30 Iyul 2015 12:07
424
Nazirlər Kabineti
A- A+

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

№ 258                                    Bakı şəhəri, 8 iyul 2015-ci il

 

“Nəzarət markalarının alınmasına görə ödənilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına nəzarət edilməsi və uçotunun aparılması Qaydası”nın təsdiq edilməsi haqqında

 

“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 6 mart tarixli 1227-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 3 aprel tarixli 496 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Nəzarət markalarının alınmasına görə ödənilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına nəzarət edilməsi və uçotunun aparılması Qaydası” təsdiq edilsin (əlavə olunur).

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan  Respublikası  Nazirlər

Kabinetinin  2015-ci il 8 iyul

tarixli 258 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

 

 

Nəzarət markalarınınalınmasına görə ödənilən vəsaitlərin dövlət

büdcəsinə daxil olmasına nəzarət edilməsi və uçotunun aparılması

 

 

Q A Y D A S I

 

 

  1. 1.                  Ümumi müddəalar

 

1.1.                 Bu Qayda “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin beşinci və altıncı hissələrinə və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 8.4-cü və 8.5-ci maddələrinə əsasən hazırlanmışdır.

1.2.                 Bu Qayda dərman vasitələrinə və dini təyinatlı ədəbiyyata (kağız və elektron daşıyıcılarında), audio və video materiallara, mal və məmulatlara, dini məzmunlu başqa məlumat materiallarına tətbiq olunan nəzarət markalarının (bundan sonra - nəzarət markaları) hazırlanması, onların alınmasına görə ödənilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına nəzarət edilməsi və uçotunun aparılması ilə bağlı məsələləri tənzimləyir.

 

 

2. Nəzarət markalarının hazırlanması və verilməsi qaydası

 

2.1. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (bundan sonra – Nazirlik)  və Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (bundan sonra – Komitə) növbəti təqvim ilinin başlanmasına6 (altı) ay qalmış nəzarət markalarına olan illik tələbat barədə məlumatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (bundan sonra - Maliyyə Nazirliyi) təqdim edirlər.

2.2. Nazirliyin və Komitənin təqdim etdiyi tələbata uyğun olaraq, nəzarət markalarının hazırlanması (sifarişi) “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir. Nəzarət markalarının hazırlanması ilə əlaqədar xərclər dövlət büdcəsində Maliyyə Nazirliyinə nəzarət markalarının çap edilməsi üçün nəzərdə tutulmuş vəsait hesabına maliyyələşdirilir.

2.3. Maliyyə Nazirliyi Nazirliyin və Komitənin təqdim etdiyi tələbata uyğun miqdarda sifariş etdiyi nəzarət markalarını növbəti təqvim ilinin 1 fevral tarixinədək onlara təhvil verir.

2.4. Nəzarət markalarının saxlanılması Nazirlik və Komitə tərəfindən həyata keçirilir.

 

3. Nəzarət markalarının alınmasına görə ödənilən vəsaitlərin  dövlət büdcəsinə daxil olmasına nəzarət edilməsi və uçotunun aparılması

 

3.1. Nazirlik və Komitə tərəfindən nəzarət markaları hüquqi və fiziki şəxslərə “Nəzarət markasının alınmasına görə ödənilən haqqın məbləği”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 iyul tarixli 214 nömrəli qərarı ilə müəyyən edilmiş qiymətə satılır.

3.2. Nəzarət markalarının alınmasına görə ödənilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına nəzarət edilməsi və uçotunun aparılması Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir.

3.3. Nazirlik və Komitə tərəfindən nəzarət markalarının hüquqi və fiziki şəxslərə satışı müqavilə əsasında həyata keçirilir. Bu müqavilədə göstərilən məbləğin dövlət büdcəsinə ödənilməsini təsdiq edən sənəd təqdim olunduqdan sonra nəzarət markaları hüquqi və fiziki şəxslərə təqdim edilir.

3.4. Nazirlik və Komitə hər rübdən sonrakı ayın 20-dək bu Qaydanın əlavəsindəki  formada rüb ərzində satılmış nəzarət markalarının sayı və onların satışından dövlət büdcəsinə köçürülmüş pul vəsaitləri barədə məlumatları Maliyyə Nazirliyinə təqdim edirlər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

“Nəzarət markalarının alınmasına görə ödənilən

vəsaitlərin dövlət büdcəsinə daxil olmasına nəzarət

edilməsi və uçotunun aparılması Qaydası”na

 

əlavə

 

20______ ilin ___ rübü ərzində nəzarət markalarının mədaxili, məxarici və onların satışından dövlət büdcəsinə daxil olan vəsaitlər barədə

 

M Ə L U M A T

 

(məbləğ manatla)

Rübün əvvəlinə olan nəzarət marka-larının  qalığı

Rüb ərzində alınmış nəzarət marka-ları-nın sayı

Rüb ərzində satıl-mış nəzarət marka-larının sayı

Rübün sonuna qalan  nəzarət marka-ları-nın qalığı

Rübün əvvəli-nə büdcə-yə köçü-rül-

məmiş vəsait

Nəzarət markalarının satışından

Rübün sonuna büdcəyə köçürül-məmiş vəsait

daxil olmuş vəsait

dövlət büdcəsinə köçürül-

müş vəsait

vəsaitin dövlət büdcəsinə köçürül-məsi tarixi

1

2

3

4

5

6

7

8

9

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Rəhbər       ____________________        __________________________         

                                     (imza)                                              (soyadı və adı)

 

İcraçı         ____________________        __________________________         

                                     (imza)                                              (soyadı və adı)

 

 

Tərtib olunma tarixi     ____________________

 

M.Y.   

    №-li nüsxə

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video