Alternative content

03:47 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Konstitusiya Məhkəməsi Aparatının hesabat iclası keçirilmişdir
Konstitusiya Məhkəməsi Aparatının hesabat iclası keçirilmişdir
ANA SƏHİFƏ / Konstitusiya məhkəməsi
01:02 08.02.2012

 

Fevralın 7-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində Fərhad Abdullayevin sədrliyi ilə 2011-ci ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilmişdir.

Sədr Fərhad Abdullayev Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi" haqqında sərəncamının vacibliyinə toxunmuşdur.

Qeyd olunmuşdur ki, respublikamızda insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsinin əsasını ümummilli lider Heydər Əliyevin imzaladığı "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" 1998-ci il 22 fevral tarixli fərmanı və "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında 1998-ci il 18 iyun tarixli sərəncamı təşkil etmişdir.

Sonra proqramın məzmunundan, onun icra mexanizmlərindən və məqsədlərindən söhbət açılmışdır.  Prezidentin sərəncamı ilə təsdiq edilmiş Milli Fəaliyyət Proqramının müddəalarını nəzərə alaraq, vətəndaşların Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarının müdafiəsinin təmin edilməsi məqsədi ilə Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) ilə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanmışdır.

Daha sonra 2011-ci ildə Konstitusiya Məhkəməsinə daxil olmuş məhkəmə müraciətləri, sorğular və vətəndaşların şikayətləri ilə bağlı qəbul edilmiş qərar və qərardadlar barədə, habelə aparılmış analitik rəylər və arayışlar, beynəlxalq əməkdaşlıq sahəsində Aparatın müvafiq şöbə və sektor müdirlərinin hesabatları, aparat rəhbərliyinin çıxışları dinlənilmişdir.

Qeyd edilmişdir ki, 2011-ci ildə Konstitusiya Məhkəməsi plenumu tərəfindən qəbul edilmiş 25 qərar qanunvericiliyin təkmilləşdirilməsi və Konstitusiya müddəalarından irəli gələn prinsiplərin aliliyinin təmin edilməsinə yönəlmiş və hüquq münasibətlərinin tənzimlənməsində müsbət rol oynamışdır.

Hesabat iclasına yekun vuran Fərhad Abdullayev Konstitusiya Məhkəməsi Aparatının əməkdaşlarının Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinin, habelə respublikamızın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit edilmiş normaları ətraflı təhlil etməklə öz fəaliyyətlərində tətbiq etmələrinin vacibliyinə toxunmuş, 2012-ci il üzrə praktiki işlə bağlı müvafiq tapşırıq və tövsiyələrini vermişdir.             

 

AzərTAc