Ücretsiz php script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış Hacklink satış

Alternative content

13:54 15 Oktyabr 2018
ONLINE XƏBƏR LENTİ
01:17 14.10.2018 İLHAM ƏLİYEV erası
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir
Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir
ANA SƏHİFƏ / Hüquq məsləhəti
01:04 12.04.2015

 

Məhkəmə qərarı əsasında məndən aliment tutulmuşdur. Heç bir yerdə işləmirəm, işsiz kimi qeydiyyatdayam və işsizlik müavinəti alıram. Alimentin işsizlik müavinətindən tutulması mümkündürmü?

 

Hamlet Yəhyayev,

Goranboy rayonu

 

- “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə müvafiq olaraq aliment tələbinin işsizlik müavinətinə yönəldilməsi mümkündür. Həmin maddəyə görə, tələb sosial sığorta üzrə, habelə işsizliyə görə müavinətlərə yalnız məhkəmənin qərarına, alimentlərin tutulmasına dair məhkəmə əmrinə, yaxud alimentlərin ödənilməsi haqqında notariat qaydasında təsdiq edilmiş sazişlərə əsasən yönəldilir.

 

Məhkəmə uzun müddət istifadə edə bilmədiyim, lakin xüsusi mülkiyyətimdə olan mənzilə köçürülməyim barədə qərar vermişdir. Mən həmin mənzilə köçürüldükdən sonra orada yaşayan keçmiş həyat yoldaşım yenidən maneçilik törədərsə, bu halda mən nə edə bilərəm?

 

Adil Məmmədli,

Sumqayıt şəhəri

 

- Tələbkarın yaşayış və ya qeyri-yaşayış sahəsinə köçürülməsi haqqında icra sənədi borclu tərəfindən könüllü icra üçün icra məmurunun müəyyən etdiyi müddətdə icra edilmədikdə, köçürülmə icra məmuru tərəfindən həyata keçirilir. İcra məmuru tələbkarın icra sənədində göstərilmiş yaşayış və ya qeyri-yaşayış sahəsinə maneəsiz daxil olmasını və orada yaşamasını (olmasını) təmin edir. Tələbkarın köçürülməsi haqqında icra məmuru tərəfindən müvafiq akt tərtib olunur. Tələbkarın yaşayış və ya qeyri-yaşayış sahəsindən maneəsiz istifadə etmək imkanı təmin olunduqda, icra sənədi icra edilmiş sayılır. Tələbkarın köçürülməsi barədə akt tərtib edildikdən sonra borclu tələbkarın yaşamasına (olmasına) yenidən maneçilik törətdikdə, icra sənədi üzrə icraat təzələnməlidir (“İcra haqqında” qanun, 73-cü maddə).

Beləliklə, xüsusi mülkiyyətinizdə olan mənzilə köçürüldükdən sonra keçmiş həyat yoldaşınız tərəfindən orada yaşamağınıza yenidən maneçilik yaradılarsa, onda siz köçürülməyinizi təmin etmiş müvafiq rayon (şəhər) icra şöbəsinə (bölməsinə) müraciət edərək icra sənədi üzrə icraatın təzələnməsini xahiş edə bilərsiniz. Bu halda müvafiq rayon (şəhər) icra şöbəsi (bölməsi) yenidən həmin mənzilə köçürülməyinizi təmin edəcəkdir.

 

 Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi