Alternative content

14:09 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisdə Azərbaycan-ABŞ əlaqələri müzakirə olunub
Milli Məclisdə Azərbaycan-ABŞ əlaqələri müzakirə olunub
ANA SƏHİFƏ / Milli Məclis
02:05 12.05.2015

Mayın 12-də Azərbaycan–ABŞ parlamentlərarası işçi qrupunun rəhbəri Səməd Seyidov ölkəmizdə səfərdə olan ABŞ-da Azərbaycanın Dostları Assambleyasının (AFAZ) sədri Ceyms Patrik Moran ilə görüşüb. Görüşdə əsas müzakirə məsələsi Azərbaycan-ABŞ əlaqələri olub.

Səməd Seyidov Azərbaycanda gedən davamlı inkişafdan danışıb və ölkəmizin ABŞ-la ortaq maraqlarının olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan çətin dövrdən keçsə də hazırda müstəqil ölkə kimi öz yolu ilə inkişaf edir. O, həmçinin bildirib ki, ölkəmiz Birinci Avropa Oyunlarının keçiriləcəyi ərəfədədir. Bu baxımdan da dünyanın diqqət mərkəzindəyik.

Qeyd edilib ki, ABŞ hər zaman Azərbaycanın yanındadır və bütün məsələlərdə ölkəmizi dəstəkləyir. Xüsusən də ölkələrimiz enerji və terrorizmlə mübarizə sahəsində uğurla birgə əməkdaşlıq edirlər.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də qonağa məlumat verilib. Ölkəmizin 20 faiz ərazisinin hələ də işğal altında saxlanılması, bu səbəbdən də bir milyondan çox qaçqın və məcburi köçkünün olduğu diqqətə çatdırılıb.

ABŞ-da Azərbaycanın Dostları Assambleyasının (AFAZ) sədri Ceyms Patrik Moran isə Azərbaycanda, xüsusən də Milli Məclisdə olmaqdan mənunluğunu bildirib və hazırda ölkədə böyük dəyişikliklərin olduğuna diqqət çəkib. O, Bakının hazırki görkəmindən heyran qaldığını da gizlətməyib. Vurğulayıb ki, Azərbaycan çox əlverişli coğrafi mövqedə yerləşir və ölkənin böyük iqtisadi potensialı var.

Qonaq Ermənistanın işğalçı siyasətini, insanların öz yurd-yuvalarından didərgin düşməsini pisləyib. Bunun bəşəriyyət üçün ciddi təhdid olduğunu deyib. O, Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin əhəmiyyətindən də danışıb.

Görüş hər iki tərəfi maraqlandıran məsələlərin müzakirəsi ilə davam etdirilib.

 

Elgün MƏNSİMOV,

“Azərbaycan”