Alternative content

01:13 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qida Turizmi üzrə I Dünya Forumu təşkil olunacaq
Qida Turizmi üzrə I Dünya Forumu təşkil olunacaq
ANA SƏHİFƏ / Turizm
01:04 09.04.2015

Aprelin 27-dən 29-dək İspaniyanın San Sebastyan şəhərində Bask Kulinariya Mərkəzi və Dünya Turizm Təşkilatı tərəfindən Qida Turizmi üzrə I Dünya Forumu keçiriləcək.

AZƏRTAC Dünya Turizm Təşkilatının saytına istinadla xəbər verir ki, forum müvafiq sektorun peşəkar inkişafına, təcrübə mübadiləsi üçün məkanın yaradılmasına və qabaqcıl təcrübənin üzə çıxarılmasına yönəlib.

Forumda ekspertlər tərəfindən qida və turizm arasında bağlılığa dair son tendensiyalar, biliklər, tələbatçı tendensiyalar, idarəetmə və kommunikasiya məsələləri müzakirə olunacaq.