Alternative content

08:16 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Prezidenti İlham Əliyev Latviya Prezidenti Raymonds Veyonis ilə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev Latviya Prezidenti Raymonds Veyonis ilə görüşüb
ANA SƏHİFƏ / Tədbirlər
02:06 22.06.2015

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 22-də Latviya Respublikasının yeni seçilmiş Prezidenti Raymonds Veyonis ilə görüşüb.

Dövlətimizin başçısı Raymonds Veyonisi Latviya Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik etdi, ona ali dövləti fəaliyyətində uğurlar arzuladı. Prezident İlham Əliyev Azərbaycan ilə Latviya arasında ikitərəfli münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirdi.

Prezident Raymonds Veyonis Latviya-Azərbaycan əməkdaşlığının yaxşı səviyyədə olduğunu bildirdi, ölkələrimizin iş adamları, müxtəlif nazirliklər və qurumlar arasında əlaqələrin genişləndirilməsi üçün böyük imkanların mövcudluğunu qeyd etdi.