Alternative content

05:47 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir
Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir
ANA SƏHİFƏ / Hüquq məsləhəti
03:06 28.06.2015

 

Uşaqlar məhkəmədə tərəf kimi çıxış edə bilərlər? Bilərlərsə onların hüquqlarını özləri, yoxsa valideynləri qorumalıdır?

 

Mehri Yusifli,

Gəncə şəhəri

 

- Mülki prosessual hüquq qabiliyyəti hər bir fiziki və hüquqi şəxsin mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətidir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, 49-cu maddə). Mülki prosessual hüquq qabiliyyəti mülki hüquqdakı hüquq qabiliyyətinin mülki prosessual hüquqdakı bir davamı kimi çıxış etdiyindən mülki hüquq qabiliyyətinə malik hər bir şəxs mülki prosessual hüquq qabiliyyətinə də sahibdir. Bu mənada uşaqlar da mülki prosessual hüquq qabiliyyətinə malik olmaqla məhkəmədə tərəf ola, yəni iddiaçı və ya cavabdeh kimi çıxış edə bilərlər.

Mülki prosessual fəaliyyət qabiliyyəti (yəni öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti) isə mülki hüquqdakı fəaliyyət qabiliyyəti ilə uyğunluq təşkil edir və kimin fəaliyyət qabiliyyətinə malik olub-olmaması mülki qanunvericiliklə müəyyənləşdirilir. Mülki prosessual fəaliyyət qabiliyyəti tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Odur ki, məhkəmədə öz hüquqlarını müstəqil həyata keçirmək və vəzifələr daşımaq üçün tam fəaliyyət qabiliyyəti əldə etmək lazımdır. Lakin bəzi hallarda uşaqlar öz hüquqlarını müstəqil şəkildə məhkəmədə müdafiə edə bilərlər (həmin məcəllə, 49.5-ci maddə). Məsələn, əməkhaqqının ödənilməsi ilə bağlı, müəlliflik hüquqlarının müdafiəsi ilə bağlı mübahisələr də.

Başqa sözlə, yetkinlik yaşına çatmamış şəxslər məhkəmədə tərəf ola bilərlər. Bu zaman onların hüquqlarını bir qayda olaraq qanuni nümayəndələri (valideyn, qəyyum və b.) təmsil və müdafiə edir, lakin yuxarıda qeyd edilmiş bəzi hallarda yetkinlik yaşına çatmayanların öz hüquqlarını məhkəmədə şəxsən həyata keçirmək və müdafiə etmək hüququ (mülki prosessual fəaliyyət qabiliyyəti) var.

 

 Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM