20:08 26 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir
ANA SƏHİFƏ / HÜQUQ MƏSLƏHƏTI
02:06 21.06.2015

 

Xarici şirkətə məxsus yük maşını yol hərəkəti qaydasını pozaraq avtomobilimlə toqquşub. Nəticədə mənə  böyük məbləğdə ziyan dəyib. Amma ziyan günahkar tərəfindən ödənilməyib. Yük maşınının aid olduğu xarici şirkətin ölkəmizdə nümayəndəliyi yoxdur. Bu halda mən həmin şirkəti Azərbaycanda məhkəməyə verə bilərəm?

 

Kərim ƏLİZADƏ,

Hacıqabul rayonu

 

- Sizin tələbiniz əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı olduğundan və tələbinizin irəli sürülməsinin əsasını təşkil edən hüquqa zidd hərəkət ölkəmizdə baş verdiyindən Azərbaycan Respublikasının müvafiq məhkəməsinə müraciət etməyiniz mümkündür. Çünki  Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 443.0.6-cı maddəsinə görə, əmlaka vurulan ziyanın ödənilməsi işlərində ziyanın ödənilməsi haqqında tələbin verilməsi üçün əsas olan hərəkət və ya digər hal Azərbaycan Respublikasının ərazisində baş verdikdə Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə həmin işə baxmağa haqlıdır.

 

Məhkəmədə borcun ödənilməsi tələbimə baxıldı və məhkəmə çıxışları keçirildi. Lakin çıxışlardan sonra  məhkəmə müşavirədən qayıdıb işə baxılmasını təzələdiyini elan etdi. Bu, qanunidirmi?

 

Namiq LƏTİFOV,

Sumqayıt şəhəri

           

- Məhkəmə çıxışları işdə iştirak edən şəxslərin, onların nümayəndələrinin və vəkillərinin nitqlərindən ibarətdir. Məhkəmə çıxışları zamanı və bundan sonra məhkəmə iş üçün əhəmiyyətli olan yeni halların aydınlaşdırılmasını və ya yeni sübutları tədqiq etməyi zəruri hesab edərsə, o, protokola yazılan mahiyyəti üzrə işə baxmağın təzələnməsi barədə qərardad çıxarır. Mahiyyəti üzrə işə baxılması qurtardıqdan sonra məhkəmə çıxışları ümumi qaydada olur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, 210.1, 212-ci maddələr).

Göründüyü kimi, məhkəmə çıxışlarından sonra mahiyyəti üzrə işə baxılmasının təzələnməsi mümkündür. Lakin bunun üçün adı çəkilən məcəllənin 212-ci maddəsindəki şərtlərin (iş üçün əhəmiyyətli olan yeni halların aydınlaşdırılması və ya yeni sübutların tədqiqi) mövcudluğu tələb edilir.

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM