03 May 2015 02:05
690
Nazirlər Kabineti
A- A+

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

№ 114                                                Bakı şəhəri, 21 aprel 2015-ci il

 

“Xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud  təsərrüfat məqsədləri  ilə ödənişli əsaslarla istifadə Qaydası  və  ödənişin məbləği”nin təsdiq edilməsi haqqında

 

“Azərbaycan Respublikasının Samur-Yalama Milli Parkı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 25 iyun tarixli 929 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə ödənişli əsaslarla istifadə Qaydası və ödənişin məbləği” təsdiq edilsin (əlavə olunur).

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan  Respublikası  Nazirlər

Kabinetinin  2015-ci il 21 aprel

tarixli 114 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

                                                                          

Xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi,

mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə

ödənişli əsaslarla istifadə Qaydası və ödənişin məbləği

 

  1. 1.    Ümumi müddəalar

 

1.1. “Xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə ödənişli əsaslarla istifadə Qaydası və ödənişin məbləği” (bundan sonra - Qayda) “Azərbaycan Respublikasının Samur-Yalama Milli Parkı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 25 iyun tarixli 929 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə və “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinə uyğun olaraq hazırlanmışdır.

1.2. Bu Qayda mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq,  hüquqi və fiziki şəxslər (bundan sonra - təbiət istifadəçisi) tərəfindən beynəlxalq, respublika və bölgə əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə istifadənin ödənişlərinin əsaslarını və ödənişin məbləğini müəyyən edir.

1.3. Bələdiyyələrin, təbiət istifadəçisinin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaq sahələrində təşkil edilmiş yerli əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə istifadə üçün ödənişlər onların təsisçiləri tərəfindən müəyyən olunur və tətbiq edilir.

1.4. Xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən  elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə  istifadə üçün ödəniş bu ərazilərin fəaliyyət rejiminin xüsusiyyətləri və istifadənin əlverişliliyi, habelə əldə oluna biləcək gəlirlər, əraziyə dəyə biləcək antropogen təsirlər və onların aradan qaldırılması ilə əlaqədar çəkiləcək xərclər və analoji xidmətlər üzrə müəyyən olunmuş məbləğ və tariflər nəzərə alınmaqla formalaşdırılır.

1.5. Xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə  ödənişli əsaslarla istifadə etməsi təbiət istifadəçisini ətraf mühitin qorunması ilə bağlı tədbirləri yerinə yetirməkdən, təbii ehtiyatlardan səmərəli istifadədən və təbiəti mühafizə qanunvericiliyi aktlarına riayət etməkdən azad etmir.

 

 

2. Xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi,

mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə

ödənişli əsaslarla istifadə qaydası

 

2.1. Xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin məqsədindən, mühafizə rejimindən və istifadə xüsusiyyətindən asılı olaraq, ödənişli əsaslarla istifadə aşağıdakı ərazilərdə tətbiq edilir:

2.1.1. elmi və tədris məqsədi ilə - xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin bütün növlərində;

2.1.2. mədəni, turizm və rekreasiya məqsədi ilə - milli parkların turizm və rekreasiya, turistlərə və başqalarına xidmət göstərilən zonalarında, təbiət parklarının turizm və rekreasiya zonalarında, zooloji parkların, nəbatat bağlarının və dendroloji parkların ekspozisiya, ictimai və inzibati zonalarında, dövlət təbiət yasaqlıqlarının servitut hüququ (özgə torpaq sahəsindən məhdud istifadə hüququ) tətbiq olunan ərazilərində;

2.1.3. məhdud təsərrüfat məqsədi ilə - milli parkların, zooloji parkların, nəbatat bağlarının və dendroloji parkların fəaliyyətini təmin etmək üçün təsərrüfat- istehsalat zonalarında, dövlət təbiət yasaqlıqlarının servitut hüququ (özgə torpaq sahəsindən məhdud istifadə hüququ) tətbiq olunan ərazilərində.

2.2. Dövlət təbiət qoruqlarının ərazisinə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xüsusi icazəsi olmadan daxil olmağa və həmin ərazinin elmi, tədris məqsədi ilə ödənişli əsaslarla istifadəsinə yol verilmir.

2.3. Xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi araşdırmaların, müşahidələrin, monitorinqlərin aparılması, mədəni tədbirlərin, tədris və məşğələ (treninq) proqramlarının təşkili, turistlərə rekreasiya xidmətlərinin göstərilməsi, müvəqqəti iaşə, ticarət və digər mədəni-məişət təyinatlı obyektlərin yerləşdirilməsi və məhdud təsərrüfat fəaliyyətinin həyata keçirilməsi məqsədləri ilə ödənişli əsaslarla istifadə (bundan sonra - təbiət ərazilərindən istifadə) təbiət istifadəçisi ilə bağlanılmış müqaviləyə uyğun olaraq həyata keçirilir.

2.4. Təbiət ərazilərindən istifadə ilə bağlı təbiət istifadəçisinin müraciətində ödənişli əsaslarla istifadə növü göstərilməklə, aşağıdakılar əlavə edilməlidir:

2.4.1. hüquqi şəxslər üçün - hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı barədə məlumat;

2.4.2. fiziki şəxslər üçün - soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumat (seriyası, nömrəsi, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı);

2.4.3. hüquqi şəxslərin dövlət qeydiyyatı barədə şəhadətnamənin surəti;

2.4.4. fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə məşğul olması barədə vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamənin surəti.

2.5. Təbiət ərazilərindən istifadə ilə bağlı təbiət istifadəçisinin müraciəti müvafiq xüsusi mühafizə olunan təbiət ərazisinin idarə edilməsi və mühafizəsi məqsədi ilə yaradılan idarənin rəhbəri  tərəfindən qeydə alınmaqla qəbul edilir, baxılır və imtina üçün əsas olmadıqda qeydə alındığı gündən başlayaraq 15 (on beş) gün müddətindən gec olmamaqla, bu Qaydanın 1 nömrəliəlavəsində göstərilmiş formada müqavilə bağlanılır.

2.6. Bu Qaydanın 2.5-ci bəndində göstərilmiş müqavilə bağlanılmadığı halda, təbiət istifadəçisinə onun səbəbləri göstərilməklə 15 (on beş) gün müddətində  izahat verilir.

2.7. Təbiət ərazilərindən istifadə zamanı təbiət istifadəçisi aşağıdakılara əməl etməlidir:

2.7.1. təbiəti mühafizə qanunvericiliyinin tələblərinə riayət etmək;

2.7.2. istifadə olunan sahənin və onun ətrafının zibillənməsinə yol verməmək, sanitariya qaydalarına əməl etmək;

2.7.3. xüsusi mühafizə olunan təbiət ərazilərinə və obyektlərinə mal-qaranın buraxılmasına yol verməmək;

2.7.4. istifadə olunan ərazilərə bitişik yaşıllıqların qanunsuz qırılmasına yol verməmək;

2.7.5. istifadəyə verilmiş ərazilərdə yanğın təhlükəsizliyi qaydalarına riayət etmək.

Qeyd. Xüsusi mühafizə olunan təbiət ərazilərinin yüksək dağlıq hissələrinə yürüş edən təbiət istifadəçisində təhlükəsizlik məqsədi ilə çadır, yataq kisəsi, xüsusi geyim, bel çantası, qumquma (suqabı) kimi əşya və avadanlıqların, zəruri ərzaqların olması məcburidir.

2.8. Təbiət ərazilərindən istifadə hüququ xüsusi mühafizə olunan təbiət ərazisinin idarə edilməsi və mühafizəsi məqsədi ilə yaradılan idarə tərəfindən aşağıdakı hallarda məhdudlaşdırılır:

2.8.1. xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən istifadə zamanı təbiəti mühafizə qanunvericiliyinin tələblərinə əməl edilmədikdə;

2.8.2. bu Qaydanın 2.5-ci bəndində göstərilmiş müqavilənin şərtləri pozulduqda;

2.8.3. xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin  mühafizəsini, qorunmasını və bərpasını, əhalinin sağlamlığını, ətraf mühiti qorumaq zəruriliyi yarandığı hallarda.

2.9. Xüsusi mühafizə olunan təbiət ərazisinin idarə edilməsi və mühafizəsi məqsədi ilə yaradılan idarə tərəfindən təbiət ərazilərindən istifadə hüququnun məhdudlaşdırılması barədə əsaslandırılmış qərar 3 (üç) gün müddətində təbiət istifadəçisinə verilir. 

2.10. Təbiət ərazilərindən istifadə hüququnun məhdudlaşdırılmasına səbəb olan hallar tam aradan qaldırıldıqda, bu hüquq xüsusi mühafizə olunan təbiət ərazisinin idarə edilməsi və mühafizəsi məqsədi ilə yaradılan idarə tərəfindən bərpa olunur.

2.11. Təbiət istifadəçisi rəsmi müraciətlə təbiət ərazilərindən istifadə hüququndan imtina etdikdə, bu Qaydanın 2.5-ci bəndində göstərilmiş müqavilənin müddəti başa çatdıqda müvafiq istifadə hüququna xüsusi mühafizə olunan təbiət ərazisinin idarə edilməsi və mühafizəsi məqsədi ilə yaradılan idarə tərəfindən xitam verilir.

2.12. Xüsusi mühafizə olunan təbiət ərazisinin idarə edilməsi və mühafizəsi məqsədi ilə yaradılan idarə təbiət istifadəçisinin təbiət ərazilərindən istifadə hüququna yalnız aşağıdakı hallarda məcburi xitam verir:

2.12.1. təbiət istifadəçisi tərəfindəntəbiəti mühafizə qanunvericiliyi kobud şəkildə pozulduqda və ya təbiətə külli miqdarda ziyan dəydikdə;

2.12.2. fövqəladə vəziyyət yaradan qəza, təbii fəlakət və bu kimi başqa hadisələr baş verdikdə;

2.12.3. təbiət istifadəçisi tərəfindən bu Qaydanın 2.5-ci bəndində göstərilmiş müqavilədə nəzərdə tutulmuş şərtlər pozulduqda;

2.12.4. təbiət istifadəçisi tərəfindən yanğın təhlükəsizliyi qaydalarına əməl edilmədikdə.

2.13. Xüsusi mühafizə olunan təbiət ərazisinin idarə edilməsi və mühafizəsi məqsədi ilə yaradılan idarə tərəfindən təbiət istifadəçisinin təbiət ərazilərindən istifadə hüququna məcburi xitam verilməsi barədə əsaslandırılmış qərar 3 (üç) gün müddətində təbiət istifadəçisinə verilir. 

2.14. Təbiət istifadəçisi təbiət ərazilərindən istifadə hüququnun məhdudlaşdırılmasından  və ya bu hüquqa məcburi xitam verilməsindən məhkəməyə şikayət edə bilər.

2.15. Bu Qaydanın 2.5-ci bəndinə uyğun olaraq bağlanılmış müqaviləyə  xitam verildikdən sonra, habelə müqavilənin şərtləri pozulduğu təqdirdə, təbiət istifadəçisinə heç bir kompensasiya ödənilmir.

2.16. Təbiət ərazilərindən  istifadəyə görə ödənişlər işlərin görülməsindən və xidmətlərin göstərilməsindən, həmçinin digər fəaliyyətlərdən əldə olunan büdcədənkənar vəsaitlərin nağd və ya nağdsız hesablaşma (köçürmə) yolu ilə aşağıdakı qaydada həyata keçirilir:

2.16.1. nağdsız qaydada - köçürmə yolu ilə post terminallar, elektron ödəmə köşkləri, müvafiq bank idarələri vasitəsilə xüsusi mühafizə olunan təbiət ərazisinin idarə edilməsi və mühafizəsi üçün yaradılan idarənin xüsusi fonduna (bank hesabına) ödənilir;

2.16.2. nağd qaydada - vəsaitlərin xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin nəzarət-buraxılış məntəqələrində və ya digər xidmət göstərən məntəqələrində fəaliyyət göstərən kassa aparatlarında ödənilməsi yolu ilə həyata keçirilir. Nağd qaydada ödənilmiş vəsaitlərin 3 (üç) iş günü ərzində müvafiq xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi və mühafizəsi üçün yaradılan idarənin xüsusi fonduna (bank hesabına) köçürülməsi təmin olunmalıdır.

2.17. Təbiət ərazilərindən  istifadəyə görə ödənişlər edildikdən və bu barədə  təsdiqedici sənəd təqdim olunduqdan sonra istifadəyə yol verilir.

 

3. Təbiət ərazilərindən  istifadə üzrə ödənişin məbləği

 

3.1. Təbiət ərazilərindən  istifadə üzrə ödəniş aşağıdakı məbləğlərdə müəyyən olunur:

 

Sıra №-si

Ödənişin növləri

Ödənişin məbləği

1

2

3

1.

Xüsusi mühafizə olunan təbiət ərazisinə (dövlət təbiət yasaqlıqları istisna olmaqla) daxil olmaq və turist marşrutları ilə hərəkət etmək

adambaşına  2 (iki) manat -gündəlik

 

1

2

3

2.

Xüsusi mühafizə olunan təbiət ərazilərinin (dövlət təbiət yasaqlıqları istisna olmaqla) yüksək dağlıq hissələrinə daxil olmaq və turist marşrutları ilə hərəkət etmək

 

adambaşına 4 (dörd) manat - gündəlik

 

 

3.

Xüsusi mühafizə olunan təbiət ərazilərinin yüksək dağlıq hissələrində bələdçi xidmətləri göstərmək

(6 nəfərədək qrup üçün bir bələdçi olmaqla)

1 (bir) gün üçün:

3000 metr yüksəkliyədək - 20 (iyirmi) manat;

3000-4000 metr yüksəkliyədək -

30 (otuz) manat;

4000 metrdən yüksək olan ərazilər üçün- 50 (əlli) manat

4.

 

 

Xüsusi mühafizə olunan təbiət ərazisində və obyektində elmi araşdırmalar, müşahidələr, monitorinqlər aparmaq                            

adambaşına 2 (iki) manat -gündəlik

                    

5.

Professional video və foto çəkilişləri etmək

 

1 (bir) gün üçün 20 (iyirmi) manat

6.

Mədəni tədbirlər təşkil etmək

50 nəfərədək - 1 (bir) gün üçün 50 (əlli) manat;

50 nəfərdən çox - 1 (bir) gün üçün 100 (yüz) manat

7.

İdman və ov ləvazimatlarını  istifadəyə vermək

bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən siyahıya uyğun olaraq

8.

Nəqliyyat vasitələrini  istifadəyə vermək

bu Qaydanın 3 nömrəli əlavəsində göstərilən siyahıya uyğun olaraq

 

9.

Avtonəqliyyat vasitələrini dayanacaqla təmin etmək

hər avtonəqliyyat vasitəsi üçün:

1 saat üçün - 50 (əlli) qəpik; gündəlik - 5 (beş) manat

1

2

3

10.

Təbiət istifadəçilərinə xidmət göstərilməsi üçün müvəqqəti iaşə, ticarət və digər mədəni təyinatlı səyyar obyektlər (köşklər) yerləşdirmək

hər səyyar obyekt (köşk) üçün 5 (beş) manat- gündəlik

aylıq - 100 manat

 

11.

Mehmanxanalarda, kempinqlərdə, turbazalarda və digər iaşə obyektlərində təbiət istifadəçilərinin yerləşdirilməsi

 

hər adam-gün üçün  2,5 (iki manat əlli qəpik)  manat

12.

Təbiət istifadəçisi tərəfindən xüsusi mühafizə olunan təbiət ərazisində yem və dənli bitkilərin əkilməsi (iqtisadi rayonları üzrə):

 

bir hektar üçün illik:

Abşeron və Aran:

dəmyə torpaqlar - 30 (otuz) manat;

suvarılan torpaqlar – 50 (əlli) manat;

Dağlıq Şirvan, Yuxarı Qarabağ, Quba-Xaçmaz:

dəmyə torpaqlar  - 35 (otuz beş) manat;

suvarılan torpaqlar - 55 (əlli beş) manat;

Lənkəran, Gəncə-Qazax, Şəki-Zaqatala:

dəmyə torpaqlar  - 40 (qırx) manat;

suvarılan torpaqlar  - 60 (altmış) manat

13.

Arı pətəklərinin (ailələrinin) yerləşdirilməsi

hər arı pətəyi (ailəsi) üçün 1 (bir) manat - aylıq

14.

Yabanı meyvə, göbələk, giləmeyvə, palıd qozası və digər bitkilər yığmaq

5 kq-dək olan 1 qaba görə -5 (beş) manat

15.

Xüsusi mühafizə olunan təbiət ərazisinin loqosundan istifadə etmək

illik: 100 (yüz) manat

16.

Tədris və məşğələ (treninq) proqramlarının təşkili

adambaşına  1 (bir) manat -gündəlik

3.2. Xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən ov, idman və həvəskar balıq ovu məqsədləri ilə istifadəyə görə ödəmələr Azərbaycan Respublikasının Meşə Məcəlləsi, Azərbaycan Respublikasının “Heyvanlar aləmi haqqında”, “Balıqçılıq haqqında” qanunları ilə tənzimlənir və müvafiq normativ hüquqi aktlarla müəyyən olunmuş qaydada həyata keçirilir.

3.3. Milli parkların turizm və rekreasiya, turistlərə, elmi və maarifləndirmə məqsədli şəxslərə xidmət göstərilən zonalarının ərazisində mehmanxanaların, kempinqlərin, turbazaların və digər iaşə obyektlərinin tikintisi və istifadəsi, əhalinin istirahəti məqsədi ilə digər şəraitin yaradılması Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə, Azərbaycan Respublikasının “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” və “Turizm haqqında” qanunlarına uyğun olaraq, müvafiq milli parkın xüsusi mühafizə olunan təbiət ərazisinin idarə edilməsi və mühafizəsi məqsədi ilə yaradılan idarə ilə təbiət istifadəçisi arasında bağlanılmış və ekoloji ekspertizadan keçirilmiş müqavilələr əsasında həyata keçirilir.

3.4. Təbiət istifadəçisinin təqsiri üzündən yararsız hala salınmış və ya itirilmiş əşyaların bərpa xərcləri və ya tam dəyəri istifadəçi tərəfindən ödənilir.

Qeyd.  Nəqliyyat vasitəsi istifadəyə (icarəyə) verilərkən, təbiət istifadəçisinin həmin nəqliyyat vasitəsini idarə etməsinə hüquq verən sənədinin olub-olmaması və  bacarığı nəzərə alınmalıdır.

3.5. Xüsusi mühafizə olunan təbiət ərazisinə giriş zamanı aşağıdakı şəxslər imtiyazlı hesab olunur və ödənişdən azad edilirlər:

3.5.1. xüsusi mühafizə olunan təbiət ərazisinin idarə edilməsi və mühafizəsi üçün yaradılan idarənin əməkdaşları (xüsusi vəsiqələrini təqdim etməklə);

3.5.2. xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin müvafiq ərazilərlə bağlı xidməti vəzifələrini yerinə yetirərkən  gələn dövlət və bələdiyyə orqanlarının, dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatların  işçiləri (təsdiqedici sənədi təqdim etməklə);

3.5.3. Milli Qəhrəmanlar, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş şəxslər (müvafiq təsdiqedici sənədi təqdim etməklə);

3.5.4. məktəbəqədər uşaqlar, məktəblilər və onları müşahidə edən müəllimlər;

3.5.5. xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi araşdırmaların, müşahidələrin, monitorinqlərin aparılması, mədəni tədbirlərin, tədris və məşğələ (treninq) proqramlarının təşkili, turistlərə rekreasiya xidmətlərinin göstərilməsi, müvəqqəti iaşə, ticarət və digər mədəni-məişət təyinatlı obyektlərin yerləşdirilməsi və məhdud təsərrüfat fəaliyyətinin həyata keçirilməsi məqsədləri ilə bu Qaydanın  2.5-ci bəndində göstərilmiş müqavilə əsasında istifadə zamanı təbiət istifadəçisi və onun Azərbaycan Respublikasının Əmək Məcəlləsi çərçivəsində fəaliyyət göstərən xidməti heyət üzvləri (müvafiq xüsusi mühafizə olunan təbiət ərazisinin idarə edilməsi və mühafizəsi məqsədi ilə yaradılan idarənin təsdiq etdiyi siyahıya uyğun olaraq).

3.6. Xüsusi mühafizə olunan təbiət ərazilərinə və obyektlərinə  (milli parkların yüksək dağlıq hissələri istisna olmaqla) giriş zamanı güzəştli şərtlərdən (müəyyən olunmuş məbləğin 25 faizini ödəməklə) aşağıdakı şəxslər (müvafiq təsdiqedici sənədləri təqdim etməklə) istifadə etmək hüququna malikdirlər:

3.6.1. ali məktəb tələbələri;

3.6.2. əlillik dərəcəsi olan şəxslər.

       

 

 “Xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə ödənişli əsaslarla istifadə Qaydası və ödənişin məbləği”nə

 

1 nömrəli əlavə

 

Xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə ödənişli əsaslarla istifadə edilməsi barədə

M Ü Q A V İ L Ə

 

№ ___

 

________________ şəhəri (rayonu)

“___”____________ 20_____ il

 

 

 “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”Azərbaycan Respublikasının Qanununa uyğun olaraq fəaliyyət göstərən__________________________________________________________________________________________________________________,

(xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərininadı)

müvafiq xüsusi mühafizə olunan təbiət ərazisinin idarə edilməsi və mühafizəsi üçün yaradılan idarənin rəhbəri _________________________

                                                                                               (soyadı, adı və atasının adı)

şəxsində (bundan sonra - İstifadəyə verən) bir tərəfdən və  VÖEN-i əsasında fəaliyyət göstərən_______________________________________ _____________________________________________________________        

(hüquqi ünvanı  və adı, fiziki şəxsin ünvanı, soyadı, adı və atasının adı)

şəxsində (bundan sonra - İstifadəçi) digər tərəfdən aşağıdakılar barədə razılığa gələrək bu Müqaviləni imzaladılar:

 

1. Müqavilənin predmeti

 

 

1.1.Bu Müqaviləyə görə İstifadəyə verən_____________________ ______________________________________________________yerləşən                     

(xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərininadı və ünvanı)

_____________________________________________________________              

                                  (təbiət ərazilərindən  istifadənin növü, yeri)

obyektin (bundan sonra - Obyekt) İstifadəçinin ödənişli əsaslarla istifadəsinə verməyi öhdəsinə götürür, İstifadəçi həmin Obyektin istifadəsinə görə bu Müqavilə ilə müəyyən edilmiş məbləğdə və qaydada İstifadəyə verənə istifadəyə görə ödənişin məbləğini ödəməyi, habelə Müqaviləyə xitam verildikdə, Obyekti qaytarmağı öz öhdəsinə götürür.

                                  

2. Müqavilənin  qüvvəyə minməsi və qüvvədəolma müddəti

 

2.1.Bu Müqavilə imzalandığı gündənqüvvəyə minir.

2.2. Bu Müqavilə İstifadəyə verən və İstifadəçi arasında _____ müddətinə bağlanılır.

 

3. İstifadəyə görə  ödənişin aparılması qaydası

 

3.1.   Obyektin istifadəsinə görə müəyyən edilmiş ödənişin məbləği  müvafiq xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi və mühafizəsi üçün yaradılan idarənin  xüsusi fonduna ödənilir.

3.2.İstifadəçi istifadəyə görə ödənişin məbləğini bu Müqavilə qüvvəyə mindiyi gündən sonra 3 (üç) iş günü müddətində İstifadəyə verənə ödəyir.

 

4. İstifadəyə verənin hüquq və vəzifələri

 

4.1. İstifadəyə verənin hüquqları:

4.1.1. istifadəyə verilmiş Obyektin təyinatı üzrə istifadə edilməsinə, onun ətrafında Azərbaycan Respublikasının “Ətraf mühitin mühafizəsi haqqında” və “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”qanunlarının tələblərinə, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına, habelə Obyektin keyfiyyətinə mənfi təsir göstərə biləcək hallara yol verilməməsinə nəzarət etmək;

4.1.2. istifadəyə görə ödəniş məbləğinin vaxtında ödənilməsini tələb etmək;

4.1.3. istifadəyə verilmiş Obyektin təyinatı üzrə istifadəsinə və bu Müqavilənin şərtlərinə əməl edilməsinə nəzarət etmək;

4.1.4.istifadəyə verilmiş Obyektin istifadəsi, vəziyyəti və qorunması barədə İstifadəçidən məlumatlar almaq;

4.1.5. bu Müqavilənin dəyişdirilməsi, vaxtından əvvəl ləğv edilməsi və uzadılması barədə qərar vermək;

4.1.6. istifadəyə verilmiş Obyektə İstifadəçinin təqsiri üzündən dəymiş  zərərin əvəzinin ödənilməsini tələb etmək;

4.1.7. istifadəyə verilmiş Obyektdə İstifadəyə verənin razılığı olmadan tikilmiş və quraşdırılmış binaların, qurğuların sökülməsini tələb etmək;

4.1.8. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

4.2. İstifadəyə verənin vəzifələri:

4.2.1. bu Müqavilənin şərtlərinə əməl etmək;

4.2.2. istifadəyə verilən Obyekti bu Müqavilədə və qanunvericilikdə nəzərdə tutulmuş qaydada İstifadəçiyə təhvil vermək.

 

5. İstifadəçinin hüquq və vəzifələri

 

5.1. İstifadəçinin hüquqları:

5.1.1. istifadəsinə verilmiş Obyektdən bu Müqavilə ilə müəyyən edilmiş qaydada təyinatı üzrə istifadə etmək;

5.1.2. bu Müqavilənin uzadılması üçün İstifadəyə verənə təklif vermək;

5.1.3. İstifadəyə verənin razılığı ilə Obyektdən səmərəli istifadə edilməsi məqsədi ilə əlavə tikililər və avadanlıqlar quraşdırmaq;

5.1.4. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

5.2. İstifadəçinin vəzifələri:

5.2.1. istifadəyə götürülmüş Obyektdən bu Müqavilənin, Azərbaycan Respublikasının “Ətraf mühitin mühafizəsi haqqında” və “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” qanunlarının tələblərinə uyğun olaraq təyinatı üzrə istifadə etmək;

5.2.2.bu Müqavilənin şərtlərinə və  xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında qanunvericiliyin tələblərinə riayət etmək;

5.2.3.istifadəyə götürdüyü Obyekti bu Müqavilənin müddəti başa çatdıqdan sonra vaxtında İstifadəyə verənə geri qaytarmaq;

5.2.4. istifadəyə götürdüyü Obyektə, ətraf mühitə və əhalinin sağlamlığına ziyan vurmamaq;

5.2.5. Obyektdən istifadəyə görə ödənişin məbləğini vaxtında ödəmək;

5.2.6. bu Müqavilənin predmetini təşkil edən fəaliyyətdən kənar işlərə  yol verməmək.

 

6. Obyektin istifadəyə verilməsi

 

6.1.İstifadəyə verən buMüqavilə qüvvəyə mindikdən sonra 5 (beş) iş günü müddətində Obyekti İstifadəçiyə verir.

6.2. Obyektin verilməsi İstifadəyə verənlə İstifadəçi arasında imzalanan aktla rəsmiləşdirilir. Aktda Obyektlə birgə verilən inventar və ləvazimatların, digər əmlakın siyahısı göstərilir. Aktın imzalanması tarixi istifadə münasibətlərinin başlanılması tarixi hesab olunur.

6.3. Bu Müqaviləyə xitam verildikdən sonra 5 (beş) iş günü müddətində İstifadəçi Obyekti yararlı vəziyyətdə İstifadəyə verənə qaytarır və bununla bağlı tərəflər arasında müvafiq akt imzalanır.

 

7. Tərəflərin məsuliyyəti

 

7.1. Aşağıdakı hallarda Obyektin istifadəsinə görə müəyyən edilmiş ödənişin  gecikdirilmiş hər günü üçün bu Müqavilədə göstərilmiş məbləğin 0,05  faizi həcmində qarşı tərəfə dəbbə pulu ödənilir:

7.1.1. istifadəyə verilən Obyekti bu Müqavilədə  nəzərdə tutulmuş müddətdə  İstifadəçiyə vermədikdə;

7.1.2. İstifadəçi bu Müqaviləyə xitam verildikdən sonra müəyyən olunmuş müddətdə Obyekti geri qaytarmadıqda;

7.1.3.  bu Müqavilədə nəzərdə tutulmuş şərtlər yerinə yetirilmədikdə.    

7.2. Gecikdirilmiş günlərin sayı 30 (otuz) günü keçdikdə, tərəflərdən hər hansı biri birtərəfli qaydada bu Müqaviləyə xitam verə bilər.

      

8. Müqavilənin şərtlərinin dəyişdirilməsi və müqaviləyə xitam verilməsi

 

8.1.İstifadəyə verən və İstifadəçi qarşılıqlı razılaşmaya əsasən, bu Müqavilənin şərtlərində dəyişiklik etdiyi halda, onlar arasında bu Müqavilənin tərkib hissəsi olan akt imzalanır.

8.2. Bu Müqaviləyə aşağıdakı hallarda xitam verilir:

8.2.1.bu Müqavilənin müddəti bitdikdə;

8.2.2. İstifadəyə verən və İstifadəçi bu Müqaviləyə vaxtından əvvəl xitam verilməsi barədə razılıq əldə etdikdə;

8.2.3. İstifadəçi təbiəti mühafizə  qanunvericiliyinin tələblərini pozduqda;

8.2.4. bu Müqavilədə nəzərdə tutulmuş şərtlərə əməl edilmədikdə;

8.2.5. bu Müqavilənin 7.2-ci bəndində göstərilən halda tərəflərdən birinin istəyi ilə;

8.2.6. istifadəyə verilmiş Obyektdən təyinatı üzrə istifadə edilmədikdə;

8.2.7. Obyekt dövlət ehtiyacları üçün alındıqda;

8.2.8. İstifadəçi 1 (bir) ay əvvəldən İstifadə verənə rəsmi məlumat   verməklə, bu Müqaviləyə xitam verilməsini xahiş etdikdə.

 

9. Mübahisələrin həlli

 

9.1.Bu Müqavilənin yerinə yetirilməsi zamanı yaranan mübahisələr danışıqlar yolu ilə həll edilir.

9.2. Mübahisələri danışıqlar yolu ilə həll etmək mümkün olmadıqda, bu mübahisələrə Azərbaycan Respublikasının qanunvericiliyi əsasında Azərbaycan Respublikasının məhkəmələrində baxılır.

 

10. Qüvvədə olan qanunvericilik

 

10.1. Bu Müqavilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir və onun əsasında tərtib olunmuşdur.

 

11. Müqavilənin dili

 

11.1. Bu Müqavilə Azərbaycan dilində olmaqla, 2 (iki) nüsxədə tərtib edilir və 1 (bir) nüsxəsi İstifadəyə verəndə, 1(bir) nüsxəsi İstifadəçidə saxlanılır.

 

12. Yekun müddəalar

 

12.1. İstifadəçi olan fiziki şəxs vəfat etdikdə, ona məxsus istifadə hüququ  Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada bu Müqavilənin qüvvədə olduğu müddətdə vərəsələrə keçə bilər.

12.2. İstifadəçi olan hüquqi şəxs yenidən təşkil edildikdə, ona məxsus istifadə hüququ Azərbaycan Respublikasının qanunvericiliyi  ilə müəyyən olunmuş qaydada bu Müqavilənin qüvvədə olduğu müddətdə yaranmış hüquqi şəxsə keçə bilər.

12.3. İstifadəçinin hərəkəti və hərəkətsizliyi nəticəsində, habelə fors-major hallarında, onun əmlakına və səhhətinə dəymiş ziyana görə İstifadəyə verən məsuliyyət daşımır.

 

İstifadəyə verən:                                                              İstifadəçi:

_____________________         ________________________________

Ünvan________________       Ünvan___________________________

_____________________         ________________________________

Hesab №______________       Hesab №______________

Tel/faks ______________        Tel/faks ______________

İmza _________________       İmza_________________

“ ___”__________20__il          “ ___”__________20__il

 

 

 

_________________

 

 

“Xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə ödənişli əsaslarla istifadə Qaydası və ödənişin məbləği”nə

2 nömrəli əlavə

 

İdman və ov ləvazimatlarının istifadəsinə görə  ödənişin məbləği

 

Sıra №-si

İdman və ov ləvazimatlarının adı

Ödənişin məbləği (bir gün üçün  manatla)

  1.  

Buz baltası

10

  1.  

Gəzinti çubuqları

3

  1.  

Qayaya dırmanmaq üçün sığorta sistemi

8

  1.  

Qaya çəkici

5

  1.  

Dəbilqə

2

  1.  

Xüsusi eynək

2

  1.  

Kəndir 

3

  1.  

Qıfılbənd (karabin)

1

  1.  

Buz caynağı (krampon)

6

  1.  

Dizlik

2

  1.  

Yataq kisəsi

8

  1.  

Çadır

10

  1.  

Sukeçirməyən gödəkcə

5

  1.  

Xüsusi yürüş ayaqqabısı

5

  1.  

Günlüyü olan papaq

2

  1.  

Papaq

1

  1.  

Bel çantası

3

  1.  

Fotoaparat

5

  1.  

Videokamera

10

  1.  

GPS

10

  1.  

Kompas

1

  1.  

Binokl

5

  1.  

Durbin

10

  1.  

Qumquma (suqabı)

1

  1.  

Pirimus

3

  1.  

Alın fənəri

1

  1.  

Termos

3

_________________
“Xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə ödənişli əsaslarla istifadə Qaydası və ödənişin məbləği”nə

 

3 nömrəli əlavə

 

 

Nəqliyyat vasitələrinin istifadəsinə görə ödənişin məbləği

 

Sıra №-si

Nəqliyyat vasitələrinin adı

Ödənişin məbləği

  1.  

At

1 saat üçün 10 manat

  1.  

Avtobus

1 saat üçün 20 manat

  1.  

Qar skuteri

1 saat üçün 10 manat

  1.  

Kvadrosikl

1 saat üçün 15 manat

  1.  

4x4 yolsuzluq avtomobili

1 saat üçün 15 manat

  1.  

Avarlı qayıq:

2 yerlik

4 yerlik

1 saat üçün 5 manat

1 saat üçün 10 manat

7.

Velosiped

1 saat üçün 1 manat

1gün üçün  5 manat

 

 

 

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video