Alternative content

20:29 18 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Senatda qondarma «erməni soyqırımı»nın inkarına görə cəza nəzərdə tutan qanunun qəbulu Fransa ilə bütün türk dünyası arasında əlaqələrə mənfi təsir göstərmişdir
Senatda qondarma «erməni soyqırımı»nın inkarına görə cəza nəzərdə tutan qanunun qəbulu Fransa ilə bütün türk dünyası arasında əlaqələrə mənfi təsir göstərmişdir
ANA SƏHİFƏ / Milli Məclis
02:02 07.02.2012

 

Azərbaycanda səfərdə olan Fransa Senatının üzvü xanım Natali Qulenin rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 6-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, Azərbaycan-Fransa əlaqələrindən danışan komitənin sədri Səməd Seyidov demişdir ki, ölkələrimiz arasındakı münasibətlər hər zaman yüksək səviyyədə olmuşdur.

Qarşılıqlı səfərlər, keçirilən görüşlər və aparılan danışıqlar münasibətlərimizin, xüsusilə də parlamentlərarası əlaqələrin genişləndirilməsinə töhfə verir. İnanırıq ki, sizin bu səfəriniz də əməkdaşlığımızın inkişafına təkan verəcəkdir.

Sonra görüşdə Fransa Senatında qondarma "erməni soyqırımı"nın inkarına görə cəza nəzərdə tutan qanunun qəbul edilməsi barədə müzakirələr aparılmışdır.

S.Seyidov bildirmişdir ki, Fransa Senatında belə bir qanunun qəbul edilməsi Azərbaycanda çox ciddi narahatlıq yaratmışdır. Hesab edirik ki, bu qanunun qəbulu təkcə Fransa-Azərbaycan münasibətlərinə deyil, Fransa ilə bütün türk dünyası arasında əlaqələrə mənfi təsir göstərmişdir. Bu cür məsələlərin gündəmə gəlməməsi üçün bir çox səviyyələrdə, xüsusən də parlamentlər səviyyəsində mütəmadi görüşlər keçirilməli və müzakirələr aparılmalıdır. 

Komitə sədri qanunun qəbuluna qarşı çıxış edən fransalı senatorlara minnətdarlığını bildirmişdir.

Fransa Senatının üzvü xanım Natali Qule ölkəmizə yenidən səfər etməsindən məmnunluğunu ifadə etmişdir.

Parlamentlərarası əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini vurğulayan fransalı senator səfər çərçivəsində keçiriləcək görüşlərin uğurlu nəticələr verəcəyinə əminliyini bildirmişdir. 

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.