Alternative content

19:56 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir
Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir
ANA SƏHİFƏ / Hüquq məsləhəti
01:05 09.05.2015

Fəlsəfə doktoruyam (fiologiya elmləri namizədi). Elmi dərəcəyə görə vəzifə maaşıma müəyyən edilmiş əlavəni - 60 manatı 2015-ci ilin fevral ayına qədər iş yerimdən almışam. Fevral ayından həmin pulun verilməsi dayandırılımışdır. Mən həmin pulu haradan və necə almalıyam?

İslam Sadıq,

Bakı şəhəri

 

- “Təhsil haqqında” qanunun 36.3-cü maddəsinə əsasən, dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavələrin həcmi müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavələrin həcminin müəyyən edilməsi haqqında” 2010-cu il 27 may tarixli 98 nömrəli qərarı ilə ixtisası üzrə işləyən fəlsəfə doktorlarının (elmlər namizədlərinin) elmi dərəcəyə görə (elm sahələri göstərilməklə) vəzifə maaşlarına işlədiyi təhsil müəssisəsinin kateqoriyasından asılı olmayaraq - 60 manat əlavə müəyyən edilmişdir. Elmi dərəcəyə və elmi adlara görə müəyyən edilən əlavələr işçi tam ştat üzrə işlədikdə 100 faiz, yarımştat üzrə işlədikdə isə nəzərdə tutulan məbləğin 50 faizi həcmində ödənilir. Elmi dərəcəyə və elmi adlara görə müəyyən edilən əlavələr əsas iş yerində 1,0 ştat və ya 1,0 stavka dərs yükünə, əvəzçilik üzrə əlavə iş yerlərində isə cəmi 0,5 ştat və ya 0,5 stavka dərs yükünə görə ödənilir.

Göründüyü kimi, qüvvədə olan qanunvericilikdə ixtisası üzrə işləyən fəlsəfə doktorlarının (elmlər namizədlərinin) elmi dərəcəyə görə (elm sahələri göstərilməklə) vəzifə maaşlarına 60 manat əlavənin müəyyənləşdirilməsi nəzərdə tutulmuşdur. Əgər həmin əlavənin ödənilməsi dayandırılmışsa, bunun səbəbini işlədiyiniz təhsil müəssisəsindən dəqiqləşdirməyiniz məqsədəuyğundur.

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi