Alternative content

12:34 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qaradağ rayonunda Hərbi Dəniz Qüvvələrinin yeni bazasının və “N” saylı hərbi hissənin açılışı olub Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev açılışda iştirak edib
Qaradağ rayonunda Hərbi Dəniz Qüvvələrinin yeni bazasının və “N” saylı hərbi hissənin açılışı olub Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev açılışda iştirak edib
ANA SƏHİFƏ / Tədbirlər
06:06 25.06.2015

İyunun 25-də Bakının Qaradağ rayonunun Puta qəsəbəsində Hərbi Dəniz Qüvvələrinin yeni bazasının və “N” saylı hərbi hissənin açılışı olub.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev açılışda iştirak edib.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Ali Baş Komandan İlham Əliyevə raport verdi.

Dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoydu.

Müdafiə naziri Zakir Həsənov Ali Baş Komandan, Prezident İlham Əliyevə görülən işlər barədə məlumat verdi. Bildirildi ki, Xəzər dənizi hövzəsində ən böyük və müasir hərbi obyekt olan Hərbi Dəniz Qüvvələrinin yeni bazasının və “N” saylı hərbi hissənin inzibati, xidməti binalarının və qurğuların inşasına 2010-cu ilin oktyabrından başlanılıb. Burada şəxsi heyətin xidməti vəzifələrini layiqincə yerinə yetirməsi və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün geniş işlər görülüb.

Azərbaycan Prezidenti rəmzi açılışı bildirən lenti kəsdi.

Hərbi Dəniz Qüvvələrinin qərargahının binasında ulu öndər Heydər Əliyevin ordu quruculuğuna diqqətini əks etdirən fotolardan ibarət stend yaradılıb. Qərargah binasında növbətçi, tədris, vətəndaşların qəbulu, qonaq otaqları, konfrans zalı, komplektləşdirmə, dəniz müşahidə və digər şöbələr, həmçinin feldyeger poçt-rabitə stansiyası, bufet yaradılıb.

Prezident İlham Əliyevə Hərbi Dəniz Qüvvələrinin komanda məntəqəsi barədə məlumat verildi. Bu məntəqə Hərbi Dəniz Qüvvələrinin idarə olunmasını həyata keçirir, Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda suüstü şəraitə nəzarət etməyə hərtərəfli imkan verir. Məntəqədə suüstü şərait haqqında operativ məlumatlar Hərbi Dəniz Qüvvələrinə məxsus sahil və ada radio-texniki postlarda yerləşən radiolokasiya stansiyaları vasitəsilə alınır. Aşkar edilən bütün hədəflər real vaxt rejimində monitorlarda əks olunur. Xəzər dənizinin Azərbaycana məxsus sektorunda suüstü şəraitlə bağlı Dövlət Sərhəd Xidmətinin sahil mühafizəsindən və Dövlət Dəniz Administrasiyasından alınan məlumatlar da Hərbi Dəniz Qüvvələrinin komanda məntəqəsində toplanır, təhlil olunur və müvafiq qərar qəbul edilir. Burada ən müasir texnoloji yeniliklərə əsaslanan avadanlığın quraşdırılması məntəqənin işini yüksək səviyyədə qurmağa imkan verir.

Sonra dövlətimizin başçısı hərbçilərlə görüşdü.

Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi Şahin Məmmədov dövlətimizin başçısına raport verdi.

Prezident İlham Əliyev əsgərləri salamladı.

Azərbaycan Respublikasının dövlət himni səsləndi.

Prezident, Ali Baş Komandan İlham Əliyev mərasimdə nitq söylədi.

Sonra xatirə şəkli çəkdirildi.

Daha sonra dövlətimizin başçısı “N” saylı hərbi hissənin əsgər yataqxanasında oldu.

Hərbi hissənin şəxsi heyəti üçün yataqxanaları inşa olunub. Üçmərtəbəli binalarda əsgər və zabitlərin qalması, onların istirahəti, asudə vaxtlarının səmərəli təşkil edilməsi üçün bütün zəruri şərait yaradılıb. Əsgər yataqxanalarında, həmçinin lazımi hərbi-texniki vəsaitlərlə təchiz edilmiş sinif otaqları var. Buradakı şərait bir daha təsdiq edir ki, Azərbaycan dövlətinin iqtisadi qüdrəti artdıqca hərbi sahənin daha da müasirləşdirilməsi, əsgər və zabitlərin xidmət şəraitlərinin daha da yaxşılaşdırılması, onların hərbin sirlərinə daha dərindən yiyələnməsi istiqamətində mühüm layihələr yerinə yetirilir.

Ali Baş Komandana “Bəbir-2” zirehli nəqliyyat vasitəsi barədə də məlumat verildi. Avtomatik sürətlər qutusu, hidravlik sükan mexanizmi ilə təchiz edilən bu zirehli maşın Azərbaycan istehsalıdır. İstənilən döyüş tapşırığını yerinə yetirə bilən bu zirehli nəqliyyat vasitəsi döyüş zamanı təbii və süni maneələri asanlıqla dəf edə bilir.

Dövlətimizin başçısı Hərbi Dəniz Qüvvələrinin poliklinikasındakı şəraitə baxdı. Poliklinika binasının foyesində ulu öndər Heydər Əliyevin və Ali Baş Komandan İlham Əliyevin əsgər və zabitlərlə görüşlərini əks etdirən fotolar sərgilənir. Burada əsgər və zabitlərin həm müalicəsi, həm də müayinəsini həyata keçirmək mümkündür. Poliklinikada 11 funksional bölmə və 4 funksional kabinet yaradılıb. Buradakı oftalmoloq, fizioterapiya, nevropatoloq, LOR, stomatoloq, cərrah, terapevt, ultrasəslə müayinə, dermatoloq və rentgen otaqları tibbin müasir texniki avadanlığı ilə təchiz edilib. Poliklinikada, həmçinin biokimyəvi, kimyəvi və seroloji müayinələrin aparılacağı laboratoriya, prosedur otaqları, aptek, yeməkxana yaradılıb. Bu tibb müəssisəsində 32 çarpayılıq 7 palata da var. Palatalardakı şərait hərbçilərin müalicə proseslərini yüksək səviyyədə aparmağa geniş imkan verir.

Qaradağ rayonunun Puta qəsəbəsində ayrılan 254,5 hektar torpaq sahəsində Hərbi Dəniz Qüvvələri və “N” saylı hərbi hissə üçün qərargah binaları, 2 xidməti yaşayış binası, 10 sahilyanı matros yataqxanası, əsgər yeməkxanaları, nəzarət-buraxılış məntəqələri, qazanxana-camaşırxana-hamam kompleksi, gəmilərin yan alması üçün körpülər, anqar tipli avtomobil dayanacaqları yaradılıb.

Gəmilərin yanalma körpüsünə gələn Prezident İlham Əliyev Hərbi Dəniz Qüvvələrinin idarəetmə gəmisinə baxdı. Gəmidə şəxsi heyətin yaşaması, istirahət etməsi və xidmət aparması üçün zəruri şərait yaradılıb. Gəmidəki qurğular şəxsi heyətin qarşısına qoyulmuş döyüş və əməliyyat tapşırıqlarının yerinə yetirilməsində yüksək nəticələrə nail olmaq imkanı yaradır.

Dövlətimizin başçısına gəminin baş komanda məntəqəsi haqqında məlumat verildi.

Bildirildi ki, baş komanda məntəqəsi gəminin idarə edilməsini, dənizdə üzmə zamanı naviqasiya və məhdud görünmə şəraitində təhlükəsizliyini təmin edir. Bütün silah və texniki vasitələrin idarə edilməsi, döyüş və atəş tapşırıqlarının yerinə yetirilməsi də buradan həyata keçirilir. Gəminin hərəkətə gətirilməsi və istiqamətinin tənzimlənməsi üçün baş mühərriklərin və sükanın idarə edilməsi məqsədilə burada ən son texnoloji avadanlıq quraşdırılıb. Bütün cihazların təyin etdiyi göstəricilər elektron xəritədə əks olunur.

Hərbi hissədə tikintinin ikinci mərhələsində gəmilərə və avtomobillərə texniki qulluq və təmir sahələri, əlavə yanalma körpüləri, anbarlar sahəsi, zabitlər evi, uşaq bağçası və məktəb binaları, klub və idman şəhərciyinin inşası nəzərdə tutulub.

Sonra Ali Baş Komandan Hərbi Dəniz Qüvvələrinin “N” saylı hərbi hissəsinin qərargahı və matros yataqxanasında yaradılan şəraitlə tanış oldu. Bu bina hərbi hissə qərargahının fəaliyyəti və matrosların yaşaması üçün nəzərdə tutulub. Burada hər biri 8 nəfərlik olmaqla 4 otaq var. Otaqlarda hərbçilərin yatması, istirahət etməsi və asudə vaxtlarını səmərəli keçirməsi üçün bütün imkanlar yaradılıb. Məişət xidməti və sinif otaqları, kompyuter zalı əsgərlərin ixtiyarına veriləcək.

Prezident İlham Əliyevə Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti üçün inşa edilən yaşayış binaları barədə də məlumat verildi. Ərazidə beşmərtəbəli iki bina inşa olunub. Beş blokdan ibarət binaların hər birində üçotaqlı 50 mənzil var. Bütün zəruri avadanlıqla təchiz olunan mənzillərin hər birinin ümumi sahəsi 110 kvadratmetrdən artıqdır. Binaların ikisi də mərkəzləşdirilmiş havalandırma sistemi ilə təmin olunub. Ətrafda geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zolaqları salınıb, istirahət guşələri yaradılıb.

Daha sonra dövlətimizin başçısı “N” saylı hərbi hissənin qazanxana-camaşırxana-hamam kompleksindəki şəraitlə tanış oldu. Bu kompleks də müasir səviyyədə yaradılıb.

“N” saylı hərbi hissənin yeməkxanası ilə tanışlıq zamanı Ali Baş Komandana səhra şəraitində yemək hazırlamaq məqsədilə soba, şəxsi heyət üçün səhra şəraitində suyun qaynadılması, yeməklərin və çörəyin hazırlanması, hazır yeməklərin daşınması üçün xüsusi qablar və soyuducular, həmçinin son dövrlərdə əsgərlərin yemək rasionuna edilən əlavələr barədə də məlumat verildi. Bildirildi ki, yeməkxanada eyni vaxtda üç min nəfər qidalana bilər.

Prezident İlham Əliyev çörək sexinə də baxdı. Məlumat verildi ki, bu sex hərbi hissənin şəxsi heyətinin çörəyə olan tələbatını tam ödəməyə imkan verir.