Alternative content

10:03 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
19.09.2018
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Lüsern Beynəlxalq Turizm Forumunun 2015-ci il üzrə qonaq ölkəsidir
Azərbaycan Lüsern Beynəlxalq Turizm Forumunun 2015-ci il üzrə qonaq ölkəsidir
ANA SƏHİFƏ / Turizm
04:04 23.04.2015

İsveçrənin Lüsern şəhərində IV Dünya Turizm Forumu işə başlayıb. Forumda turizm, iqtisadiyyat, siyasət, elm və maliyyə sahələrini təmsil edən 450-dən artıq iştirakçı beynəlxalq turizmin aktual mövzuları ətrafında fikir mübadiləsi aparacaq.


“Turizm, səyahət və qonaqlama menecmentində qlobal liderlərin gələcək nəsillə görüşü” devizi altında keçirilən forumda Azərbaycanı mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.

Təsis edildiyi vaxtdan bəri ilk dəfə forumda xüsusi seçilmiş bir dövlət “qonaq ölkə” qismində çıxış edir. Forumun təsisçiləri “dünyanın ən dinamik inkişafa malik iqtisadiyyatına” malik olduğuna görə Azərbaycanı bu mötəbər beynəlxalq tədbirdə 2015-ci il üzrə qonaq ölkə qismində iştirak etməyə dəvət ediblər. Mədəniyyət və turizm nazirinin müavini N.Səmədov forumda Azərbaycanın turizm sektorunda gedən inkişafla bağlı məruzə edəcək, ölkəmizin turizm potensialına həsr olunmuş videotəqdimat keçiriləcək.

Forum çərçivəsində turizm sənayesinin davamlılıq və innovasiyalar nöqteyi-nəzərindən inkişaf perspektivləri, rəqəmsallaşma trendləri, beynəlxalq şoppinq turizmi, yeni nəsil turizm menecerləri qarşısında duran çağırış və tapşırıqlar ətrafında məruzələr dinlənəcək, müzakirələr aparılacaq.

2009-cu ildə təsis edilən Lüsern Dünya Turizm Forumu turizm, iqtisadiyyat, siyasət, elm və maliyyə sahələrini təmsil edən qərarverici şəxsləri bir araya gətirən yeganə beynəlxalq platformadır. Dövlət və özəl sektor nümayəndələrinin təmsil olunduğu platformanın əsas məqsədi turizm sahəsində dünyada gedən inkişaf prosesi, turizm sənayesində, səyahət və qonaq yerləşdirmədə yeni trendlər və meyillər ətrafında fikir mübadiləsi aparmaqdan ibarətdir.
Forum öz işini aprelin 24-də başa çatdıracaq.


Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Lüsern