Alternative content

19:02 25 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:36 25.08.2019 Ən çox sevilən məkan
16:02 24.08.2019 Yaponiyada zəlzələ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı
ANA SƏHİFƏ / Nazirlər Kabineti
02:06 07.06.2015

 

№ 204                                    Bakı şəhəri, 26 may 2015-ci il

 

“Mədəni sərvətlərə mühafizə dərəcəsinin tətbiqi Qaydası”nın təsdiq edilməsi barədə

 

“Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 fevral tarixli 828 nömrəli Fərmanının 1.1.15-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alir:

“Mədəni sərvətlərə mühafizə dərəcəsinin tətbiqi Qaydası” təsdiq edilsin (əlavə olunur).

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan  Respublikası  Nazirlər

Kabinetinin  2015-ci il 26 may

tarixli 204 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

 

 

Mədəni sərvətlərə mühafizə dərəcəsinin tətbiqi

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən hazırlanmışdır və mədəni sərvətlərə mühafizə dərəcəsinin tətbiqi qaydalarını tənzimləyir.

1.2. Milli mədəni sərvətin mülkiyyətçisi və ya istifadəçisi onun saxlanılmasını və mühafizəsini təmin etməyə borcludur.

1.3. Milli mədəni irs obyektlərinin mühafizəsi mədəniyyət sahəsində dövlət reyestri sistemi vasitəsilə təmin edilir.

1.4. Tarixi, arxeoloji, şəhərsalma, arxitektura və monumental sənət abidələrinin, təbii-landşaft obyektlərinin mühafizəsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetitərəfindən həmin obyektlərin mühafizə zonaları müəyyən edilir.

1.5. Mühafizə olunan mədəni sərvətlərin siyahısının tərtib edilməsi daşınmaz mədəni sərvətlərə münasibətdə Azərbaycan Respublikasının Nazirlər Kabineti, digər mədəni sərvətlərə münasibətdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyitərəfindən həyata keçirilir. Mühafizə olunan mədəni sərvətlərin siyahısına daxil edilən hər bir mədəni sərvətə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən şəhadətnamə verilir.

1.6. Azərbaycan Respublikası Azərbaycan xalqının milli mədəni və təbii irsinə zərərin vurulmasının və ya zərərin vurulması təhlükəsinin qarşısını almaq məqsədi ilə tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq beynəlxalq yardımın göstərilməsini və ya beynəlxalq gücləndirilmiş mühafizə statusunun verilməsini tələb edir.

1.7. Mühafizə məqsədi ilə mədəni sərvətlərə qabaqlayıcı, konservasiya, bərpa və xüsusi mühafizə dərəcələri tətbiq edilir.

1.8. Mühafizə dərəcəsi olan mədəni sərvətlərin mülkiyyətçisi və ya istifadəçisinin Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə münasibətləri mühafizə müqaviləsi ilə müəyyən edilir.

 

 

2. Mühafizənin qabaqlayıcı dərəcəsi

 

2.1. Mühafizənin qabaqlayıcı dərəcəsi mədəni sərvətlərin tarixi əhəmiyyəti və qiyməti müəyyən olunanadək həmin obyektlərə şamil edilir.

2.2. Mühafizənin qabaqlayıcı dərəcəsi tətbiq edilmiş obyektlər üzrə aşağıdakı tədbirlər həyata keçirilir:

2.2.1. mədəni sərvətin cari təmiri;

2.2.2. mədəni sərvətin istifadə üçün uyğunlaşdırılması.

2.3. Mədəni sərvətin cari təmiri tarixi və bədii təyinatını dəyişdirmədən obyektin adi istismar vəziyyətini saxlamaq üçün mülkiyyətçi və ya istifadəçi tərəfindən həyata keçirilən elmi-tədqiqat, inşaat-möhkəmləndirmə, təmir-tikinti və digər işlərin aparılmasıdır. Mədəni sərvətlərin istismarında müasir avadanlıqlardan və mühəndis kommunikasiyalarından istifadə edilə bilər.

