Alternative content

05:40 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin turizm nazirlərinin ikinci görüşü keçirilib
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin turizm nazirlərinin ikinci görüşü keçirilib
ANA SƏHİFƏ / Turizm
05:05 20.05.2015

Mayın 20-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin turizm nazirlərinin ikinci görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə TDƏŞ çərçivəsində əməkdaşlığın, bu quruma üzv ölkələr arasında turizm üzrə əlaqələrin genişləndirilməsi, türk dünyasının maddi və qeyri-maddi irsinin turizm vasitəsilə təbliği, dövlət və özəl sektor arasında birgə fəaliyyətin təşviqi məsələləri, nəzərdə tutulan layihələr və tədbirlər, həmçinin indiyədək əldə olunmuş nailiyyətlər müzakirə edilib. Görüşdə TDƏŞ-in turizm üzrə işçi qrupunun beşinci iclasının yekunları barədə də fikir mübadiləsi aparılıb.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev nazirliyin sifarişi əsasında “Sinam” şirkəti tərəfindən hazırlanmış GoMap.az (www.gomap.az) elektron naviqasiya sisteminə TDƏŞ-ə üzv ölkələrin qoşulması ilə bağlı təklif irəli sürüb. Nazir bildirib ki, naviqasiya sisteminin elektron xəritəsinə Azərbaycan ərazisində yerləşən 63000-dən çox obyekt (POI), 4530 yaşayış məntəqəsi, 3300 mədəni-tarixi abidə, 70 şəhər və yaşayış məntəqəsi üzrə ünvanlı məlumat, 670000 bina və tikililər, 43000 km yol (hərəkət qaydaları və yol nişanları daxil olmaqla), 23770 km yaşıllıq sahələri, meşələr və digər məlumatlar daxil edilib. Elektron xəritədə bu məlumatlar sxem və ya 3D formatındadır. Mədəni-tarixi abidələr üzrə fotolar da elektron xəritədə yerləşdirilib.

Azərbaycan, ingilis və rus dillərində hazırlanmış elektron xəritə istənilən tikili üzrə böyüdülə bilər. Elektron xəritə həmçinin mövcud olan digər bu tip sistemlərə (məsələn, Google Satellite) inteqrasiya edilib.

Elektron xəritədə, həmçinin marşrutun çəkilməsi funksiyası var. Bu funksiya xüsusilə turistlər üçün çox faydalı ola bilər. Regionlara səyahət etmək istəyən hər bir turist GoMap.az vasitəsilə lazımi marşrutu çəkib, onu çap formasında özü ilə apara bilər.

Naviqasiya sisteminin Gürcüstan və Türkiyənin də ərazilərini əhatə edir. Əbülfəs Qarayev bildirib ki, Qazaxıstan və Qırğızıstanın da bu sistemə qoşulması ilə türkdilli dövlətlərin vahid naviqasiya sistemini yaratmaq olar. Bunun üçün maliyyə vəsaitinin sərf olunması lazım deyil, ölkələrin məsul qurumlarının lazımi məlumatları toplayıb “Sinam” şirkətinə təqdim etməsi kifayətdir. Nazirin bu təklifi görüş iştirakçıları tərəfindən müsbət qarşılanıb.

Mədəniyyət və turizm naziri “Bakı-2015” birinci Avropa Oyunları zamanı sistemə girişin tamamilə pulsuz olacağını bildirib.

Tədbirdə TDƏŞ-ə üzv ölkələrin turizm sahəsində özəl sektor nümayəndələrinin rolunun artırılması və onlar arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın turizm assosiasiyaları arasında anlaşma memorandumu imzalanıb.

Sonda qarşıdakı bir il ərzində TDƏŞ çərçivəsində görüləcək işləri nəzərdə tutan yekun protokol imzalanıb.