07 Iyun 2015 02:06
358
Nazirlər Kabineti
A- A+

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

№ 202                                    Bakı şəhəri, 26 may 2015-ci il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 sentyabr tarixli 317 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil yollarının təhkim zolağının ölçüləri”ndə dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 sentyabr tarixli 317 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 10, maddə 1288) ilə təsdiq edilmiş “Avtomobil yollarının təhkim zolağının ölçüləri”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 1.4-cü, 2.5-ci və 3.1-ci bəndlər aşağıdakı redaksiyada verilsin:                                 

“1.4. Ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli, habelə şəhər avtomobil yollarının yerləşdiyi torpaq sahələri dövlət mülkiyyətidir, bölünməzdir və özgəninkiləşdirilə bilməz.

2.5. İstehsalat obyektlərinin və avtomobil yollarının ayrı-ayrı tikinti elementlərinin yerləşdirilməsi üçün tələb olunan torpaq sahəsinin ölçüləri 16 nömrəli cədvələ uyğun olaraq təyin edilir.

3.1. Avtomobil yollarının təhkim zolağının ölçüləri müəyyən edilərkən, avtomobil yollarının  aşağıda göstərilən hissələrinin torpaq yatağı fərdi layihələndirilmə tələb etdiyindən,  1-15 nömrəli cədvəllərdə göstərilən ölçülər bu sahələrə şamil edilmir:

3.1.1. tökmələrin hündürlüyünün və ya qazmaların dərinliyinin maksimal həddi 12 metrdən çox olan;

3.1.2. körpülərə, yol ötürücülərinə və tunellərə yanaşmalarda yerləşən.”.

2. Aşağıdakı məzmunda 1.5-ci və 3.1-1-ci bəndlər əlavə edilsin:

“1.5. Azərbaycan Respublikasının Asiya avtomobil yolları şəbəkəsinə daxil olan  yollarının  layihələndirilməsi  zamanı  Azərbaycan   Respublikasının  2005-ci il 5 aprel tarixli 878-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Asiya Avtomobil Yolları Şəbəkəsi haqqında Hökumətlərarası Saziş”ə əsasən müəyyən olunmuş layihələndirmə normaları tətbiq edilir.

3.1-1. Avtomobil yollarının bu sənədin 3.1-ci bəndində sadalanan sahələrinin normaları ərazi planlaşdırılması sənədləri və tikinti layihəsi əsasında müəyyən edilir.”.

3. 3.2-ci, 3.6-cı bəndlər və 16 nömrəli cədvəlin “Qeydlər”i ləğv edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video