Alternative content

21:24 17 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı
ANA SƏHİFƏ / Nazirlər Kabineti
12:04 19.04.2015

 

№ 102                                    Bakı şəhəri, 6 aprel 2015-ci il

 

“Mədəniyyət sahəsində elektron məlumat sisteminin tərkibi, təşkili və idarə olunması Qaydası”nın təsdiq edilməsi barədə

 

“Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 fevral tarixli 828 nömrəli Fərmanının 1.1.10-cu yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Mədəniyyət sahəsində elektron məlumat sisteminin tərkibi, təşkili və idarə olunması Qaydası” təsdiq edilsin (əlavə olunur).

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

 

Azərbaycan  Respublikası  Nazirlər

Kabinetinin  2015-ci il 6 aprel

tarixli 102 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

Mədəniyyət sahəsində elektron məlumat sisteminin tərkibi,

təşkili və idarə olunması

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinə əsasən hazırlanmışdır və mədəniyyət sahəsində elektron məlumat sisteminin tərkibi, təşkili və idarə olunması ilə bağlı münasibətləri tənzimləyir.

1.2. Mədəniyyət sahəsində dövlət siyasətinin təmin edilməsi, dövlət reyestrinin və dövlət monitorinqinin aparılması, mədəniyyət sahəsində fəaliyyət göstərən subyektlər arasında münasibətlərin inkişafı məqsədi ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mədəniyyət sahəsində elektron məlumat sistemi yaradılır.

1.3. Mədəniyyət sahəsində elektron məlumat sistemi dövlət orqanları, bələdiyyələr, fiziki və hüquqi şəxslər, o cümlədən qeyri-hökumət təşkilatları arasında mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin qurulmasına, mədəniyyət fəaliyyəti subyektləri arasında məlumat mübadiləsinin aparılmasına və mədəniyyət sahəsində səmərəli idarəetmənin təmin olunmasına xidmət edən kompleks proqram təminatıdır.

1.4. Mədəniyyət sahəsində elektron məlumat sistemi özündə yerli və mərkəzi elektron məlumat sistemlərini (informasiya resurslarını) ehtiva edir.

1.5. Azərbaycan Respublikasının “İnformasiya əldə etmək haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Dövlət sirri haqqında” və “Fərdi məlumatlar haqqında” qanunlarının tələbləri nəzərə alınmaqla, mədəniyyət sahəsində elektron məlumat sistemi (bundan sonra – elektron məlumat sistemi) ümumi istifadə üçün açıq və alınması məhdudlaşdırılan məlumatlardan ibarətdir.

1.6. Elektron məlumat sistemi vasitəsilə həyata keçirilən fəaliyyət Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 692 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə” ilə müəyyən olunmuş informasiya proseslərini əhatə etmir.

1.7. Elektron informasiya sistemi vasitəsilə digər dövlət orqanlarına, fiziki və hüquqi şəxslərə elektron xidmətlər göstərilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”na uyğun tənzimlənir.

 

2. Mədəniyyət sahəsində elektron məlumat sisteminin tərkibi

 

2.1. Mədəniyyət sahəsində elektron məlumat sisteminə aşağıdakılar daxildir:

2.1.1.Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısı və mədəni sərvətlərin mühafizə siyahısı;

2.1.2. milli mədəni irs obyektlərinə aid edilən xüsusi əhəmiyyət daşıyan mədəniyyət obyektləri;

2.1.3. mədəniyyət sahəsində həyata  keçirilən dövlət siyasəti, sahə üzrə qəbul edilən normativ hüquqi aktlar və tədbirlər planları;

2.1.4. mədəniyyət sahəsində aparılan dövlət reyestri;

2.1.5. mədəniyyət  nümunələrinin Azərbaycan  Respublikasının milli mədəni sərvətlərinə aid edilməsi məqsədi ilə həyata keçirilən ekspertizalar;

2.1.6. qeyri-maddi mədəni irs nümunələrinin dövlət reyestri sistemi;

2.1.7. milli mədəni irsə aid edilən kulinariya nümunələri;

2.1.8. milli mədəniyyətin bərpa edilməsi, qorunması, inkişafı və təşviqi məqsədi ilə görülmüş tədbirlər, həyata keçirilən və ya maliyyələşdirilən layihələr;

2.1.9. Azərbaycan Respublikasında mədəniyyət sahəsində həyata keçirilən dövlət monitorinqləri;

2.1.10. mühafizə dərəcəsi olan mədəni sərvətlərin mülkiyyətçisi və ya istifadəçisi ilə bağlanmış mühafizə müqavilələri;

2.1.11. Azərbaycan Respublikasının ərazisində aparılmasına icazə verilmiş arxeoloji qazıntılar və elmi tədqiqat işləri;

2.1.12. Azərbaycan Respublikasının ərazisində arxeoloji qazıntılar aparmış və elmi tədqiqat işlərini yerinə yetirmiş şəxslər tərəfindən təqdim edilmiş hesabatlar;

2.1.13. xarici dövlətlərdə həyata keçirilən mədəniyyət tədbirləri;

2.1.14. xarici dövlətlərdə yaradılan, inkişafı və fəaliyyətləri əlaqələndirilən mədəniyyət mərkəzləri;

2.1.15. dövlət mühafizəsində olan mədəniyyət obyektlərində aparılan bərpa, təmir-tikinti, rekonstruksiya və konservasiya işləri;

   2.1.16. mədəni və tarixi sərvətlərin hüquqi, fiziki şəxslər tərəfindən respublika ərazisindən kənara çıxarılmasına, həmçinin qaytarılmasına icazələrinin verilməsi haqqında məlumatlar.

 

3. Mədəniyyət sahəsində elektron məlumat sisteminin təşkili

 

3.1. Elektron məlumat sisteminin təşkili məqsədi ilə proqram təminatı və mərkəzi serverin texniki təchizatı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilir.

3.2. Elektron məlumat sisteminin iştirakçıları Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsidir.

3.3. Elektron məlumat sistemini (informasiya resursunu) mədəniyyət sahəsindəki məlumat bazalarının sistemli formada birləşdirilməsini, bu bazaya məlumatların daxil edilməsini, dəyişdirilməsini, mühafizə və təhlükəsizliyinin təmin edilməsini, sistem üzrə axtarışların aparılmasını, digər funksional əməliyyatların  həyata keçirilməsini təmin edən xüsusi proqram kompleksi təşkil edir.

3.4. Elektron məlumat sisteminin strukturuna inzibatçıda olan mərkəzi server və iştirakçının bu sistemə qoşulmasını təmin etmək imkanına malik olan bir və ya bir neçə kompyuterləşdirilən iş yerləri daxildir.

3.5. Mədəniyyət sahəsinə dair məlumat bazası elektron məlumat sisteminin mərkəzi serverində yerləşir.

3.6. Elektron məlumat sisteminə mədəniyyət sahəsinə dair məlumatları daxil edən subyektlər aşağıdakı məlumatların elektron məlumat sistemində yerləşdirilməsinə cavabdehdirlər:

3.6.1. Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına və mədəni sərvətlərin mühafizə siyahısına daxil edilən mədəni sərvətlər, milli mədəni irs obyektlərinə aid edilən xüsusi əhəmiyyət daşıyan mədəniyyət obyektləri, mədəniyyət sahəsində həyata keçirilən dövlət siyasəti, sahə üzrə qəbul edilən normativ hüquqi aktlar və tədbirlər planları, mədəniyyət sahəsində aparılan dövlət reyestri, mədəniyyət nümunələrinin Azərbaycan Respublikasında milli mədəni sərvətlərə aid edilməsi məqsədi ilə həyata keçirilən ekspertizalar, qeyri-maddi mədəni irs nümunələrinin dövlət reyestri, milli mədəni irsə aid edilən kulinariya nümunələri, şəhadətnamə verilmiş mühafizə olunan mədəni sərvətlərin siyahısına daxil edilən mədəni sərvətlər, milli mədəniyyətin bərpa edilməsi, qorunması, inkişafı və təşviqi məqsədi ilə görülmüş tədbirlər, həyata keçirilən və maliyyələşdirilən layihələr, Azərbaycan Respublikasında mədəniyyət sahəsində həyata keçirilən dövlət monitorinqləri, mühafizə dərəcəsi olan mədəni sərvətlərin mülkiyyətçisi və ya istifadəçisi ilə bağlanmış mühafizə müqavilələri, Azərbaycan Respublikasının ərazisində aparılmasına icazə verilmiş arxeoloji qazıntılar və elmi tədqiqat işləri, onların hesabatı, xarici dövlətlərdə həyata keçirilən mədəniyyət tədbirləri, xarici dövlətlərdə yaradılan, inkişafı və fəaliyyətləri əlaqələndirilən mədəniyyət mərkəzləri, dövlət mühafizəsində olan mədəniyyət obyektlərində aparılan bərpa, təmir-tikinti, rekonstruksiya və konservasiya işləri barədə məlumatların yerləşdirilməsi üzrə – Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi;

3.6.2. “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazilərində milli mədəniyyətin bərpa edilməsi, qorunması, inkişafı və təşviqi məqsədi ilə görülmüş tədbirlər, həyata keçirilən və maliyyələşdirilən layihələr, mədəniyyət sahəsində həyata keçirilən dövlət monitorinqləri, mühafizə dərəcəsi olan mədəni sərvətlərin mülkiyyətçisi və ya istifadəçisi ilə bağlanmış mühafizə müqavilələri, ərazidə aparılmasına icazə verilmiş arxeoloji qazıntılar və elmi tədqiqat işləri, onların hesabatı, xarici dövlətlərdə həyata keçirilən mədəniyyət tədbirləri, dövlət mühafizəsində olan mədəniyyət obyektlərində aparılan bərpa, təmir-tikinti, rekonstruksiya və konservasiya işləri barədə məlumatların yerləşdirilməsi üzrə – Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi.

 

4. Mədəniyyət sahəsində elektron məlumat sisteminin

idarə olunması

 

4.1. Elektron məlumat sisteminin idarə olunmasına, sistemə məlumatların yerləşdirilməsinə və ondan istifadəyə nəzarəti elektron məlumat sisteminin inzibatçısı həyata keçirir.

4.2. Elektron məlumat sisteminin inzibatçısı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyidir.

4.3. Elektron məlumat sisteminin inzibatçısı elektron məlumat sisteminin təhlükəsizliyinə cavabdehlik daşıyır.

4.4. Elektron məlumat sisteminin inzibatçısının vəzifələri aşağıdakılardan ibarətdir:

4.4.1.  elektron məlumat sisteminin fasiləsiz fəaliyyətini və daxil edilən məlumatların mühafizəsini təmin edir;

4.4.2. mərkəzi serverlərə qoşulmaq üçün müvafiq bağlantı səlahiyyətlərini  verir, elektron məlumat sisteminin mühafizəsini təmin etmək məqsədi ilə istifadəçi adının,  şifrəsinin və digər parametrlərinin dəyişdirilməsi üçün tədbirlər görür;

4.4.3. bu Qaydanın 2-ci hissəsində göstərilən məlumatları elektron məlumat sistemində mərkəzi serverlərə daxil edir;

4.4.4. işçi stansiyalarla bağlantıların təmin edilməsinə, məlumatların işçi stansiyalardan ötürülməsinə nəzarət edir;

4.4.5. bütün işçi stansiyalarda çalışacaq operatorlar tərəfindən proqram təminatından effektiv istifadə olunması üçün treninqlər həyata keçirir;

4.4.6. müvafiq statistik məlumatlar hazırlayır və təhlillər aparır.

4.5. Aşağıdakı hallarda elektron məlumat sisteminin inzibatçısı işçi stansiyasının fəaliyyətini məhdudlaşdırır və ya dayandırır:

4.5.1. serverə virus hücumları olduqda;

4.5.2. texniki problemlər yarandıqda;

4.5.3. serverə səhv məlumatlar göndərildikdə.

 

5. Elektron məlumat sisteminin iştirakçıları

 

5.1. Elektron məlumat sisteminə məlumatların daxil edilməsinə nəzarət etmək və oradan məlumatların alınmasını təşkil etmək üçün elektron məlumat sisteminin iştirakçısı olan subyektlərdə cavabdeh şəxs və məlumatları mərkəzi serverə və oradan məlumatları almaq səlahiyyətinə malik operator təyin edilir.

5.2. Cavabdeh şəxs elektron  məlumat sisteminə daxil edilmiş məlumatların düzgünlüyünü, onlarda müvafiq dəyişikliklərin mütəmadi olaraq aparılmasını təmin etməlidir.

5.3. Operator elektron məlumat sisteminin inzibatçısı tərəfindən müəyyən edilən və ona təhvil verilən istifadəçi adına, şifrəyə və digər bağlantı parametrlərinə malik olur.

5.4. İştirakçılar öz  fəaliyyət istiqamətlərinə aid olan informasiyaları xüsusi proqram təminatı vasitəsilə dolduraraq elektron məlumat sisteminin mərkəzi serverlərinə ötürürlər.

5.5. Məlumatlarda hər hansı bir dəyişiklik baş verdikdə, iştirakçı həmin məlumatı 5 (beş) iş günü müddətində müvafiq qaydada mərkəzi serverə ötürür və ya elektron daşıyıcılarla inzibatçıya çatdırır.

 

5.6. İştirakçı  mərkəzi serverlərdən onlara verilmiş məlumata çıxış statusuna uyğun olaraq, yalnız özlərinə aid məlumatlara sərbəst çıxış əldə edə bilər. Digər iştirakçının məlumatlarını isə redaktə etmək imkanı olmadan, yalnız izləyə bilər.

5.7. Cavabdeh şəxs və operator vəzifəsini icra edən şəxslər digər şəxslərlə əvəz edildiyi təqdirdə, iştirakçı bu barədə inzibatçıya dərhal məlumat verir.

 

6. Elektron məlumat sistemindən məlumatların alınması qaydaları

 

6.1. Dövlət orqanları, hüquqi və fiziki şəxslər elektron məlumat sistemindən məlumat almaq üçün bilavasitə elektron məlumat sisteminin inzibatçısına sorğu vasitəsilə müraciət edirlər.

6.2. Daxil olan sorğu inzibatçı tərəfindən öyrənilir və sorğunun daxil olduğu gündən 7 (yeddi) iş günü müddətində onun icrası təmin edilir.

6.3. Elektron məlumat sistemindən statistik məlumatlar adsızlaşdırılmış şəkildə verilir. Fərdi məlumatlar “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada verilir.

6.4. Elektron məlumat sistemində toplanmış məlumatların konfidensiallığı inzibatçı tərəfindən təmin edilir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM