14:45 18 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir
ANA SƏHİFƏ / HÜQUQ MƏSLƏHƏTI
12:04 19.04.2015

 

Mən işsiz kimi qeydə alınmaq istəyəndə dedilər ki, təklif olunan iki münasib işdən imtina etsəniz, işsiz statusu ala bilməzsiniz. Münasib iş deyərkən nə başa düşülür?

 

K.Mədətov,

Biləcəri qəsəbəsi

 

- “Məşğulluq haqqında” qanunun 5-ci maddəsində “münasib iş” anlayışına açıqlıq gətirilmişdir. Belə ki, münasib iş dedikdə, işaxtaran üçün onun ixtisası, əvvəlki peşəsi üzrə təcrübəsi, səhhəti, yeni iş yerinə nəqliyyatla gedib-gəlməsi mümkünlüyü nəzərə alınan iş başa düşülür. Münasib iş yerinin işaxtaranın yaşayış yerindən maksimum uzaqlığı həmin ərazidə nəqliyyat şəbəkəsinin imkanları nəzərə alınmaqla, yerli icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir.

Bundan başqa, işsizlik müavinətinin qanunla müəyyən edilmiş ödənilmə müddəti qurtardıqdan sonra, münasib iş təklif edilməsi mümkün olmayan işaxtaranlar üçün, onların qabiliyyətini, səhhətini, iş təcrübəsini nəzərə almaqla, yeni peşəyə (ixtisasa) yiyələnməsini tələb edən iş də münasib iş sayılır.

Şəxsin yaşını və başqa xüsusiyyətlərini nəzərə almaqla, qabaqcadan peşə hazırlığı keçməsini tələb edən, yaxud etməyən müvəqqəti işlər də daxil olmaqla əmək qanunvericiliyinin tələblərinə uyğun gələn, haqqı ödənilən işlər aşağıdakı şəxslər üçün münasib iş sayılır: 1. ilk dəfə işaxtaranlar, 3 ildən artıq işləməyənlər, peşəsi (ixtisası) olmayanlar; 2. malik olduğu peşə üzrə əlavə təhsildən, ikinci uyğun peşəyə yiyələnməkdən, yaxud işsizlik müavinətinin ödənilməsi müddəti qurtardıqdan sonra yeni peşə öyrənməkdən imtina edənlər; 3. müvafiq icra hakimiyyəti orqanında (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsi və onun yerli orqanları) 18 aydan çox qeydiyyatda olanlar.

Nəzərə almaq lazımdır ki, işaxtaranın razılığı olmadan yeni işlə əlaqədar onun yaşayış yerinin dəyişməsi tələb olunduqda, eləcə də əmək şəraiti əməyin mühafizəsi normalarına uyğun gəlmədikdə ona təklif olunan iş münasib iş sayıla bilməz.

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM