Alternative content

01:48 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanın aktivinə on beşinci qızıl medalı boksçu Teymur Məmmədov yazıb
Azərbaycanın aktivinə on beşinci qızıl medalı boksçu Teymur Məmmədov yazıb
ANA SƏHİFƏ / Tədbirlər
09:06 25.06.2015

Qalib idmançıya mükafatı Prezident İlham Əliyev təqdim edib

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri idmançımızın final qarşılaşmasını izləyiblər.

Final mərhələsində kişilər arasında 81 kiloqram çəki dərəcəsində italiyalı Valentino Manfredonia ilə qarşılaşan Teymur Məmmədov rəqibinə 3:0 hesabı ilə qalib gələrək birinci Avropa Oyunlarının çempionu oldu. Buna qədər görüşdüyü rəqiblərinə heç bir şans verməyən London Olimpiya Oyunlarının bürünc mükafatçısı, Avropa çempionu və dünya ikincisi olan Teymur Məmmədov yarımfinalda rusiyalı Pavel Silyaginu 3:0 hesabı ilə məğlub edib.

Final görüşündən sonra mükafatlandırma mərasimi oldu.

Dövlətimizin başçısı İlham Əliyev qalib idmançılara medalları təqdim etdi.

Azərbaycanın dövlət himni səsləndi, dövlət bayrağı ucaldıldı.

Beləliklə, bu görüşdən sonra Azərbaycanın hesabında 15 qızıl, 11 gümüş və 17 bürünc medal var.