Alternative content

21:26 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Birinci Avropa Oyunlarında Azərbaycana 10-cu qızıl medalı sərbəst güləşçi Xetaq Qazyumov qazandırdı
Birinci Avropa Oyunlarında Azərbaycana 10-cu qızıl medalı sərbəst güləşçi Xetaq Qazyumov qazandırdı
ANA SƏHİFƏ / Tədbirlər
11:06 17.06.2015

Qızıl medalı çempiona Prezident İlham Əliyev təqdim etdi


İyunun 17-də Heydər Əliyev adına İdman Sarayında keçirilən sərbəst güləş üzrə yarışlarda Azərbaycan güləşçisi, Olimpiya Oyunlarının ikiqat bürünc mükafatçısı, dünya və Avropa çempionu Xetaq Qazyumov birinci Avropa Oyunlarının qızıl medalını qazanıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri final görüşlərini izləyiblər.

Sərbəst güləşçilərin 97 kiloqram çəki dərəcəsində mübarizə aparan Xetaq Qazyumov ilk görüşündə Polşa güləşçisi Radoslav Baranı 10:0 hesabı ilə məğlub edib. Növbəti mərhələdə moldovalı Nikolay Çebanı 4:0 hesabı ilə məğlub edən Xetaq Qazyumov daha sonra belaruslu İbrahim Saidov ilə qarşılaşıb. Rəqibinə 2:1 hesabı ilə qalib gələn güləşçimiz yarımfinalda rusiyalı Abdusalam Qadisovu da 4:2 hesabı ilə məğlubiyyətə uğradaraq finala vəsiqə qazanıb. Finalda gürcüstanlı Elizbar Odikadze ilə güləşən Xetaq Qazyumov 3:1 hesabı ilə qalib gələrək birinci Avropa Oyunlarının çempionu olub. Bununla da Azərbaycanın sahib olduğu qızıl medalların sayı 10-a çatıb.

Sonra mükafatların təqdim edilməsi mərasimi keçirildi.

Azərbaycan Prezidenti İlham Əliyev qalib idmançılara medalları təqdim etdi.

Qələbə şərəfinə Azərbaycanın dövlət himni səsləndirildi, dövlət bayrağı ucaldıldı.