Alternative content

12:09 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan və Argentina arasında turizm sahəsində əməkdaşlıq sazişi imzalanıb
Azərbaycan və Argentina arasında turizm sahəsində əməkdaşlıq sazişi imzalanıb
ANA SƏHİFƏ / Turizm
12:05 29.05.2015

Xəbər verdiyimiz kimi, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Dünya Turizm Təşkilatının İcraiyyə Şurasının 100-cü sessiyasında iştirak etmək üçün Xorvatiyada səfərdədir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Əbülfəs Qarayev argentinalı həmkarı ilə görüşüb. Görüşdə Azərbaycan ilə Argentina arasında turizm sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib. Həmçinin ölkəmizlə Argentina arasında turizm sahəsində əməkdaşlıq sazişi imzalanıb.

Qeyd edək ki, 100-cü sessiya “Turizmdə innovasiya: mövsümiliyə üstün gəlməyin yeni yolları” mövzusunda keçirilib.