Alternative content

18:55 25 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:36 25.08.2019 Ən çox sevilən məkan
16:02 24.08.2019 Yaponiyada zəlzələ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı
ANA SƏHİFƏ / Nazirlər Kabineti
01:06 07.06.2015

 

№ 211                         Bakı şəhəri, 3 iyun 2015-ci il

 

“Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların bu dövlətlərin səlahiyyətli orqanlarına verilməsi Hədləri və Qaydası”nın təsdiq edilməsi haqqında

 

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 992-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 218 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının  Nazirlər Kabineti qərara alır:

“Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların bu dövlətlərin səlahiyyətli orqanlarına verilməsi Hədləri və Qaydası” təsdiq edilsin (əlavə olunur).

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 211 nömrəli qərarı ilə təsdiq edilmişdir


Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların bu dövlətlərin səlahiyyətli orqanlarına verilməsi

HƏDLƏRİ VƏ QAYDASI

1. Ümumi müddəa

1.1 Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasınınərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların bu dövlətlərin səlahiyyətli orqanlarına verilməsi Hədləri və Qaydası (bundan sonra – Qaydalar) “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 992-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 218 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasının ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların bu dövlətlərin səlahiyyətli orqanlarına verilməsi hədlərini və qaydalarını müəyyən edir.

2. Əsas anlayışlar

2.1. Bu Qaydaların məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə edilir:
2.1.1. hüquqi şəxs- Azərbaycan Respublikasının xarici dövlətlərlə bağladığı müvafiq beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş fiziki şəxs olmayan hər hansı şəxs;
2.1.2. maliyyə institutu- bank, depozitar və həyatın yığım sığortası fəaliyyətlərindən birini həyata keçirən hüquqi şəxs, habelə investisiya təşkilatı;
2.1.3. depozitar-fəaliyyətinin əhəmiyyətli hissəsini digər şəxslərin xeyrinə maliyyə aktivlərinin saxlanılması fəaliyyəti təşkil edən hüquqi şəxs. Depozitarın aşağıdakı müddətlərdən daha az olan müddətdə digər şəxslərin xeyrinə maliyyə aktivlərinin saxlanılması və əlaqədar maliyyə xidmətlərinin göstərilməsi fəaliyyətindən əldə etdiyi mənfəət onun ümumi fəaliyyəti üzrə əldə etdiyi mənfəətin ən azı 20 %-ni təşkil edirsə, maliyyə aktivlərinin saxlanılması təşkilatın fəaliyyətinin əhəmiyyətli hissəsini təşkil etmiş hesab olunur:
2.1.3.1. maliyyə institutunun depozitar kimi təsbit edildiyi ildən əvvəlki ilin 31 dekabrında (və ya təqvim ili olmayan hesabat dövrünün son günündə) başa çatan üçillik müddət;
2.1.3.2. depozitarın fəaliyyət müddəti;
2.1.4. investisiya təşkilatı - müştəri üçün və ya onun adından aşağıdakı fəaliyyət və ya əməliyyatlardan birini və ya bir neçəsini sahibkarlıq fəaliyyəti kimi həyata keçirən (və ya belə fəaliyyətlə məşğul olan təşkilat tərəfindən idarə olunan) təşkilat:
2.1.4.1. pul bazarı alətlərinin (çeklər, veksellər, depozit sertifikatları, törəmə qiymətli kağızlar və s.) ticarəti, xarici valyuta mübadiləsi, məzənnə, faiz dərəcəsi və indeks alətlərinin ticarəti, qiymətli kağızlarla ticarət və ya əmtəə üzrə fyuçerslərin ticarəti;
2.1.4.2. fərdi və kollektiv portfellərin idarə olunması;
2.1.4.3. digər şəxslərin kapital və ya pul vəsaitlərinin investisiya edilməsi və idarə olunması;
2.1.5. Azərbaycan Respublikasının hesabatverən maliyyə institutu – Azərbaycan Respublikasının xarici dövlətlərlə bağladığı müvafiq beynəlxalq müqavilələrə uyğun olaraq, həmin xarici dövlətlərin müvafiq səlahiyyətli orqanlarına təqdim edilməsi nəzərdə tutulmuş məlumatları təqdim etmək öhdəliyi daşıyan maliyyə institutu;
2.1.6. nəzarət edən şəxs – hüquqi şəxs üzərində nəzarəti və ya idarəetməni həyata keçirən, qərarların qəbul edilməsində əhəmiyyətli təsirə malik olan fiziki şəxs. Nəzarət edən şəxs anlayışı Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) tövsiyələrinə uyğun qaydada təfsir edilməlidir;
2.1.7. nağd pul dəyəri – müvafiq tarixə aşağıdakı məbləğlərin daha böyük olanıdır:
2.1.7.1. həyatın yığım sığortası müqaviləsi üzrə qaytarılan məbləğ;
2.1.7.2. sığortalının həyatın yığım sığortası müqaviləsi üzrə borc almaq hüququ olan məbləğ;
2.1.8. bank hesabı – kommersiya hesabı, cari hesab, əmanət hesabı, müddətli depozit hesabı və ya depozit sertifikatı, əmanət sertifikatı, investisiya sertifikatı, borc sertifikatı və ya maliyyə institutları tərəfindən bank işi və ya analoji fəaliyyətin normal gedişində aparılan digər analoji alətlə təsdiq olunan hesab. Bank hesablarına, həmçinin zəmanətli investisiya müqaviləsinə və ya kredit faizlərinin ödənilməsini nəzərdə tutan digər müqaviləyə əsasən sığortaçılar tərəfindən saxlanılan məbləğlər də aiddir;
2.1.9. depozitar hesabı – investisiya məqsədi ilə əldə olunmuş maliyyə alətlərinin və ya müqavilələrin (o cümlədən, bunlarla məhdudlaşmamaqla, şirkətdəki səhm və ya paylar, notlar, istiqrazlar, təminatsız borc öhdəlikləri və ya digər borc alətləri, valyuta və ya əmtəə əməliyyatları, kredit defolt svopları, qeyri-maliyyə indeksinə əsaslanan svoplar, şərti əsas məbləğ müqavilələri, sığorta və ya annuitet müqavilələri, opsiyonlar və ya digər törəmə alətlər) digər şəxslərin xeyrinə saxlanıldığı hesab (həyatın yığım sığortası müqaviləsi üzrə hesablar istisna olmaqla);
2.1.10. beynəlxalq müqavilələr çərçivəsində mübadilə edilən məlumatlar üzrə elektron hesabat (bundan sonra – e-hesabat) – xarici dövlətlərin həmin xarici dövlətlərlə bağlanılan müvafiq beynəlxalq müqavilələrə uyğun olaraq, barəsində məlumat tələb edilən hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasının ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə hədləri bu Qaydalarla müəyyənləşdirilmiş məlumatların Azərbaycan Respublikasının hesabatverən maliyyə institutları tərəfindən elektron-rəqəmsal formada Azərbaycan Respublikasının Vergilər Nazirliyinə (bundan sonra – Vergilər Nazirliyi) təqdim edildiyi sənəd;
2.1.11. paketləmə – e-hesabat fayllarından vahid arxiv faylının hazırlanması;
2.1.12. maliyyə institutlarında vergi monitorinqi portalı – www.tmfi.gov.az veb səhifəsi;
2.1.13. e-hesabat tərtibatı proqramı – e-hesabatların tərtibi və paketlənməsi üçün istifadə olunan proqram təminatı;
2.1.14. e-hesabat faylı – e-hesabatın tərtibi üçün zəruri olan məlumatların daxil edilməsi məqsədi ilə Vergilər Nazirliyi tərəfindən hazırlanmış XML formatlı elektron sənəd;
2.1.15. gücləndirilmiş elektron imza əməliyyatını icra etmək üçün proqram təminatı – oflayn rejimdə hazırlanaraq paketlənmiş e-hesabatın gücləndirilmiş elektron imza ilə imzalanması üçün istifadə olunan proqram təminatı.
2.2. E-hesabatı oflayn rejimdə hazırlamaq üçün e-hesabat tərtibatıproqramı, gücləndirilmiş elektron imza əməliyyatını icra etmək üçün proqram təminatı və e-hesabat faylı Azərbaycan Respublikasının hesabatverən maliyyə institutu tərəfindən öz kompyuterinə maliyyə institutlarında vergi monitorinqi portalının müvafiq bölməsindən yüklənilməlidir.
2.3. E-hesabat tərtibatı proqramı oflayn rejimdə istifadə üçün Vergilər Nazirliyi tərəfindən hazırlanır və Azərbaycan Respublikasının hesabatverən maliyyə institutlarına əvəzsiz (ödənişsiz) verilir.

3. Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların həmin dövlətlərin səlahiyyətli orqanlarına verilməsi hədləri

3.1. Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasının ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatlar həmin dövlətlərin səlahiyyətli orqanlarına aşağıdakı hədlərdə verilir:
3.1.1. xarici dövlətlərin Azərbaycan Respublikasının ərazisində maliyyə əməliyyatları həyata keçirən və həmin xarici dövlətlərlə bağlanılan müvafiq beynəlxalq müqavilələrə uyğun olaraq, barəsində məlumat tələb edilən hər bir hüquqi və fiziki şəxsinin adı, ünvanı və həmin xarici dövlətdə aldığı vergi identifikasiya nömrəsi (əgər varsa), habelə beynəlxalq müqavilənin tərəfi olan xarici dövlətin şəxsi hesab olunmayan hüquqi şəxsin bir və ya bir neçə nəzarət edən şəxsi həmin dövlətin şəxsi olduğu halda, belə hüquqi şəxsin və nəzarət edən şəxsin hər birinin adı, ünvanı və həmin xarici dövlətdə aldığı vergi identifikasiya nömrəsi (əgər varsa);
3.1.2. xarici dövlətlərin Azərbaycan Respublikasının ərazisində maliyyə əməliyyatları həyata keçirən, həmin xarici dövlətlərlə bağlanılan müvafiq beynəlxalq müqavilələrə uyğun olaraq, barəsində məlumat tələb edilən və həmin xarici dövlətdə aldığı vergi identifikasiya nömrəsi Azərbaycan Respublikasının hesabatverən maliyyə institutunun məlumat bazasında olmayan fiziki şəxsinin və beynəlxalq müqavilənin tərəfi olan xarici dövlətin şəxsi hesab olunmayan hüquqi şəxsin həmin xarici dövlətin şəxsi olan və həmin xarici dövlətdə aldığı vergi identifikasiya nömrəsi Azərbaycan Respublikasının hesabatverən maliyyə institutunun məlumat bazasında olmayan nəzarət edən şəxsinin doğulduğu tarix;
3.1.3. hesab nömrəsi (hesab nömrəsi olmadıqda, digər funksional ekvivalent);
3.1.4. Azərbaycan Respublikasının hesabatverən maliyyə institutunun adı və beynəlxalq müqaviləyə uyğun olaraq, xarici dövlətin məlumat bazasında maliyyə institutu kimi qeydiyyata alınması tələb olunduğu halda müvafiq identifikasiya nömrəsi;
3.1.5. hesab sahibinin Azərbaycan Respublikasının hesabatverən maliyyə institutundakı hesablarının müvafiq təqvim ilinin və ya digər müvafiq hesabat dövrünün sonuna və ya əgər hesablar il ərzində bağlanmışdırsa, bilavasitə bağlanmazdan əvvəl cəmi qalığı və ya dəyəri (həyatın yığım sığortası müqaviləsi üzrə nağd pul dəyəri və ya qaytarılan məbləğ);
3.1.6. hər hansı depozitar hesabı üzrə:
3.1.6.1. təqvim ili və ya digər müvafiq hesabat dövrü ərzində hesabda saxlanılan aktivlərlə bağlı hesaba (və ya hesabla bağlı) ödənilmiş və ya hesablanmış faizlərin, dividendlərin və digər gəlirlərin ümumi məbləği;
3.1.6.2. Azərbaycan Respublikasının hesabatverən maliyyə institutunun hesab sahibi üçün depozitar, broker, nominal saxlayıcı və ya agent kimi çıxış etdiyi aktivin satılmasından və ya girovdan azad edilməsindən əldə olunan və təqvim ili və ya digər müvafiq hesabat dövrü ərzində hesaba ödənilmiş və ya hesablanmış ümumi gəlirləri;
3.1.7. təqvim ili və ya digər müvafiq hesabat dövrü ərzində bank hesabına ödənilmiş və ya hesablanmış faizlərin ümumi məbləği;
3.1.8. bu Qaydaların 3.1.6-cı və 3.1.7-ci yarımbəndlərində göstərilməyən hər hansı hesab üzrə, təqvim ili və ya digər müvafiq hesabat dövrü ərzində Azərbaycan Respublikasının hesabatverən maliyyə institutunun öhdəlik götürdüyü və ya borclu olduğu hesabla əlaqədar hesab sahibinə ödənilmiş və ya hesablanmış ümumi məbləğ, o cümlədən hesab sahibinə geri qaytarılan ödənişlərin ümumi məbləği.

4. Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların Azərbaycan Respublikasının hesabatverən maliyyə institutları tərəfindən Vergilər Nazirliyinə
verilməsi qaydası

4.1. Xarici dövlətlərlə bağlanılan müvafiq beynəlxalq müqavilələrə uyğun olaraq, hesabat verilməli maliyyə əməliyyatları barədə məlumatlar Azərbaycan Respublikasının hesabatverən maliyyə institutları tərəfindən Azərbaycan Respublikasının xarici dövlətlərlə bağladığı müvafiq beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş müddətlərdə, lakinməlumatların aid olduğu təqvim ili başa çatdıqdan sonrakı ilin 1 iyul tarixindən gec olmayaraq Vergilər Nazirliyinəötürülməlidir.
4.2. Xarici dövlətlərlə bağlanılan müvafiq beynəlxalq müqavilələrə uyğun olaraq, hesabat verilməli maliyyə əməliyyatları barədə məlumatlarAzərbaycan Respublikasının hesabatverən maliyyə institutları tərəfindən Vergilər Nazirliyinə ötürülərkən, Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarında və tərəfdar çıxdığı beynəlxalq sazişlərdə nəzərdə tutulmuş məxfiliklə bağlı tələblərə əməl edilməlidir.
4.3. Xarici dövlətlərlə bağlanılan müvafiq beynəlxalq müqavilələrə uyğun olaraq hesabat verilməli maliyyə əməliyyatları barədə məlumatlar Azərbaycan Respublikasının hesabatverən maliyyə institutları tərəfindən Vergilər Nazirliyinə ötürülərkən, məbləğlərin əks olunduğu valyuta mütləq göstərilməlidir.
4.4. Xarici dövlətlərlə bağlanılan müvafiq beynəlxalq müqavilələrə uyğun olaraq, hesabat verilməli maliyyə əməliyyatları barədə məlumatlar yalnız e-hesabat vasitəsilə təqdim edilir.
4.5. Azərbaycan Respublikasının hesabatverən maliyyə institutu elektron sənəd mübadiləsi ilə bağlı Vergilər Nazirliyinin bütün təlimat və qaydalarına əməl edir, e-hesabatı bu Qaydaların 3.1-ci bəndində nəzərdə tutulmuş müddətlərdə vergi orqanına göndərir. E-hesabatın Azərbaycan Respublikasının hesabatverən maliyyə institutları tərəfindən Vergilər Nazirliyinə təqdim edilməsi və Azərbaycan Respublikasının hesabatverən maliyyə institutları ilə Vergilər Nazirliyi arasında elektron sənəd mübadiləsinin aparılması gücləndirilmiş elektron imza vasitəsilə həyata keçirilir.
4.6. E-hesabat Azərbaycan Respublikasının hesabatverən maliyyə institutu tərəfindən maliyyə institutlarında vergi monitorinqi portalından istifadə edilməklə onlayn rejimdə və ya e-hesabat tərtibatı proqramından, yaxud e-hesabat faylından istifadə edilməklə oflayn rejimdə tərtib edilə bilər.
4.7. E-hesabatın onlayn rejimdə tərtibi üçün, gücləndirilmiş elektron imza ilə maliyyə institutlarında vergi monitorinqi portalının “Şəxsi kabinet” bölməsinə daxil olunur və zəruri məlumatlar daxil edilir. Tərtib edilmiş e-hesabat bu bölmədə imzalanaraq Vergilər Nazirliyinə təqdim olunur.
4.8. E-hesabatın e-hesabat tərtibatıproqramından istifadə edilməklə tərtibi üçün zəruri məlumatlar e-hesabat tərtibatıproqramının müvafiq bölmələrinə daxil edilir və həmin proqram təminatı vasitəsilə paketlənir.
4.9. E-hesabatın e-hesabat faylından istifadə edilməklə tərtibi üçün zəruri məlumatlar e-hesabat faylının müvafiq bölmələrinə yerləşdirilərək XML fayl hazırlanır və həmin fayl paketlənir.
4.10. Azərbaycan Respublikasının hesabatverən maliyyə institutu e-hesabatı bu Qaydaların 4.8-ci və ya 4.9-cu bəndlərində nəzərdə tutulmuş qaydada tərtib edərsə, həmin hesabatverən maliyyə institutu e-hesabatı paketlədikdən sonra gücləndirilmiş elektron imza əməliyyatını icra etmək üçün proqram təminatı vasitəsilə imzalayır, internetə qoşularaq maliyyə institutlarında vergi monitorinqi portalına bağlanır və hazırladığı imzalanmış paket faylını sistemə göndərir.
4.11. E-hesabat bu Qaydaların 4.7-ci, 4.8-ci və 4.9-cu bəndlərində nəzərdə tutulmuş qaydada tərtib edilərkən, məlumatlar Azərbaycan Respublikasının hesabatverən maliyyə institutu tərəfindən e-hesabatın tələblərinə uyğun olaraq daxil edilir.Azərbaycan Respublikasının hesabatverən maliyyə institutu tərəfindən daxil edilmiş məlumatlar müvafiq olaraq maliyyə institutlarında vergi monitorinqi portalı və ya e-hesabat tərtibatı proqramı tərəfindən ilkin olaraq yoxlanılır və müvafiq tələblərə cavab vermədikdə qəbul edilmir.
4.12. E-hesabat Azərbaycan Respublikasının hesabatverən maliyyə institutları tərəfindən Vergilər Nazirliyinə təqdim edilməzdən əvvəl Azərbaycan Respublikasının hesabatverən maliyyə institutlarının ən azı iki vəzifəli şəxsi (rəhbər və Azərbaycan Respublikasının xarici dövlətlərlə bağladığı müvafiq beynəlxalq müqavilələr üzrə məsul şəxs (bundan sonra – məsul şəxs) tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq olunmalı və maliyyə institutlarında vergi monitorinqi portalından istifadə edilməklə Vergilər Nazirliyinə təqdim olunmalıdır.
4.13. Azərbaycan Respublikasının hesabatverən maliyyə institutu tərəfindən Vergilər Nazirliyinə təqdim edilmiş müvafiq e-hesabat Vergilər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının bağladığı beynəlxalq müqavilənin tərəfi olan xarici dövlətin səlahiyyətli orqanına ötürülənədək, həmin e-hesabatdakı məlumatlarda hər hansı dəyişiklik edilməsinə zərurət yarandığı halda Azərbaycan Respublikasının hesabatverən maliyyə institutu “dəqiqləşmiş” e-hesabat təqdim edir.
4.14. Azərbaycan Respublikasının hesabatverən maliyyə institutu tərəfindən Vergilər Nazirliyinə təqdim edilmiş müvafiq e-hesabat Vergilər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının bağladığı beynəlxalq müqavilənin tərəfi olan xarici dövlətin səlahiyyətli orqanına ötürüldükdən sonra həmin səlahiyyətli orqan tərəfindən e-hesabatdakı hər hansı hesab sahibi barədə məlumatlara düzəliş edilməsi tələb edildikdə, Azərbaycan Respublikasının hesabatverən maliyyə institutu müvafiq hesab sahibləri barəsindəki məlumatların düzəliş edilmiş versiyasını həmin hesab sahibləri üçün “düzəliş” bölməsini seçməklə yenidən tərtib edərək imzaladıqdan sonra “düzəliş” e-hesabatı formasında Vergilər Nazirliyinə təqdim edir.
4.15. Azərbaycan Respublikasının hesabatverən maliyyə institutu tərəfindən Vergilər Nazirliyinə təqdim edilmiş müvafiq e-hesabat Vergilər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının bağladığı beynəlxalq müqavilənin tərəfi olan xarici dövlətin səlahiyyətli orqanına ötürüldükdən sonra Azərbaycan Respublikasının hesabatverən maliyyə institutu müvafiq e-hesabatdakı hər hansı məlumatda dəyişiklik etmək istədikdə, müvafiq hesab sahibləri barəsindəki məlumatların dəyişiklik edilmiş versiyasını həmin hesab sahibləri üçün “dəyişiklik” bölməsini seçməklə yenidən tərtib edərək imzaladıqdan sonra “dəyişiklik” e-hesabatı formasında Vergilər Nazirliyinə təqdim edir.
4.16. Azərbaycan Respublikasının hesabatverən maliyyə institutu tərəfindən Vergilər Nazirliyinə təqdim edilmiş müvafiq e-hesabat Vergilər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının bağladığı beynəlxalq müqavilənin tərəfi olan xarici dövlətin səlahiyyətli orqanına ötürüldükdən sonra e-hesabatdakı hər hansı hesab sahibi barədə məlumatların ləğv edilərək yenidən göndərilməsi zərurəti yaranarsa, Azərbaycan Respublikasının hesabatverən maliyyə institutu Vergilər Nazirliyinə “ləğv” e-hesabatı təqdim edir. Bu halda, Azərbaycan Respublikasının hesabatverən maliyyə institutu, məlumatları ləğv edilən müvafiq hesab sahibləri barədə təqdim etdiyi məlumatları “ləğv” bölməsini seçərək yenidən təqdim etməklə yanaşı, həmin hesab sahibinə dair məlumatların yenilənmiş versiyasını “yeni” bölməsini seçməklə əlavə olaraq e-hesabata daxil edir.
4.17. E-hesabatın tərtibi və dəqiqləşdirilməsi, e-hesabata düzəliş və ya dəyişiklik edilməsi və ya e-hesabatdakı məlumatların ləğv edilməsi üzrə əməliyyatların həyata keçirilməsi qaydaları Vergilər Nazirliyi tərəfindən müəyyən edilir.
4.18. E-hesabatın tərtibi və dəqiqləşdirilməsi, e-hesabata düzəliş və ya dəyişiklik edilməsi və ya e-hesabatdakı məlumatların ləğv edilməsi Azərbaycan Respublikasının hesabatverən maliyyə institutunun rəhbəri tərəfindən səlahiyyət verilmiş məsul şəxs və ya operator tərəfindən həyata keçirilir və Azərbaycan Respublikasının hesabatverən maliyyə institutunun rəhbəri isə həmin e-hesabatları təsdiq və ya rədd edir.
4.19. E-hesabatın tərtibi və dəqiqləşdirilməsi, e-hesabata düzəliş və ya dəyişiklik edilməsi və ya e-hesabatdakı məlumatların ləğv edilməsi, yaxud e-hesabatın imzalanması üzrə əməliyyatların həyata keçirilməsinin digər səlahiyyətli şəxs (şəxslər) tərəfindən həyata keçirilməsinə icazənin verilməsi rəhbər tərəfindən maliyyə institutlarında vergi monitorinqi portalının “Şəxsi kabinet” bölməsində yaradılmış “İdarəetmə” səhifəsindən istifadə edilməklə həyata keçirilir və gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edilir.
4.20. Azərbaycan Respublikasının hesabatverən maliyyə institutu vergi orqanına təqdim etdiyi e-hesabatların, Azərbaycan Respublikasının xarici dövlətlərlə bağladığı müvafiq beynəlxalq müqavilələr çərçivəsində həmin hesabatverən maliyyə institutunun yoxladığı bütün fiziki və hüquqi şəxslərlə əlaqədar əldə etdiyi sənədlərin və vergi orqanından daxil olmuş bütün elektron sənədlərin 7 ildən az olmayan müddətdə saxlanılmasını təmin edir.
4.21. Azərbaycan Respublikasının hesabatverən maliyyə institutu Azərbaycan Respublikasının xarici dövlətlərlə bağladığı müvafiq beynəlxalq müqavilələr çərçivəsində yoxladığı bütün fiziki və hüquqi şəxslərlə əlaqədar əldə etdiyi sənədlərin əslini və ya təsdiq edilmiş surətlərini Vergilər Nazirliyinin və ya Azərbaycan Respublikasının bağladığı beynəlxalq müqavilənin tərəfi olan xarici dövlətin səlahiyyətli orqanının tələbi əsasında Vergilər Nazirliyinə təqdim edir.
4.22. Azərbaycan Respublikasının hesabatverən maliyyə institutu elektron sənədlər mübadiləsinin aparıldığı iş yerinin təhlükəsizliyini müstəqil təmin edir.
4.23. Elektron mübadilənin aparılması prosesində aşkar edilmiş səhvlərin və ya uyğunsuzluqların aradan qaldırılması Azərbaycan Respublikasının hesabatverən maliyyə institutunun və vergi orqanının qarşılıqlı təşəbbüskarlığı əsasında həyata keçirilir.

5. Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların Vergilər Nazirliyi tərəfindən həmin dövlətlərin səlahiyyətli orqanlarına verilməsi qaydası

5.1. Xarici dövlətlərinhəmin xarici dövlətlərlə bağlanılan müvafiq beynəlxalq müqavilələrə uyğun olaraq, barəsində məlumat tələb edilən hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasının ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə bu Qaydalarla müəyyənləşdiril-miş məlumatlar Vergilər Nazirliyi tərəfindən həmin xarici dövlətlərlə bağlanılan müvafiq beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş müddətlərdə və qaydalarda həmin xarici dövlətlərin səlahiyyətli orqanlarına təqdim edilir.
5.2. Xarici dövlətlərin həmin xarici dövlətlərlə bağlanılan müvafiq beynəlxalq müqavilələrə uyğun olaraq, barəsində məlumat tələb edilən hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasının ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə bu Qaydalarla müəyyənləşdiril-miş məlumatlarVergilər Nazirliyi tərəfindən həmin dövlətlərin səlahiyyətli orqanlarına ötürülərkən, Azərbaycan Respublikasının müvafiq qanunverici-lik aktlarında və tərəfdar çıxdığı beynəlxalq sazişlərdə nəzərdə tutulmuş məxfiliklə bağlı tələblərə əməl edilməlidir.
5.3. Xarici dövlətlərin həmin xarici dövlətlərlə bağlanılan müvafiq beynəlxalq müqavilələrə uyğun olaraq, barəsində məlumat tələb edilən hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasının ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə bu Qaydalarla müəyyənləşdiril-miş məlumatlar Vergilər Nazirliyi tərəfindən həmin dövlətlərin səlahiyyətli orqanlarına ötürülərkən, məbləğlərin əks olunduğu valyuta mütləq göstərilməlidir.
5.4. Xarici dövlətlərin həmin xarici dövlətlərlə bağlanılan müvafiq beynəlxalq müqavilələrə uyğun olaraq, barəsində məlumat tələb edilən hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasının ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə bu Qaydalarla müəyyənləşdiril-miş məlumatlar Vergilər Nazirliyi tərəfindən həmin dövlətlərin səlahiyyətli orqanlarına kriptoqrafik vasitələrdən istifadə edilməklə şifrələndikdən və paketləndikdən sonra ötürülür.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM