Alternative content

21:29 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Prezident İlham Əliyev Bakı İdman Sarayında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub
Prezident İlham Əliyev Bakı İdman Sarayında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub
ANA SƏHİFƏ / Tədbirlər
01:04 20.04.2015

Aprelin 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, “Bakı 2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Bakı İdman Sarayında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olublar.
Gənclər və idman naziri Azad Rəhimov görülən işlərlə bağlı dövlətimizin başçısına ətraflı məlumat verdi. Bildirildi ki, təmir zamanı binanın damı, və fasadı, işıqlandırma sistemi yenilənib, ətrafda geniş abadlıq-quruculuq və yaşıllaşdırma işləri görülüb.
Müasir tələblərə uyğun yenidən qurulan binada Olimpiya və Paralimpiya oyunlarının keçirilməsi üçün bütün şərait yaradılıb.
Bakı İdman Sarayı əsas idman zalı və texniki binadan ibarətdir. Burada ümumilikdə, 32 min kvadratmetr sahədə əsaslı təmir işləri aparılıb. Üç mərtəbəli binada təmir işləri ən yüksək səviyyədə, beynəlxalq tələblər nəzərə alınaraq görülüb. Birinci Avropa Oyunları zamanı bu qurğuda idmanın badminton və stolüstü tennis növləri üzrə yarışların keçirilməsi nəzərdə tutulur. Təmirdən əvvəl tamaşaçı oturacaqların sayı 1100 idisə, indi bu rəqəm 1736-ya çatdırılıb. Tamaşaçı oturacağı yerlərinin sayının artırılması üçün zalda əlavə olaraq ikitərəfli tamaşaçı tribunası inşa edilib. Binada, həmçinin hakimlər, mətbuat nümayəndələri və VİP qonaqlar üçün də xüsusi otaqlar yaradılıb. Badminton və stolüstü tennis yarışlarının keçirildiyi yerlərlə bağlı Beynəlxalq Federasiyaların tələbləri nəzərə alınaraq burada xüsusi ağıllı idarəetmə sistemli, hava axınını horizontal istiqamətdə bərabər şəkildə paylayan havalandırma sistemi qurulub. İdman sarayında dopinq yoxlama otağı, tamaşaçılar, idmançılar və mətbuat nümayəndələri üçün kafelər və digər zəruri bölmələr yaradılıb. Bundan başqa, burada “Bakı 2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin əməkdaşlarının iş və istirahət otaqları, iclas və toplantı zalları da var. İdman qurğusundakı püşkatma zalı, idarə heyətinin iş, müsahibə, VİP qonaqların gözləmə və yarışları izləmə, beynəlxalq federasiya nümayəndələrinin işçi, səs sistemlərinin idarə edilməsi və yarışların əlaqələndirilməsi otaqları da ən müasir səviyyədədir. Binanın daxilində 6 lift şaxtası inşa edilib və müasir liftlər quraşdırılıb. Bununla da, fiziki imkanları məhdud olan tamaşaçıların və gələcəkdə paralimpiyaçı idmançıların binanın bütün sahələrindən tam istifadə edə bilmələrinə hərtərəfli imkan yaradılıb. Bina transformator yarımstansiyası, generator və qazanxana ilə də təchiz edilib. Sarayın qaz, su, kanalizasiya, elektrik, rabitə və fiberoptik internet xətləri yenilənib.

Beləliklə, Bakı İdman Sarayının kompleks şəkildə yenidən qurulması ilk Avropa Oyunları zamanı idmanın badminton və stolüstü tennis növləri üzrə də yarışların yüksək səviyyədə keçirilməsinə imkan verəcək. Mövcud idman komplekslərinin ən yüksək səviyyədə yenidən qurulması və müasir idman qurğularının istifadəyə verilməsi bir daha sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda başlanılan bütün layihələr uğurla, həm də vaxtında icra olunur. Bu cür layihələrin reallaşdırılması, eyni zamanda, gənc nəslin həm fiziki, həm də mənəvi cəhətdən sağlam yetişməsində də mühüm rol oynayır. “Bakı-2015”ə hazırlıqla əlaqədar həyata keçirilən layihələr Avropa Olimpiya Komitəsinin birinci Avropa Oyunlarının məhz Bakıda keçirilməsi ilə bağlı qərarının düzgün olduğunu bir daha göstərir.