi sənədlərin surətlərini almaq hüququna malikdir.

4.2. Reyestrdən çıxarış idarəedici təşkilatın səlahiyyətli vəzifəli şəxsinin imzası ilə verilir və möhürlə təsdiq edilir.

4.3. Reyestrdən çıxarış “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq sorğu əsasında üçüncü şəxslərə də verilir. Bu halda reyestrdən çıxarışda əks olunan məlumatlar (rezident olan hüquqi şəxsin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla) sorğuya uyğun verilir.

4.4. Reyestr məlumatlarını əks etdirən və texnoparkda qeydiyyata alınmaq üçün təqdim edilən sənədlər, o cümlədən texnoparkın qeydiyyat şəhadətnaməsi və reyestrdən çıxarış “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq saxlanılmaq üçün arxivə verilir.

 

5. Mübahisələrin həlli

 

5.1. Bu Qayda ilə tənzimlənən münasibətlər üzrə idarəedici təşkilat və rezidentlər (ərizəçilər) arasında mübahisələr yarandıqda, mübahisənin həll edilməsi üçün texnoparkın səlahiyyətli orqanına (dövlət elm və təhsil müəssisəsinə)  və ya məhkəməyə müraciət edilir.

5.2. Tərəflər arasında bu Qaydada nəzərdə tutulmayan münasibətlər üzrə mübahisələr ümumi qaydada Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi  ilə tənzimlənir.

5.3. Texnoparkın (inkubatorun) rezidentlərinin öhdəliklərinə görə texnoparkın səlahiyyətli orqanı və idarəedici təşkilat məsuliyyət daşımırlar.

 

 

 

 

____________________

 

 

 

 

 

 

 

 

 

 

 

Azərbaycan  Respublikası  Nazirlər

Kabinetinin  2015-ci il 8 iyul

tarixli 257 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

 

2nömrəli əlavə

 

 

Texnologiyalar parkının və texnoloji biznes inkubatorunun qeydiyyat şəhadətnamələrinin Forması

 

Texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinin Forması

 

Üz tərəfi

 

 

 

_____________________________________________

(texnologiyalar parkının idarəedici təşkilatının adı)

 

___________________________________________

(texnologiyalar parkının adı)

QEYDİYYAT ŞƏHADƏTNAMƏSİ

 

QEYDİYYAT №-si _______________________________

 

Arxa tərəfi

 

__________________________________________________________

(hüquqi şəxsin tam adı / fiziki şəxsin soyadı, adı, atasının adı)

 

Qeydiyyata alındığı tarix ___________________

 

Əsas____________________________________________________

                           (texnologiyalar parkının idarəedici təşkilatının adı)

_______________ tarixli ____ nömrəli qərarı.

 

 

______________________   _____________     __________________

(məsul şəxsin vəzifəsi)                      (imzası)                        (adı, soyadı)

 

                                       M.Y.

 

 

Texnoloji biznes inkubatorunun qeydiyyat şəhadətnaməsinin Forması

 

Üz tərəfi

 

 

 

 

_____________________________________________

(texnologiyalar parkının idarəedici təşkilatının adı)

 

___________________________________________

(texnologiyalar parkının adı)

Texnoloji biznes inkubatorunun

QEYDİYYAT ŞƏHADƏTNAMƏSİ

 

QEYDİYYAT №-si _______________________________

 

Arxa tərəfi

 

 

__________________________________________________________

(hüquqi şəxsin tam adı / fiziki şəxsin soyadı, adı, atasının adı)

 

Qeydiyyata alındığı tarix ___________________

 

Əsas_______________________________________________________

                           (texnologiyalar parkının idarəedici təşkilatının adı)

_______________ tarixli ____ nömrəli qərarı.

 

______________________   _____________    ___________________

(məsul şəxsin vəzifəsi)                     (imzası)                        (adı, soyadı)

 

                                       M.Y.

 

 

 

 

 

 

 

Azərbaycan  Respublikası  Nazirlər

Kabinetinin  2015-ci il 8 iyul

tarixli 257 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

 

3nömrəli əlavə

 

 

Texnologiyalar parkının rezidenti kimi qeydiyyatdan keçmək üçün ərizənin Forması və ona əlavə edilən sənədlərin  Siyahısı

                                                                                       ______________________________________________

(texnologiyalar parkının idarəedici təşkilatının adı)

                                                                                    _________________________________________  

(texnologiyalar parkının  adı)

rezidenti kimi qeydiyyatdan keçmək üçün

 

ƏRİZƏ

 

1. Ərizəçi haqqında məlumatlar:

1.1. hüquqi şəxsin tam adı / fiziki şəxsin soyadı, adı, atasının adı ______________________

