Alternative content

04:08 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
19.09.2018
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Prezident İlham Əliyev Azərbaycanın aktivinə yazılan 13-cü qızıl medalı ilk Avropa Oyunlarının çempionu Radik İsayevə təqdim edib
Prezident İlham Əliyev Azərbaycanın aktivinə yazılan 13-cü qızıl medalı ilk Avropa Oyunlarının çempionu Radik İsayevə təqdim edib
ANA SƏHİFƏ / Tədbirlər
12:06 20.06.2015

Birinci Avropa Oyunlarında taekvondo yarışlarının sonuncu günündə - iyunun 19-da bütün rəqiblərinə qalib gələn Azərbaycan idmançısı Radik İsayev qızıl medalın sahibi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri taekvondoçumuzun final qarşılaşmasını izləyiblər.

Birinci Avropa Oyunlarının “Baku Crystal Hall”da keçirilən taekvondo yarışlarının son günü ağır çəkili idmançılar yarışdılar. Kişilər arasında 80 kiloqram çəki dərəcəsində Azərbaycan yığmasının lideri Radik İsayev dörddə bir finalda Hollandiya təmsilçisi Yeroen Vanroiyunu 8:6 hesabı ilə məğlub etdi. İkidə bir finalda sloveniyalı İvan Konrad Trajkoviç ilə qarşılaşan təmsilçimiz yenə də çətinlik çəkmədən qələbə qazandı. Radik İsayev ikinci hissənin gedişində 15 xal fərqi ilə önə keçdiyindən döyüş yarımçıq dayandırıldı və dünya çempionumuz finala vəsiqə qazandı. Finalda taekvondoçumuzun rəqibi Rusiya idmançısı Vladislav Larin oldu. Rəqibini 4:3 hesabı ilə məğlub edən Radik İsayev birinci Avropa Oyunlarının çempionu oldu. Bununla da Azərbaycanın aktivindəki qızıl medalların sayı 13-ə çatdı.

Sonra mükafatlandırma mərasimi oldu.

Azərbaycan Prezidenti İlham Əliyev qalib idmançılara medalları təqdim etdi.

Birinci Avropa Oyunlarının çempionu Radik İsayevin şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndi, dövlət bayrağı ucaldıldı.

Xatırladaq ki, taekvondo yarışlarında Ayxan Tağızadə və Milad Beiqi Harçeqani qızıl, Fəridə Əzizova gümüş, Patimat Abakarova isə bürünc medal qazanıblar. Birinci Avropa Oyunlarında ölkələrin medal sayına nəzər salsaq görərik ki, Azərbaycanın aktivində 13-ü qızıl, 5-i gümüş, 12-si isə bürünc olmaqla 30 medal var.