26 Fevral 2012 01:02
818
Hüquq məsləhəti
A- A+

Oxucuların suallarına cavab verir

 

Əmək müqaviləsi bağlamaqla özəl şirkətlərdən birində çalışır, ali məktəbin qiyabi şöbəsində təhsil alıram. Diplom işi yazmaq üçün təhsil məzuniyyətinə çıxmaq istəyirəm. Bilmək istərdim, təhsil məzuniyyətinin müddəti neçə gündür?

 

Nicat BAĞIRZADƏ,

Bakı şəhəri

 

- Azərbaycan Respublikası Əmək Məcəlləsinin 123-cü maddəsinin I hissəsinin "c" bəndinə görə işləməklə yanaşı təhsil alan işçilərə diplom layihəsini (işini) hazırlamaq və müdafiə etmək üçün ödənişli təhsil məzuniyyəti verilir. Həmin məcəllənin 124-cü maddəsinin V hissəsində nəzərdə tutulmuş qaydada diplom işinin hazırlandığı və müdafiə edildiyi dövrdə ali təhsil müəssisələrinin qiyabi şöbələrində təhsil alan işçilərə 4 təqvim ayınadək, orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbələrində təhsil alan işçilərə isə 2 təqvim ayınadək məzuniyyət verilir.

 

Anam yaşa görə pensiya alır. İndi xəstə olduğu üçün özü gedib pensiyasını ala bilmir. Etibarnamə əsasında mən onun pensiyasını ala bilərəm?

 

Aytəkin MƏMMƏDLİ

 

- "Əmək pensiyaları haqqında" qanunun 40.1-ci maddəsinə uyğun olaraq Sizin ananıza təyin olunmuş yaşa görə əmək pensiyasını etibarnamə əsasında əldə etməyiniz mümkündür. Bunun üçün ananız tərəfindən Sizə müvafiq səlahiyyətlərin, o cümlədən də əmək pensiyasını almaq səlahiyyətinin əks olunduğu notariat qaydasında təsdiqlənmiş etibarnamə verilməsi zəruridir.

Onu da qeyd edək ki, "Dövlət rüsumu haqqında" qanunun 11.1.5-ci maddəsinə görə pensiya alınması üçün verilən etibarnamələr üzrə dövlət rüsumu ödənilmir.

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video