Alternative content

10:02 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
19.09.2018
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Prezident İlham Əliyev ilk Avropa Oyunlarının açılış mərasiminin iştirakçısı olan dövlət, hökumət başçıları və yüksək səviyyəli qonaqlar ilə birgə şam edib
Prezident İlham Əliyev ilk Avropa Oyunlarının açılış mərasiminin iştirakçısı olan dövlət, hökumət başçıları və yüksək səviyyəli qonaqlar ilə birgə şam edib
ANA SƏHİFƏ / Tədbirlər
05:06 14.06.2015

 

İyunun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, “Bakı-2015” I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva ilk Avropa Oyunlarının açılış mərasimində iştirak edən dövlət və hökumət başçıları, yüksək səviyyəli qonaqlar ilə birgə şam ediblər.

Şam yeməyində dövlət və hökumət başçıları, yüksək vəzifəli şəxslər Prezident İlham Əliyevi və xanımı, “Bakı-2015” I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanı açılış mərasiminin uğurla keçməsi münasibətilə təbrik etdilər.

Möhtəşəm açılış mərasimi müstəqillik dövründə ölkəmizin əldə etdiyi uğurları, möhkəmlənən beynəlxalq imicini, iqtisadi qüdrətini, dinamik sosial-iqtisadi inkişafını, beynəlxalq tədbirlərin təşkilində zəngin təcrübəsini, idmançılarımızın ən nüfuzlu beynəlxalq yarışlarda qazandıqları nailiyyətləri, Bakının planetin ən gözəl şəhərlərindən birinə çevrildiyini bir daha təsdiqlədi.

 

AZƏRTAC