Alternative content

05:53 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Novruz bayramı günlərində Qəbələyə 3 minə yaxın yerli və xarici turist gəlib
Novruz bayramı günlərində Qəbələyə 3 minə yaxın yerli və xarici turist gəlib
ANA SƏHİFƏ / Turizm
10:03 28.03.2015

Qəbələ rayonu coğrafi quruluşuna, paytaxta yaxın olmasına və burada yaradılan müasir turizm infrastrukturuna görə nəinki isti yay fəslində, hətta qış və yaz aylarında da turistlər üçün cəlbedici məkandır.

AZƏRTAC xəbər verir ki, Novruz bayramı münasibətilə ölkəmizdə bir həftə davam edən bayram tətili Qəbələyə turist axınına səbəb olub. Bayram günlərində istirahət etmək üçün bu rayona gələn yerli və xarici turistlərin sayı ötən ildəkindən 2 dəfə çoxdur. Kanatla dağların gəzintisinə çıxmaq, xizək sürmək, meşələrdə heyvan və quş ovlamaq, göllərdə qayıqla gəzmək və balıq tutmaq, stend və ox atıcılığı kompleksində, atçılıq mərkəzində istirahət etmək barədə düşünənlərin arzusu bu günlərdə Qəbələdə gerçəkləşib. Son günlər rayonda əsl bayram həyəcanı yaşanıb, bütün otellər, istirahət və əyləncə mərkəzləri turistlərlə dolu olub.

Bu günlərdə qonaqların istirahətinin mənalı təşkili üçün otellərdə tanınmış musiqiçilərin iştirakı ilə konsertlər, müxtəlif əyləncəli tədbirlər keçirilib. Yerli və xarici turistlər Qəbələnin zəngin tarixi, müasir şəhərsalma mədəniyyəti və ləziz mətbəxi ilə yaxından tanış olublar. Çuxur Qəbələ kəndindəki qədim Qəbələ şəhərinin xarabalıqlarından tapılan nadir eksponatlar, eləcə də Qəbələ Mədəniyyət Mərkəzində “Gülbuta”, “Gülüstan” və “Zopu-Zopu” folklor qruplarının çıxışları əcnəbilər tərəfindən yüksək qarşılanıb.

Rayon mədəniyyət və turizm şöbəsindən verilən məlumata görə, bayram günlərində Qəbələyə gələn turistlərin əksəriyyəti Rusiya, Türkiyə, Böyük Britaniya, Cənubi Afrika Respublikası, Latviya, İran, Gürcüstan, Ukraynadan olub. Bir həftə ərzində rayonda 3 minə yaxın yerli və xarici qonaq istirahət edib.

Qeyd edək ki, hazırda Qəbələdə irili-xırdalı 100-ə yaxın turizm-istirahət obyekti fəaliyyət göstərir. Həmin obyektlərdən 19-u beş, dörd və üçulduzlu otellər və müasir istirahət mərkəzləridir. Bu turizm obyektlərində gün ərzində 2500 qonaq qarşılamaq, onlara yüksək səviyyədə xidmət göstərmək mümkündür.