Alternative content

15:59 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV oxucuların suallarına cavab verir
oxucuların suallarına cavab verir
ANA SƏHİFƏ / Hüquq məsləhəti
01:02 05.02.2012

 

Bankdan götürdüyüm kreditin iş yerində əmək haqqımdan tutularaq ödənilməsi mümkündürmü?

 

Neman NƏsirli,

Sumqayıt şəhəri

 

- Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 6-cı hissəsinə görə işçinin ərizəsində göstərdiyi məbləğdə və müddətlərdə əməkhaqqının müvafiq hissəsi kommunal xərclərin, bankdan aldığı ssudaların, kreditlərin və digər şəxsi borclarının ödənilməsi üçün tutularaq kreditorlara göndərilə bilər. İşçi belə ərizə ilə işəgötürənə müraciət etməyibsə, onun kreditorlarının tələbi ilə işçinin borcları əməkhaqqından tutula bilməz.

Göründüyü kimi, kreditinizin əməkhaqqınızdan tutularaq göndərilməsi mümkündür. Lakin bunun üçün siz işəgötürənə ərizə ilə müraciət etməlisiniz.

 

Mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət etmişəm. Vərəsəlik şəhadətnaməsinin verilməsi üçün neçə manat dövlət rüsumu ödəməliyəm?

 

Azər HƏsƏnzadƏ,

Şirvan şəhəri

 

- Vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun məbləği "Dövlət rüsumu haqqında" qanunun 10.7-ci maddəsində nəzərdə tutulmuşdur. Əgər sözügedən şəhadətnamə qanunla müəyyən edilən növbəli vərəsələrdən birinə (şəhadətnamənin qanun üzrə və ya vəsiyyətnamə üzrə verilməsindən asılı olmayaraq) verilirsə 3 manat dövlət rüsumu ödənilməlidir. Əgər vərəsə digər fiziki və ya hüquqi şəxsdirsə, onda ödənilməli olan dövlət rüsumu 11 manat təşkil edir.  

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi