Alternative content

23:49 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qondarma «erməni soyqırımı»nın inkarına cəza nəzərdə tutan qanunun qəbulu demokratiyanın beşiyi olan Fransanın öz imicinə zərbədir
Qondarma «erməni soyqırımı»nın inkarına cəza nəzərdə tutan qanunun qəbulu demokratiyanın beşiyi olan Fransanın öz imicinə zərbədir
ANA SƏHİFƏ / Milli Məclis
02:02 07.02.2012

 

Azərbaycan ilə Fransa arasında siyasi, iqtisadi və mədəni əlaqələr yüksək səviyyədədir. Ölkələrimiz arasında ticarət dövriyyəsi 2011-ci ilin 10 ayında 4,4 milyard ABŞ dolları həcmində olmuşdur. Bu göstərici 2010-cu illə müqayisədə 2,2 dəfə çoxdur. Hazırda Azərbaycanda Fransanın 40 şirkəti çalışır və bu göstərici iqtisadi sahədə əlaqələrimizin yüksək səviyyədə olduğunu bir daha təsdiq edir.

Bu sözləri Milli Məclisin Sədri Oqtay Əsədov fevralın 6-da ölkəmizdə səfərdə olan Fransa Senatının üzvü xanım Natali Qulenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə söyləmişdir.

Azərbaycan ilə Fransa arasında əlaqələrin dərin köklərə malik olduğunu vurğulayan O.Əsədov bu səfərin ikitərəfli əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcəyini bildirmişdir. 

Milli Məclisin Sədri demişdir ki, fransalı senatorların səfərləri  çox önəmli bir dövrə təsadüf edir. Bəzi məsələlər var ki, onlara hökmən toxunmalıyıq. Bilirsiniz ki, Milli Məclis qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı cəza nəzərdə tutan qanunun Fransa Senatında qəbulu ilə əlaqədar bu ölkənin parlamentinə etiraz məktubu göndərmişdir. Mən Fransa parlamentinin qəbul etdiyi qanunu müzakirə etmək istəmirəm. Ancaq deməliyəm ki, bu cür qanunun qəbulu demokratiyanın beşiyi olan Fransanın imicinə zərbədir. Düzdür, bəziləri deyirlər ki, bu qanunun Azərbaycana aidiyyəti yoxdur. Ancaq bu belə deyildir. Xocalı soyqırımını unudub Ermənistanı dəstəkləyən belə bir qanunun qəbulu çox böyük fəsadlara səbəb ola bilər.

Oqtay Əsədov bu qanunun qəbul edilməsinə etiraz edən senatorlara və Milli Assambleyanın üzvlərinə minnətdarlığını bildirmiş və demişdir ki, qanuna etiraz edənlər bu yolla demokratik prinsiplərə sadiq olduqlarını bir daha nümayiş etdirmişlər. İnanırıq ki, Fransa Konstitusiya Şurası da obyektiv qərar qəbul edəcəkdir. Cılız ambisiyalara görə, belə məsələlər ortaya çıxartmaq zənnimizcə, düzgün deyildir.

Xanım Natali Qule göstərilən qonaqpərvərliyə görə minnətdarlıq etmiş, yenidən Azərbaycanda olmaqdan məmnun qaldığını bildirmişdir. Qeyd olunmuşdur ki, Fransa Senatının üzvlərinin Azərbaycana səfərləri bir neçə ay əvvəl nəzərdə tutulmuşdur. N.Qule demişdir: "Biz dost Azərbaycan ilə əlaqələrin inkişafında maraqlıyıq. Fransa Senatında qondarma "erməni soyqırımı" ilə bağlı qəbul olunmuş qanunun Azərbaycan xalqı tərəfindən narazılıqla qarşılanmasını da yaxşı başa düşürük.

Ona görə də hesab edirik ki, parlament tarixi araşdırmamalıdır".

"Azərbaycan"