__________________________________________________________________________

1.2.əlaqə telefonları__________________________________________________________

1.3. internet ünvanı (vebsaytı, əgər varsa)________________________________________

1.4. elektron poçt ünvanı ______________________________________________________

1.5. hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin (təmsilçisinin):

1.5.1. soyadı, adı, atasının adı__________________________________________________

1.5.2. ünvanı _______________________________________________________________

1.5.3. əlaqə telefonu _________________________________________________________

1.5.4. elektron poçt ünvanı_____________________________________________________

1.5.5. şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilməsi tarixi və sənədi verən orqanın adı ________________________________________________________________

1.6. fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilməsi tarixi və sənədi verən orqanın adı __________________________________________________________________________

1.7. hüquqi və ya fiziki şəxsin mövcud fəaliyyət növü_______________________________

__________________________________________________________________________

(istehsal edilən məhsullar, aparılan elmi-tədqiqat işləri, göstərilən xidmətlər və s.)

1.8. hüquqi və ya fiziki şəxsin texnologiyalar parkında məşğul olmaq istədiyi sahibkarlıq fəaliyyəti növü üçün xüsusi razılığın (lisenziyanın) və icazə xarakterli digər sənədlərin (əgər varsa):

1.8.1. adı və fəaliyyət növü____________________________________________________

1.8.2. verilməsi tarixi və nömrəsi________________________________________________

1.8.3. müddəti (başlama və başa çatma tarixləri göstərilməklə) ____________________________

2. Texnologiyalar parkında nəzərdə tutulan ərazinin göstəriciləri:

2.1. ümumi sahə (m²) ________________________________________________________ 

2.2. bina (m²) ____________________________________________________

2.3. ofis (m²) _____________________________________________________

2.4. anbar (m²)  və (m³)  ___________________________________________ 

2.5. yardımçı sahə (m²)  ____________________________________________

2.6. laboratoriya (m²) _____________________________________________

2.7. digər _______________________________________________________

3. İnnovasiya və ya yüksək texnologiya layihəsi üzrə məlumatlar:

3.1. layihənin adı ____________________________________________________________

__________________________________________________________________________

3.2. həyata keçiriləcək elmi-tədqiqatlar və təcrübə-konstruktor işləri, hazırlanacaq innovasiya məhsulu və ya yüksək texnologiyalar___________________________________

__________________________________________________________________________

3.3. layihənin nəzərdə tutulan başlanma tarixi _____________________________________

3.4. layihənin müddəti ________________________________________________________

3.5. yaradılacaq yeni iş yerlərinin növü və sayı_____________________________________

__________________________________________________________________________

3.6. layihə üzrə patentin mövcudluğu və müəllif hüquqları haqqında məlumat____________

__________________________________________________________________________

3.7. layihənin qısa təsviri______________________________________________________

____________________________________________________________________________________________________________________________________________________

Bu ərizədə olan bütün məlumatların doğruluğunu təsdiq edir və ərizənin ekspertizasında iştirak edən şəxslərin ərizədə olan məlumatlarla tanış olmasına etiraz etmirəm.

Xahiş edirəm_____________________________________________________________________

 (hüquqi şəxsin tam adı / fiziki şəxsin soyadı, adı, atasının adı)

_______________________________________________rezidenti kimi qeydiyyata alasınız.

(texnologiyalar parkının adı)

 

Sıra nömrəsi, sənədlərin adı, nüsxələrin sayı və vərəqlərin sayı göstərilməklə, ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

1. hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti (ərizəçi hüquqi şəxs olduqda);                                      

2. hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin (təmsilçisinin) şəxsiyyətini təsdiq edən sənədin surəti (ərizəçi hüquqi şəxs olduqda);                                              

3. fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin və vergi uçotuna alınması haqqında şəhadətnamənin surəti (ərizəçi fiziki şəxs olduqda);                                      

4. hüquqi şəxsin nizamnaməsinin surəti (ərizəçi hüquqi şəxs olduqda);                                             

5. innovasiya və ya yüksək texnologiya layihəsi (biznes plan);                                           

6. hüquqi və ya fiziki şəxsin texnologiyalar parkında məşğul olmaq istədiyi sahibkarlıq fəaliyyəti üçün xüsusi razılığın (lisenziyanın) və icazə xarakterli digər sənədlərin surətləri (əgər ərizədə göstərilibsə).                                     

 

Ərizənin təqdim edildiyi tarix  _______________________________________

 (gün, ay, il)

Hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin (təmsilçisinin) / fiziki şəxsin imzası __________

 (imza)

 

M.Y. 



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM