Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

22:42 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Konstitusiya Məhkəməsində Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı anma mərasimi keçirilmişdir
Konstitusiya Məhkəməsində Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı anma mərasimi keçirilmişdir
ANA SƏHİFƏ / Konstitusiya məhkəməsi
01:02 24.02.2012

 

Konstitusiya Məhkəməsində Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı anma mərasimi keçirilmişdir. AzərTAc xəbər verir ki, mərasimdə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, sonra soyqırımı ilə bağlı Heydər Əliyev Fondu tərəfindən hazırlanmış film nümayiş olunmuşdur.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev tədbirdə çıxış edərək Azərbaycanın ən yaxın tarixinin qanlı səhifəsi olan Xocalı soyqırımından, eləcə də ermənilərin xalqımıza qarşı törətdikləri digər dəhşətli qətliamlardan danışmışdır. Vurğulanmışdır ki, erməni hərbçilərinin Xocalıda törətdikləri vəhşiliklər və qanlı qırğın beynəlxalq konvensiyalarda qəbul olunmuş soyqırımı cinayətlərinə tam uyğundur. Bir gecədə Ermənistan silahlı qüvvələri və keçmiş SSRİ-nin Xankəndidəki 366-cı motoatıcı alayının şəxsi heyəti tərəfindən azərbaycanlılara qarşı törədilmiş dəhşətli qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca qətlə yetirilmiş, 1275 dinc sakin girov götürülmüş, 155 nəfər itkin düşmüşdür.

Konstitusiya Məhkəməsinin sədri

 qeyd etmişdir ki, bu dəhşətli soyqırımına hüquqi-siyasi qiymət yalnız Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilmişdir. Belə ki, 1994-cü ildə Milli Məclisdə Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilmiş, 26 fevral Xocalı Soyqırımı Günü elan edilmişdir. Bildirilmişdir ki, ulu öndərin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev Xocalı şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, faciə qurbanlarının ailələrinin, yaxınlarının sosial şəraitinin yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayır. Məhz bu addımların sayəsində son illərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Xocalı faciəsinin beynəlxalq aləmdə tanıdılması istiqamətində sistemli iş aparılır. Təsadüfi deyildir ki, bu il Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı dünyanın 60-dan çox ölkəsində anma mərasimləri keçirilir.

Sonda Fərhad Abdullayev bu istiqamətdə görülən işlərdə Konstitusiya Məhkəməsinin də üzərinə düşən vəzifələrdən danışaraq bildirmişdir ki, hər birimiz Xocalı soyqırımı, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin daha geniş coğrafiyada dünya ictimaiyyətinə çatdırılması üçün səylərimizi artırmalıyıq.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM