Alternative content

02:53 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV BMÜTT və Azərbaycan arasında idman və turizm məsələlərinin müzakirəsinin xüsusi komissiya çərçivəsində təşkili məsələsi irəli sürülüb
BMÜTT və Azərbaycan arasında idman və turizm məsələlərinin müzakirəsinin xüsusi komissiya çərçivəsində təşkili məsələsi irəli sürülüb
ANA SƏHİFƏ / Turizm
08:04 16.04.2015

Xəbər verdiyimiz kimi, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti Madrid şəhərində keçirilən Dünya Səyahət və Turizm Şurasının Qlobal Sammitində iştirak etmək üçün bu ölkədə səfərdə olub.
Səfər çərçivəsində nazir AZƏRTAC-a müsahibəsində “Bakı-2015” birinci Avropa Oyunlarında gözlənilən turist axını barədə məlumat verib.
İdmanın turizmin inkişafındakı önəmli roluna toxunan nazir qeyd etdi ki, BMT-nin Ümumdünya Turizm Təşkilatının (BMÜTT) rəhbərliyi ilə görüşdə Azərbaycana turist axınının çoxaldılması məsələləri də müzakirə olunub. Həmçinin Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarının açılış və bağlanış mərasimlərində bu qurumun da nümayəndə heyətinin iştirakı gözlənilir. Digər bir mövzu isə BMÜTT tərəfindən təklif olunub. Belə ki, oyunlardan sonra sözügedən qurum və Azərbaycan arasında idman və turizm məsələlərinin müzakirəsinin xüsusi komissiya çərçivəsində təşkili məsələsi irəli sürülüb və Azərbaycan tərəfi buna öz razılığını bildirib.


Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid