Alternative content

07:29 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV ATƏT-in fəaliyyətdə olan sədri Milli Məclisdə təmsil olunan siyasi partiyaların rəhbərləri ilə görüşüb
ATƏT-in fəaliyyətdə olan sədri Milli Məclisdə təmsil olunan siyasi partiyaların rəhbərləri ilə görüşüb
ANA SƏHİFƏ / Milli Məclis
11:06 01.06.2015

İyunun 1-də ATƏT-in fəaliyyətdə olan sədri, Serbiya Baş nazirinin müavini və xarici işlər naziri İvitsa Daçiçin başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisdə təmsil olunan siyasi partiyaların rəhbərləri ilə görüşüb.

Görüşdə Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin intizam komissiyasının sədri Siyavuş Novruzov parlamentin fəaliyyəti və burada təmsil olunan siyasi partiyalar barədə məlumat verib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan S. Novruzov bildirib ki, bu münaqişə nəticəsində Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib, bir milyondan artıq azərbaycanlı öz ölkəsində qaçqın və məcburi köçkünə çevrilib və onların hüquqları kobudcasına pozulub. Biz ATƏT-in Minsk qrupunun münaqişənin həlli istiqamətində fəaliyyətindən narazıyıq.

S.Novruzov ATƏT-in fəaliyyətdə olan sədrinin ermənilərin beynəlxalq hüquq qaydalarını pozaraq Kəlbəcərdə girov götürdükləri Dilqəm Əsgərovun və Şahbaz Quliyevin Azərbaycana geri qaytarılması ilə bağlı dəstək verməsinin vacibliyini vurğulayıb.

Diqqətə çatdırılıb ki, bu il Azərbaycanda parlament seçkiləri keçiriləcək. Bütün siyasi partiyalar bu məsələ ilə əlaqədar ciddi şəkildə məşğuldur. Təəssüflər olsun ki, 20 ildən artıqdır ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu mütəmadi olaraq Azərbaycan haqqında qərəzli bəyanatlar yayır, ölkəmizdə keçirilən seçkilər üzərinə kölgə salır. Baxmayaraq ki, Ermənistanda dəfələrlə biabırçı şəkildə seçkilər keçirilib, namizədlər güllələnib, lakin nədənsə onların seçkiləri həmişə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu tərəfindən “demokratik” adlandırılıb. Həmçinin ermənilər Avropa Parlamentinin, Avropa Şurasının, ATƏT-in Parlament Assambleyasının nümayəndələrinin verdiyi bəyanatları da şantaj yolu ilə ləğv etməyə çalışırlar.

Görüşdə iştirak edən siyasi partiyaların rəhbərləri təəssüflə bildiriblər ki, Avropanın bəzi qurumlarının Azərbaycanla bağlı qeyri-obyektiv mövqeyi cəmiyyətdə narazılıqla qarşılanır. Çünki bu təşkilatlar ölkəmizin əsas problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə ikili standartlardan yanaşırlar. Həmin qurumlar 20 ildən çox müddətdə ərazilərimizin bir hissəsini işğal altında saxlayan Ermənistana qarşı heç bir tədbir görmürlər. Ona görə də bu təşkilatların hər hansı mövqeyi artıq Azərbaycan cəmiyyətində ciddi qəbul olunmur. Vurğulanıb ki, heç bir halda heç bir Avropa təşkilatının bir neçə gündən sonra Azərbaycanda keçiriləcək birinci Avropa Oyunları ilə insan haqlarını qarşı-qarşıya qoymasının tərəfdarı deyilik. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycana qarşı həmişə qərəzli fikir ifadə etməsi bizi narahat edir.

İvitsa Daçiç Azərbaycan ilə Serbiya arasında əlaqələrin inkişaf etməsindən məmnunluğunu bildirib. O deyib ki, ölkələrimiz arasında dostluq münasibətləri var. ATƏT-in fəaliyyətdə olan sədri vurğulayıb ki, Serbiya Azərbaycanın ərazi bütövlüyünün pozulmasını yaxşı başa düşür. Serbiya üçün də ərazi bütövlüyü prinsipial məsələdir.

Görüşdə qaldırılan mövzular ətrafında fikir mübadiləsi aparılıb.