2.4. Mədəni sərvətin istifadə üçün uyğunlaşdırılması tarixi və bədii təyinatını dəyişdirmədən ondan istifadə şərtlərinə uyğun olaraq mülkiyyətçi və ya istifadəçi tərəfindən həyata keçirilən elmi-tədqiqat, inşaat-möhkəmləndirmə, təmir-tikinti və digər işlərin aparılmasıdır.

  2.5. Mühafizənin qabaqlayıcı dərəcəsi tətbiq edilmiş mədəni sərvətlərin Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə razılaşdırılmadan sökülməsi, məhv edilməsi, parçalanması, yeni quruluşa salınması, başqa yerə köçürülməsi və zahiri görkəminin dəyişdirilməsi qadağandır.

 

3. Mühafizənin konservasiya dərəcəsi

 

3.1. Aşağıdakıların həyata keçirilməsi və mülkiyyətçi və ya istifadəçi tərəfindən elmi-tədqiqat, inşaat-möhkəmləndirmə, təmir-tikinti və digər işlərin aparılması məqsədi ilə mədəni sərvətlərə mühafizənin konservasiya dərəcəsi tətbiq edilir:

3.1.1. mədəni sərvətin cari vəziyyətinin pisləşməsinin qarşısının alınması;

3.1.2. mədəni sərvətin hal-hazırkı vaxtadək saxlanılmış görkəminin dəyişilməməsi;

3.1.3. fövqəladə və qarşısıalınmaz hallarda təcili tədbirlərin görülməsi imkanlarının yaradılması.

3.2. Mədəni sərvətlərin konservasiyasına aşağıdakı tədbirlər daxildir:

3.2.1. fiziki-mexaniki və fiziki-kimyəvi mühitin təsirindən korlanmaması üçün onların açıq qalan səthində etibarlı qoruyucu təbəqələr quraşdırmaq;

3.2.2. daşınmaz mədəni sərvətlərin yeraltı suların dağıdıcı təsirindən qorunmasını, onların toxunulmazlığını və çəpərlənməsini təmin etmək.

3.3. Mühafizənin konservasiya dərəcəsi tətbiq edilmiş obyektlər istifadədən tamamilə çıxarılmalı və ya Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzarəti altında məhdud dairədə istifadə edilməli olan mədəni sərvətlərə aid edilir.

 

4. Mühafizənin bərpa dərəcəsi

 

4.1. Mühafizənin bərpa (rekonstruksiya, regenerasiya) dərəcəsi mədəni irs obyektlərinin ilkin mədəniyyət təyinatına qaytarılması məqsədi ilə bərpa işlərinə ehtiyacı olan mədəni sərvətlərə şamil edilir.

4.2. Mədəni sərvətlərin bərpası onların zədələnmiş və itirilmiş hissələrinin mədəni sərvətin konstruksiyasına, həcm-planlaşma həllinə, xarici və daxili görünüşünə xələl gətirmədən təmir edilib ilkin halına gətirilməsidir.

4.3. Mühafizənin bərpa dərəcəsi ilkin mədəniyyət təyinatına qaytarılması üçün bərpa işlərinə ehtiyacı olan mədəni sərvətlərə şamil edilir. Mühafizənin bərpa dərəcəsi tətbiq olunana qədər obyekt barədə konservasiya dərəcəsi müəyyən edilə bilər.

4.4. Mədəni sərvətin istifadəyə uyğunlaşdırılması üçün aşağıdakı tədbirlər həyata keçirilir:

4.4.1. mədəni sərvətlərin rəvayətlər, rəsmlər, qravyuralar əsasında tərtib olunmuş layihələr üzrə yenidən qurulması;

4.4.2. mədəni sərvətlərin daxili və xarici görünüşünü dəyişmədən, konstruksiyaların daxilində müasir inşaat materiallarından və üsullarından istifadə etməklə onların ilkin həcm-plan həllinin bərpası.  

 

5. Xüsusi mühafizə dərəcəsi

5.1. Xüsusi mühafizə dərəcəsi Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil olan mədəni sərvətlərə şamil edilir.

5.2. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən “Mədəni sərvətlərin Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına və mədəni sərvətlərin mühafizə siyahısına daxil edilməsi Qaydası”na uyğun olaraq mədəni sərvətlər Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilir.

 

 

6. Mədəni sərvətlərə mühafizə dərəcələrinin

tətbiq edilməsi üzrə icraat

 

6.1. Xüsusi mühafizə dərəcəsi istisna olmaqla, müvafiq mühafizə dərəcəsinin tətbiq edilməsi məqsədi ilə mədəni sərvətlərin mülkiyyətçisi və ya istifadəçisi tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə,  “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrinə uyğun olaraq müraciət edilir. Müraciətə mədəni sərvətlərlə əlaqədar aparılacaq bərpa, yenidənqurma və abadlıq,təmir-tikinti, rekonstruksiya və konservasiya işlərinin layihələri əlavə edilir.

6.2. Bu Qaydanın tələblərinə uyğun olaraq həyata keçirilən inzibati icraat “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılır.

 

 

7. Mədəni sərvətlərlə əlaqədar aparılmalı olan bərpa, təmir-tikinti, rekonstruksiya və konservasiya işlərinin layihələri

 

7.1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi,  “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi bu Qaydanın 6.1-ci bəndində göstərilən layihələrə Azərbaycan Milli Elmlər Akademiyasının rəyi əsasında baxır.

7.2. Azərbaycan Milli Elmlər Akademiyasının müsbət rəyi alındıqdan sonra, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi,  “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən mədəni sərvətlərlə əlaqədar aparılan bərpa, təmir-tikinti, rekonstruksiya və konservasiya işlərinin layihələri təsdiq edilir.   

7.3. Azərbaycan Milli Elmlər Akademiyasının müsbət rəyi olmadıqda və ya Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi,  “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən layihələr təsdiq edilmədikdə, bu barədə  mədəni sərvətlərin mülkiyyətçisi və ya istifadəçisinə məlumat verilir.

 

 

8.Mədəni sərvətlərə mühafizə dərəcələrinin

tətbiq edilməsi üzrə qərar

 

8.1. Mədəni sərvətlərə qabaqlayıcı, konservasiya və bərpa-mühafizə dərəcələrinin tətbiqi haqqında qərarı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi,  “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi qəbul edir.

8.2. Bu Qaydanın 8.1-ci bəndində göstərilən qərar mədəni sərvətlərin mülkiyyətçisi və ya istifadəçisi ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi arasında münasibətlərin mühafizə müqaviləsi ilə rəsmiləşdirilməsi üçün əsasdır.

8.3. Bu Qaydanın 8.1-ci bəndində göstərilən qərarın qəbul edilməsindən imtina aşağıdakı əsaslar üzrə həyata keçirilir:

8.3.1. mədəni sərvətlərlə əlaqədar aparılan bərpa, təmir-tikinti, rekonstruksiya və konservasiya işlərinin layihələri barədə Azərbaycan Milli Elmlər Akademiyasının müsbət rəyi olmadıqda;

8.3.2. mədəni sərvətlərlə əlaqədar aparılan bərpa, təmir-tikinti, rekonstruksiya və konservasiya işlərinin layihələri Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi,  “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən əsaslandırılmaqla təsdiq edilmədikdə.

 

 

9. Layihə üzrə işlərin həyata keçirilməsi

 

9.1. Bu Qaydanın 8.1-ci bəndində göstərilən qərar qəbul edildikdən sonra layihə üzrə işlər Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla,  Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təyin edilmiş mütəxəssisin iştirakı ilə həyata keçirilir.

9.2. Layihə üzrə işlər tamamlandıqdan sonra Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə,  “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə görülmüş işlər barədə hesabat təqdim edilir.

 

 



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM