Alternative content

05:30 17 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İlk Avropa Oyunlarında Azərbaycanın aktivinə növbəti qızıl medalı İlham Zəkiyev yazıb
İlk Avropa Oyunlarında Azərbaycanın aktivinə növbəti qızıl medalı İlham Zəkiyev yazıb
ANA SƏHİFƏ / Tədbirlər
11:06 26.06.2015


Qalib idmançılara medalları Prezident İlham Əliyev təqdim edib 

 

 

İyunun 26-da birinci Avropa Oyunlarında paralimpiyaçı cüdoçular mübarizəyə qoşulublar. Yarışların favoriti İlham Zəkiyev yenə də xalqımıza qələbə sevinci yaşadıb, Azərbaycana daha bir qızıl medal qazandırıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri idmançımızın final oyununu izləyiblər.

Birinci Avropa Oyunlarında paralimpiyaçı cüdoçuların mübarizəsində Azərbaycan üç idmançı ilə təmsil olunurdu. Doxsan kiloqram çəki dərəcəsində yığmamızın lideri İlham Zəkiyev birinci Avropa Oyunlarında mübarizəyə yarımfinaldan başladı. Paralimpiya Oyunlarının qalibi, “Bakı 2015”in məşəlçisi finala gedən yolda yunanıstanlı Klimis Papaçristosla üz-üzə gəldi. İlham Zəkiyev bu mərhələni ipponla qalib gələrək cəmi 27 saniyəyə adladı və finala çıxdı. Qızıl medal uğrunda Ukrayna idmançısı Aleksandr Pominovla mübarizə aparan İlham Zəkiyev bu qarşılaşmadan da qalib ayrıldı və birinci Avropa Oyunlarının çempionu adını qazandı.

Sonra mükafatlandırma mərasimi oldu.

Azərbaycan Prezidenti İlham Əliyev qalib idmançılara medalları təqdim etdi.

İlk Avropa Oyunlarının çempionu İlham Zəkiyevin şərəfinə Azərbaycanın dövlət himni səsləndi, dövlət bayrağı ucaldıldı.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM