Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk

Alternative content

22:22 17 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Prezident İlham Əliyevin adından III Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib
Prezident İlham Əliyevin adından III Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib
ANA SƏHİFƏ / Tədbirlər
04:04 29.04.2015

 

Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından III Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib.

Prezident İlham Əliyevin, xanımı Mehriban Əliyevanın və qızı Arzu Əliyevanın iştirak etdikləri ziyafətdə Bolqarıstanın və Makedoniyanın dövlət başçıları, Maltanın Baş naziri, bir sıra ölkələrin sabiq liderləri, dünya siyasətində əhəmiyyətli rol oynamış ictimai-siyasi xadimlər, ekspertlər və mütəxəssislər iştirak ediblər.

Ziyafətdə çıxış edən Latviyanın keçmiş Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa Forumun yüksək səviyyədə təşkil olunduğunu və səmərəli müzakirələr aparıldığını qeyd etdi. O, Forumun yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə Prezident İlham Əliyevə təşəkkür etdi. Sabiq Prezident Bakıya bir neçə dəfə səfərə gəldiyini və hər gəlişində böyük inkişafın şahidi olduğunu dedi. Xanım Vayra Vike-Freyberqa tədbirin yüksək səviyyədə təşkili ilə əlaqədar III Qlobal Bakı Forumunun iştirakçılarının təşəkkürlərinin ifadə olunduğu xatirə kitabını dövlət başçısına hədiyyə etdi.

Prezident İlham Əliyev ziyafətdə çıxış etdi. Dövlət başçısı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin qısa vaxtda mühüm təsisata çevrildiyini və Mərkəzin təşkil etdiyi III Qlobal  Bakı Forumuna böyük maraq göstərildiyini dedi. Azərbaycan Prezidenti dəyişən və qloballaşan dünyada təcrübə və biliyə hər zaman ehtiyac olduğunu vurğuladı. Məhz bu baxımdan III Qlobal Bakı Forumunun əhəmiyyətini yüksək qiymətləndirdi. Prezident İlham Əliyev bu il Bakıda ilk Avropa Oyunlarının keçiriləcəyini xatırlatdı. Bildirdi ki, aprelin 26-da Azərbaycanın və dünyanın idman tarixində əlamətdar hadisə baş verdi. Bakıda I Avropa Oyunlarının məşəli alovlandırıldı. I Avropa Oyunlarının məşəli 47 gün ərzində Azərbaycanın hər bir guşəsini gəzib-dolaşaraq, Oyunların açılış mərasimində Bakı Olimpiya Stadionuna gətiriləcək. Dövlət başçısı III Qlobal Bakı Forumunun iştirakçılarını ilk Avropa Oyunlarının açılış mərasiminə dəvət etdi.

 

AZƏRTAC

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM