Cinayət Məcəlləsinə dəyişiklik ediləcək
Bu, hüquqi şəxslərin cinayət məsuliyyətinə cəlb olunması ilə bağlıdır
Azərbaycan Respublikası Cinayət Məcəlləsinə hüquqi şəxslərin cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı dəyişikliklər ediləcək. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin dünən keçirilən iclasında dəyişikliklə bağlı layihə müzakirəyə çıxarılıb. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, layihədə əsasən hüquqi şəxslərə tətbiq olunan sanksiyalar əksini tapıb. Qanun layihəsinin milli qanunvericiliyə implementasiya olunması ilə hüquqi şəxslər artıq cərimə, xüsusi müsadirələr, hüquqi şəxsin əmlakının müsadirə edilməsi və ümumiyyətlə, hüquqi şəxsin ləğvi cəzası məsələləri qaldırılacaq. Komitə sədri vurğulayıb ki, qanunvericiliyə olunan bu dəyişiklik həm də Azərbaycanın qoşulduğu bəzi beynəlxalq konvensiyaların tələbidir və sənəd beynəlxalq institutlar tərəfindən də təsdiqlənib. Bu baxımdan təklif olunan layihə həm əvvəlki öhdəliyimizin icrasına xidmət edir, həm də hüquq siyasətinə yeni konstruksiya gətirir.
Müzakirə zamanı deputat Qüdrət Həsənquliyev hüquqi şəxsin terrorçu qruplaşmanı maliyyələşdirdiyi təqdirdə onun əmlakının bütövlükdə müsadirə olunması təklifi ilə çıxış edib. Deputat Rafael Cəbrayılov isə bunu cinayət elminə fundemantal dəyişiklik adlandırıb. O, eyni zamanda layihəyə digər bir dəyişikliyin əlavə edilməsini də təklif edib. Onun fikrincə, terrorçu qruplaşmasına yardım edən, maliyyələşdirən hüquqi şəxs hər hansı bir vicdanlı şəxsə (ev, təşkilat və. s.) hədiyyə edibsə, həmin adamdan sahib olduğu obyekt alınmalıdı. Əgər vicdanlı şəxs xəbəri olmadan pul ödəyərək həmin obyekti alıbsa, əlindən alınmamalıdı. Bu təklif qəbul edilib.
Milli Məclisin İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov bildirib ki, hüquqi şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi cinayət doktrinasına dəyişiklik deməkdir. Onun fikrincə, bu dəyişiklik çox mühüm məsələdi və mütləq qanunvericiliyə daxil edilməlidir.
Sözügedən komitənin digər üzvləri, deputatlar Çingiz Qənizadə, Fəzail Ağamalı çıxış edərək Cinayət Məcəlləsinə dəyişikliyi müsbət qiymətləndirib, parlamentin plenar iclasının müzakirəsinə çıxarılmasının tərəfdarı olduqlarını bildiriblər.
İclasda çıxış edən Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı deyib ki, Azərbaycanda terrorçuluğun maliyyələşməsinə qarşı mübarizə üzrə qanunvericilik bazası kifayət qədər təkmilləşib. Azərbaycan dövləti cinayətkarlıqla mübarizəni özünün pioritet fəaliyyəti hesab edir. Rüfət Aslanlı deputatların irəli sürdükləri təkliflərin nəzərə alınacağını bildirib. Əli Hüseynli isə qeyd edib ki, layihə plenar iclasın gündəliyinə daxil edilənə qədər ictimai dinləmələr də təşkil edilə bilər. Çıxışlardan sonra Cinayət Məcəlləsinə təklif olunan dəyişikliklər və eləcə də "Narkoloji xidmət və nəzarət haqqında" qanuna dəyişikliklər edilməsi barədə" qanun layihəsi, "Cinyətkarlıqla mübarizə sahəsində məlumat mübadiləsi haqqında" sazişin təsdiq edilməsi, eləcə də "Azərbaycan Respublikası hökuməti ilə Bolqarıstan Respublikası hökuməti arasında məxfi informasiyanın qarşılıqlı mühafizəsi və mübadiləsi haqqında" sazişin təsdiq edilməsi barədə qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub
25 Aprel
Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir
25 Aprel
Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək ...
25 Aprel
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir
25 Aprel
Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir
25 Aprel
Xocalıda insan qalıqları aşkarlanıb
25 Aprel
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş pla...
25 Aprel
ABŞ dövlət katibi Antoni Blinken Pekinə gəlib
25 Aprel
“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqı...
25 Aprel
Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq ...
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!