Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

03:49 19 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Rəsmi Bakı AŞ PA-nın bəzən ikili standartlar nümayiş etdirməsindən narazıdır
Rəsmi Bakı AŞ PA-nın bəzən ikili standartlar nümayiş etdirməsindən narazıdır
ANA SƏHİFƏ / Milli Məclis
02:02 03.02.2012

 

Fevralın 2-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt de Mora və Jozef Debono Qrexlə görüşüb. Azərbaycanın Avropa Şurası ilə əməkdaşlıq etməkdə maraqlı olduğunu söyləyən Oqtay Əsədov bildirib ki, əlaqələrin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür. Azərbaycan AŞ PA qarşısında götürdüyü öhdəlikləri yerinə yetirir. Ancaq Avropa Şurası Parlament Assambleyasında yenidən Azərbaycanla bağlı "siyasi məhbus" məsələsi gündəmə gətirilib. Buna görə də Azərbaycan bu məsələyə öz narazılığını ifadə edib. AŞ PA-nın qış sessiyasında Azərbaycan nümayəndə heyəti də bu məsələyə etirazını bildirib.

Milli Məclisin Sədri vurğulayıb ki, AŞ PA-nın bir dövlət üçün ayrıca məruzəçi təyin etməsi ayrı-seçkilikdən irəli gəlir və bu, Azərbaycana qarşı ikili standartlarla yanaşılması kimi qəbul olunur. Məruzəçi Kristof Ştresserin bu vəzifəyə təyin olunduğu gündən Azərbaycana qarşı qərəzli mövqe tutduğunu bildirən Milli Məclisin  Sədri qonaqların diqqətinə çatdırıb ki, artıq məruzənin adının dəyişdirilməsinə baxmayaraq, Ştresser hələ də Azərbaycanda "siyasi məhbus" axtarır. "Bu şəxs Almaniya Bundestaqında təmsil olunan deputatlardan Azərbaycan əleyhinə imza toplamaqla məşğul olub. Ancaq özü həmin sənədə imza atmayıb. Səbəb kimi isə Azərbaycan üzrə məruzəçi olduğunu göstərib" - deyən Oqtay Əsədov bildirib ki, Avropanın digər ölkələri Ukrayna, Belarus üzrə də AŞ PA-nın məruzəçiləri var. Ancaq onlar ölkə ilə bağlı ümumi məlumatları toplayıb hesabat verirlər.

Görüş zamanı AŞ PA-nın həmməruzəçisi Pedro Aqramunt de Mora Azərbaycanda həyata keçirilən demokratik, hüquqi islahatları yüksək qiymətləndirib. Qonaq ölkəmizin AŞ PA-dakı nümayəndə heyətinin sessiyalarda yüksək səviyyədə təmsil olunduğunu söyləyərək qeyd edib ki, Azərbaycanda olduqları müddətdə bir sıra görüşlər keçirib və lazımi məlumatlar toplayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

"Azərbaycan"

Foto F.BAĞIROVUNDUR


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM