Alternative content

10:03 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
19.09.2018
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir
Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir
ANA SƏHİFƏ / Hüquq məsləhəti
01:07 05.07.2015

 

Məhdud məsuliyyətli cəmiyyətin təsisçilərindən biriyəm. İdarəetmə ilə bağlı fikir ayrılığı yarandığından cəmiyyətdən çıxmaq istəyirəm. Bunun üçün digər təsisçilərin razılığı lazımdırmı? Mənə təsis payımın qarşılığında əmlak verilməli, yoxsa pul ödənilməlidir?

 

Taleh Habiloğlu,

Xırdalan şəhəri

 

- Sizin digər təsisçi

lərin (iştirakçıların) razılığı olmadan istənilən vaxt cəmiyyətdən çıxmaq hüququnuz vardır (Azərbaycan Respublikası Mülki Məcəlləsi, maddə 95). Əgər cəmiyyətin nizamnaməsində başqa qayda nəzərdə tutulmayıbsa, onda sizə təsis payınızın həqiqi dəyəri pulla ödənilməlidir. Lakin cəmiyyətlə razılaşmaya əsasən sizə pul vəsaitinin əvəzində naturada əmlakın verilməsi də mümkündür. Cəmiyyətin əmlakının sizə düşən hissəsi və ya onun dəyəri çıxdığınız məqamda tərtib edilən balans üzrə müəyyənləşdiriləcəkdir (Həmin məcəllə, 96.1-ci maddə).

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi