07 Iyun 2015 01:06
989
Hüquq məsləhəti
A- A+

Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir

 

Yeni aldığım mənzilə köçdükdən sonra bilmişəm ki,  əvvəlki sahibinin elektrik enerjisinə görə borcu qalıb. Lakin həmin şəxsin indi harada yaşadığını bilmirəm. Elektrik idarəsi isə borcu məndən tələb edir. Bu qanunidir?

 

Bilal Məmmədli,

Bakı şəhəri

           

- Sualınızdan aydın olur ki, enerjitəchizatı müəssisəsi mənzilin əvvəlki mülkiyyətçisinin, yəni, başqa bir istehlakçının istifadə etdiyi elektrik enerjisinin dəyərinin sizin tərəfinizdən ödənilməsini tələb edir. Halbuki belə bir tələbin sizə qarşı irəli sürülə bilməsi üçün sizin enerjitəchizatı müəssisəsi qarşısında əvvəlki mülkiyyətçinin istifadə etdiyi elektrik enerjisinin dəyərini ödəmək öhdəliyi daşımağınız lazımdır. Bu mənada sizin enerjitəchizatı müəssisəsi qarşısında pul ödəmək öhdəliyiniz mövcud deyildir (Azərbaycan Respublikası Mülki Məcəlləsi, 14 və 386.1-ci maddələr). Lakin bu cür vəziyyətin sizin üçün müəyyən qədər çətinlik (elektrik enerjisindən istifadə barədə bildirişdə əvvəlki istehlakçının borcunun da göstərilməsi, elektrik enerjisnin verilişinin dayandırılması təhlükəsi) yaratması aşkardır. Bu halda siz mənfi tanınma (təsbit) iddiası ilə məhkəməyə müraciət edərək enerjitəchizatı müəssisəsinin varlığını irəli sürdüyü borcun mövcud olmamasının tanınmasını tələb edə bilərsiniz. Başqa sözlə, bu növ iddia vasitəsilə siz enerjitəchizatı müəssisəsi qarşısında borcunuzun (əvvəlki mülkiyyətçinin borcuna görə öhdəlik daşımamağınızdan söhbət gedir) olmamasının məhkəmə qaydasında tanınmasına nail ola bilərsiniz.

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video