22 Aprel 2015 02:04
453
Nazirlər Kabineti
A- A+

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

№ 98                                                  Bakı şəhəri, 1 aprel 2015-ci il

 

“Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

“Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli 220 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 18 dekabr tarixli 410 nömrəli fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 6, maddə 564; 2012, № 1, maddə 30, № 11, maddə 1208; 2014, № 2, maddə 201) aşağıdakı dəyişikliklər edilsin:

1. 2-ci və 3-cü hissələrə “magistratura” sözündən sonra “(rezidentura)” sözü əlavə edilsin.

2. Həmin qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin magistratura səviyyəsində hər bir təhsil alana düşən təhsil xərclərinin miqdarı”nın adına “magistratura” sözündən sonra “(rezidentura)” sözü əlavə edilsin.

3. Həmin qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - “Azərbaycan Respublikasında ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kadr hazırlığının maliyyələşdirilməsi Qaydaları” üzrə:

3.1. adına, 1.1-ci, 5.4-cü bəndlərinə, 1.3-cü və 4.1-ci bəndlərinin birinci cümlələrinə, 1 və 2 nömrəli əlavələrinin yuxarı sağ küncünə “magistratura” sözündən sonra “(rezidentura)” sözü əlavə edilsin;

3.2. 4.1-ci bəndin ikinci cümləsində “növbəti il üçün” sözləri “hər tədris ili üzrə” sözləri ilə, “mayın” sözü “martın” sözü ilə əvəz edilsin;

3.3. 4.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“4.2. Azərbaycan Respublikasının Nazirlər Kabineti dövlət sifarişinə uyğun olaraq, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının təqdim etdikləri təkliflər əsasında ayrı-ayrı ixtisaslar üzrə ali təhsil müəssisələrinin bakalavriat və magistratura (rezidentura) səviyyələrinə hər tədris ili üzrə tələbə qəbulunun planı barədə təkliflərini həmin ilin aprel ayının 1-dək Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyaya təqdim edir.”;

3.4. 4.3-cü bəndin birinci cümləsində “növbəti il üçün” sözləri “hər tədris ili üzrə” sözləri ilə, “aprelin” sözü “fevralın” sözü ilə əvəz edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video