Alternative content

07:52 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Prezidenti İlham Əliyev Bakının Nobel qardaşları prospektinə paralel inşa olunmuş dənizkənarı yolun açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev Bakının Nobel qardaşları prospektinə paralel inşa olunmuş dənizkənarı yolun açılışında iştirak edib
ANA SƏHİFƏ / Tədbirlər
06:05 15.05.2015

Mayın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakının Nobel qardaşları prospektinə paralel inşa olunmuş dənizkənarı yeni yolun açılışında iştirak ediblər.

“Azvirt” Məhdud Məsuliyyətli Cəmiyyətin sədri Kamil Əliyev dövlətimizin başçısına yeni avtomobil yolu, buradakı yol qovşaqları, mühəndis qurğuları və yeraltı piyada keçidləri barədə məlumat verdi. Qeyd edildi ki, 8 zolaqlı yol ən müasir tələblər səviyyəsində və yüksək keyfiyyətlə inşa edilib. Yolun hərəkət zolaqlarının eni 3,75 metrdir. Yeni yol Ağ Şəhər bulvarının yaxınlığında yerləşir. Burada istirahət edən insanların təhlükəsizliyi üçün yolun tikintisi zamanı hər birinin eni 8 metr olmaqla 3 piyada keçidi də inşa olunub.

Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Yeni yolun Ağ Şəhər yaşayış massivi yaxınlığında yerləşməsi keçmişdə “Qara şəhər” adlanan ərazinin dövlətimizin başçısının tapşırığına əsasən tamamilə abadlaşdırılması və yeni görkəm alması istiqamətində görülən mühüm işlərin davamlı olduğunu nümayiş etdirir. Bu yolun inşası təkcə sosial məna daşımır, bunu həm də Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsinə töhfə kimi də qiymətləndirmək olar. Bütün bunlarla yanaşı, yeni yol həm də paytaxtın yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində görülən işlərin tərkib hissəsidir.