Alternative content

21:49 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan ilə Fransa arasında turizm sahəsində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur
Azərbaycan ilə Fransa arasında turizm sahəsində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur
ANA SƏHİFƏ / Turizm
05:07 06.07.2015

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Fransanın xarici ticarət, turizmin inkişafı və xaricdəki fransızlarla iş üzrə Dövlət katibi Matias Feklin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə Fransa arasında turizm sahəsində əməkdaşlığın vəziyyəti və gələcək perspektivləri müzakirə edilib.

Əbülfəs Qarayev bildirib ki, iki ölkə arasında mədəniyyət sahəsində olduğu kimi, turizm sahəsində də əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Qarşılıqlı münasibətlərin inkişafında Azərbaycanın birinci xanımı, Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti, həyata keçirilən layihələr olduqca mühüm əhəmiyyət kəsb edir.

Görüşdə vurğulanıb ki, Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu mövqeyin davamı olaraq bütün məsələlərdə beynəlxalq hüquq normalarının əsas götürülməsi, Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş əraziləri və separatçı rejim ilə Fransanın regionları arasında əməkdaşlıq cəhdlərinin qarşısının alınması vacibdir.

Əbülfəs Qarayev qeyd edib ki, cari ilin mayında Xorvatiyada keçirilmiş Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 100-cü sessiyasında "Münaqişə zonalarının turizm məkanı kimi və turizmin qanunsuz məqsədlər üçün istifadəsinin qarşısının alınması" adlı qətnaməyə dair qərarın qəbulunda Fransa tərəfinin dəstəyi təqdirəlayiqdir. Lakin bu qərarın icrasının Fransada keçirilən turizm sərgilərində təmin edilməsi üçün bu ölkənin dövlət və özəl qurumları tərəfindən səylərin artırılması zəruridir.

Səmimi qəbula görə təşəkkürünü bildirdi fransalı qonaq öz növbəsində, ölkələrimiz arasında turizm sahəsində əməkdaşlıqda maraqlı olduqlarını və bu istiqamətdə lazımi fəaliyyətin həyata keçirilməsinə hazırlıqlalrını dilə gətirib.

Görüşdə viza prosedurunun sadələşdirilməsi, turizm marşrutları, birgə infoturların təşkili, turizm menecmenti üzrə təhsili sahəsində əməkdaşlıq, mətbəx mübadiləsi layihələri kimi məsələlərə də toxunuldu.