Alternative content

10:54 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Xocalı soyqırımı (genosidi) günü haqqında
Xocalı soyqırımı (genosidi) günü haqqında
ANA SƏHİFƏ / Milli Məclis
01:02 24.02.2012

 

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI

 

Azərbaycan Respublikasının Milli Məclisi erməni təcavüzkarları tərəfindən törədilmiş Xocalı soyqırımı haqqında Milli Məclisin Qaçqınlar və xaricdə yaşayan soydaşlarla əlaqə komissiyasının təklifini müzakirə edərək qərara alır:

1. 1992-ci il fevralın 26-da erməni təcavüzkarları tərəfindən törədilmiş, Azərbaycan xalqının milli faciələrindən və bəşər tarixinin qanlı səhifələrindən biri olan Xocalı hadisələri hər il fevralın 26-da "Xocalı soyqırımı günü" elan olunsun və bu barədə beynəlxalq təşkilatlara məlumat verilsin.

2. Xocalı hadisələri barəsində həqiqətin dünya xalqlarına çatdırılması və "Xocalı soyqırımı günü"nün beynəlxalq miqyasda keçirilməsi üçün dünya azərbaycanlılarına müraciət edilsin.

 

Bakı şəhəri, 24 fevral 1994-cü il