Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

09:50 13 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir
Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir
ANA SƏHİFƏ / Hüquq məsləhəti
12:05 24.05.2015

 

l Yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilimə zərər dəymiş və məhkəmə təqsirkarın zərəri ödəməsi barədə qərar qəbul etmişdir. Lakin icrada məlum olmuşdur ki, həmin şəxsin banka borcu var və bankın da xeyrinə məhkəmə qərarı çıxarılmışdır. İcrada mənim icra işimi bankın icra işi ilə birləşdirdilər. Bu, qanunidirmi? Əgər təqsirkardan pul almaq mümkün olacaqsa, onda alınmış pul necə bölüşdürüləcək? 

           

Şahin ƏSGƏROV,

Sumqayıt şəhəri

 

- Bankın və sizin tələblərinizin təmin olunması barədə icra sənədləri üzrə icra işlərinin ümumi icraatda birləşdirilməsi mümkündür və “İcra haqqında” qanunun 54.1-ci maddəsinə uyğundur.

İkinci sualınız sizin və bankın tələblərinin təmin olunması növbəliyi ilə bağlıdır. Bu məsələ “İcra haqqında” qanunun 54.2 və 75-ci maddələri ilə tənzimlənir. Belə ki,75.2-75.6-cı maddələrdə borcludan tutulmuş pul məbləğinin icra sənədləri üzrə bütün tələblərin təmin edilməsi üçün yetərli olmadığı halda, göstərilən məbləğin növbəlilik qaydasında tələbkarlar arasında bölüşdürülməsi qaydası müəyyənləşdirilmişdir. Sizin tələbiniz beşinci növbədə təmin olunmalı tələblərə aid olduğundan borcludan tutulacaq pul vəsaitinin bölüşdürülməsi zamanı sizin və bankın tələbi üzrə icra sənədlərinin daxil olma ardıcıllığı əsas götürüləcəkdir. Qeyd edək ki, əgər borcludan tutulmuş pul məbləği sizin və bankın tələblərini tam təmin etmək üçün yetərli olmazsa, tələbləriniz sizə və banka verilməli məbləğə mütənasib olaraq təmin ediləcəkdir (“İcra haqqında” qanunun 75.8-ci maddəsi).

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM